Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

141 
 
Piri  kişi  komadan  çıxdıqda  qapını  açıq  qoymuşdu.  Bu 
halda  qara  köpək  içəri  girib  evdə  bir  adamı  yatmış  gördü, 
qulaqlarını  şəklədib  heybətli  bir  halət  ilə  ona  tərəf  yönəldi. 
Sonra  Qaraca  qızı  tanıyıb  quyruğunu  buladı  və  iləri  gəlib 
yanında uzandı,  əlini yalamağa başladı. Bu vaxt Qaraca qız 
gözlərini  açdı  və  hələ  yuxulu  olduğu  üçün  qara  köpəyi 
tanımayıb  qışqırdı.  Bunun  səsinə  Piri  kişi  cəld  içəri  girib 
dedi: 
-
 
Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun? 
-
 
Baba, burada ayı var! 
-
 
Yox,  qızım,  qara  köpəkdir,  qorxma  burada  ayının  nə 
işi var?! 
Sonra Qara köpəyə: 
-
 
Çəkil!...  deyə onu bayıra qovladı. 
-
 
Yat,  qızım, hələ tezdir!  
-
 
Yox, baba, daha  yuxum gəlmir, mən həmişə tez duru-
ram. 
-
 
Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən du-
ra ki, bədəni sağlam ola.  
 Qaraca qız paltarını geyib dedi: 
-
 
Baba, əl-üzümü harada yuyum? 
-
 
Budur  daxmamızın yanında su axır, get orada yu!  
Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb 
pənir,  çörək  və  yağ  qoydu,  sonra    çaydandan  iki  fincan  çay 
töküb süfrəyə qoydu. Və özü də əyləşdi. Bu vaxt Qaraca qız 
üzünü yuyub içəri girdi.  
-
 
Al,  qızım,  üzünü  sil,  otur  çay  içək,  -  Piri  kişi  Qaraca 
qıza dəstmal verdi. Qaraca qız  da əl-üzünü qurudub süfrəyə 
oturdu. Hər ikisi yeyib-içməgə məşğul oldu. 
Çaydan sonra Piri kişi Qaraca qıza dedi: 
-
 
Dur,  qızım,  gün  qızmamış  həm  bağımızı  gəzək,  həm 
də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və 
Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra çıxdıqda qara 


142 
 
köpək də onlara qarışdı. O quyruğunu bulaya-bulaya Qaraca 
qıza  yanaşdı.  Qaraca  qız  onun  başını  sığallayıb  cəvərəni 
boynundan  asdı.  Qara  köpək  başını  bulayıb  cəvərəni  yerə 
saldı. Qaraca qız götürüb yenə boynuna keçirtdi. Qara köpək 
bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi: 
-
 
Qızım,  zəhmət  çəkmə,  qara  köpək  azadəligə 
öyrənmişdir, o təlimə yatmaz.  
-
 
Yox,  baba,  yatar,  bir  gör  onu  necə  öyrədəcəyəm!  – 
bunu  deyə  Qaraca  qız  qara  köpəyin  qabağında  çömbəldi  və 
onun gözlərinə baxarkən, dedi: 
-
 
Qaraca  köpəyim,  ağıllı  köpəyim,  cəvərəni  götür!  – 
bunu deyə Qaraca qız cəvərəni  yenə onun boynuna saldı. Bu 
dəfə qara köpək cəvərəni yerə salmayıb  Qaraca qızın yüzünə 
baxa-baxa yanınca getdi. 
 
O da sevincək dedi: 
-
 
Afərin, qaraca köpəyim! Baba, gördünmü? 
-
 
Görürəm, qızım və  çox da təəccüb edirəm: qara köpək 
indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. İndi 
isə hətta cəvərəni də aparır.   
-
 
Hələ  bu  nədir  ki,  baba,  gör  ona  nələr  öyrədəcəyəm! 
Mən  qaraçı  dəstəsində  olan  zaman  ayını,  meymunu  və  qeyri 


143 
 
heyvanları öyrədəndə  görmüşəm, ancaq,  baba,  heyvanı  əziz-
ləyə-əzizləyə  öyrətməlidir,  yoxsa  döymək  ilə  bir  şey  olmaz; 
amma  qorxutmağın  eybi  yoxdur.  Bax,  Yusif  ayını  döydü,  o 
da  onu  parçaladı.  Piri  kişi  Qaraca  qızın  əhvalatını  müxtəsər 
eşitmişdi.  
İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə 
yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürəkyandırıcı 
faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu vəürəyində bu 
yetim  çocuğa  məhubbəti  artdı.  Səhərin  saf  və  gözəl  havası, 
kolların  və  meyvələrin  ətri,  quşların  nəğmələri  insana  zövq-
səfa  verirdi.  Belə  təbiət  içində  yaşamış  Piri  kişiyə  baxanda 
adam onun yetmiş yaşında olduğuna inanmayırdı. 
Bunlar  gəlib  almalığa  çatdılar.  Qırmızı  ətirli  almaları 
gördükdə Qaraca qızın gözləri parladı.  
-
 
Baba, nə gözəl almalardır!  
-
 
 Qızım, bağımızda hər cür meyvə var, dərib yeməkligi 
qadağan  etmirəm,  ancaq  ac  qarına  yeməyəsən,  yoxsa  azar-
larsan. İndi sən  ağaca çıx, almaları dər, mən də səbətə yığım. 
Qaraca  qız  çabuk  ağaca  dırmaşdı,  almaları  dərib  yerə 
tökməyə  başladı.  Ağzını  da  bikar  qoymayırdı.  Bir  azdan 
sonra Piri baba dedi: 
-
 
Qızım, daha bəsdir, düş gedək bir qədər  armud, hulu 
yığaq. 
Qaraca  qız  düşdü.  Almalardan  cəvərənə  qoyub  yenə 
qara  köpəyin  boynundan  asdı.  Armudluğa  gedərkən  birdən 
qara  köpək  cəvərəni  yerə  atıb  ildırım  kibi  götürüldü.  Qaraca 
qız  tökülmüş  almaları    yığarkən  baxıb  gördü  ki.  bir  balaca 
pişik  qaçır,  qara  köpək  də  istəyir  onu  dutsun.  Bunu  görcək 
Qaraca  qız  cəld  qalxıb  yüyürə-yüyürə  qara  köpəyi  geri 
çağırdı. Lakin nə qədər qışqırdısa, o, bişikdən əl çəkmədi. Piri 
baba  da  çağırdı  qara  köpək  onun  sözünə  də  qulaq  asmadı. 
Qara  köpək  az  qalmışdı  ki  onu  dutsun  -  bişik  cəld  armud 
ağacına dırmaşıb özünü qızmış qara köpəkdən xilas edə bildi. 


144 
 
Qaraca  qız  bu  işdən  xeyli  şad  olub  əllərini  biri-birinə  vura-
vura qaqqıltı ilə gülməyə başladı.  
-
 
Dızz,  Qara  köpək,  dızz!  Necəsən,  duta  bildinmi?  – 
deyib Qara köpəyə yanıq verdi.  
Qara  köpək  isə  işi  belə  gördükdə  ağacın  dibində  elə 
həşir etməyə başladı ki, sanki bu saat bişiyi səsi ilə qorxudub 
yerə  salacaqdır.  Yazıq  bişik  hərçənd  hündürdə  və  əl  çatan 
yerdə  deyildi;  lakin  bununla  belə    titrəyə-titrəyə  gözlərini 
qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca  yetirib 
oraya dırmaşmağa başladı. Bişik bunu görüb oturduğu budaq-
dan  yuxarı  çıxmadı.  Qaraca  qız  ona  yaxınlaşıb  gördü  ki, 
xallıcabir gözəl bişik balasıdır. Piri kişi də Qaraca qızın alma-
larını  cəvərənə  doldurub  armud  ağacının  dibinə  gəldi.      Bu 
halda  qara  köpək  bir  qədər  sakit  olmuşdu.  Amma  yenə  də 
gözləri ağacda idi.  
-
 
Baba,  bax,  nə  gözəl  bişik  balasıdır.  Bunu  evimizə 
aparıb saxlayacağam. 
-
 
Çox  yaxşı,  qızım  apar.  İndi  o  armudlardan  dər  sonra  
düş!  Qaraca qız armudları dərib, bişiyi qucağına alaraq yerə 
düşdü.  Qara  köpək  əvvəl  özünü  bir  qədər  rahatsız  saxladı, 
sonra  Qaraca  qızın  sə`yi  ilə  bilmərrə  sakit  oldu  və  axırda 
bişiyə  də  dəyməyib,  onun  ilə  dostluq  binasını  qoydu. 
Meyvələr hazır olduqda Piri baba dedi:  
-
 
İmdi  bunları  ağalığa  aparmaq  lazımdır.  Qapıya  kibi 
mənə kömək et, sonra mən özüm apararam. 
-
 
Baba, məgər mən ağalığa gedə bilmərəm? 
-
 
Yox, qızım, getsən  Pəricahan xanıma xoş gəlməz, elə 
bilər ki, onun əmrindən çıxırıq. 
Qaraca  qız  Piri  kişini  bağın  qapısına  kibi  ötürüb  özü 
xal-xal  pişiyi  qucağına    aldı    bağı  gəzməyə  başladı.  Çəpərin 
qırağı  ilə  gedərkən  Qaraca  qız  gördü  ki,  Ağca  xanım  da 
mürəbbiyəsi  ilə  iskamyanın  üstündə  oturub  kitab  oxuyur. 
Görünürdü ki, Ağca xanım kitabı fikirlə oxumur və oxuduğu-


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə