Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

133 
 
buraxıb  Qaraca  qızın  dalına  düşdü.  Bunu  gördükdə  zavallı 
qızın bədəninə titrəmə düşdü və var gücilə qaçmağa başladı. 
Getdikcə  ayı  Qaraca  qıza  yaxınlaşırdı.Bu  halda  Qaraca  qızın 
qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə 
ayı özünü ona çatdırdı. Ancaq o, enişi aşağı qaça bilmədigin-
dən  dərənin  içinə  yumbalandı.  Qaraca  qız  firsət  tapıb  özünü 
dərənin  döşündəki  mağaraya  saldı.  Bu  mağaranın  ağzı  enli 
idi,  amma  içəri  getdikcə  daralırdı.  Ayı  dərənin  dibinə  kibi 
yumbalandı.  Sonra  ayağa  qalxıb  üzü  yuxarı  dırmaşmağa 
başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi 
pis  və  yoxuşu  asan  dırmaşa  bilir.  Ayı  axtarıb  mağaranı 
taparaq  içəriyə  soxuldu.  Qaraca  qız  sürünə-sürünə  özünü 
mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi 
və  bir  az  donquldanıb  mağaranın  ağzında  yatdı.  Qaraca  qız 
tərpənməgə  də  qorxurdu,  ancaq  onun  qorxusu  nahaq  idi, 
çünki  indi  ayının  hirsi  yatmışdı,  ona  dəyməzdi  və  bəlkə  də,  
onun orada olmasına şad olardı.   
 
                                        *** 
İki  saatdən  artıq  idi  ki,  Qaraca  qız  mağaranın  içində 
uzanıb  qalmışdı.  Biçarə  qız  ayının  qorxusundan  özünü 
mağaranın  deşiginə  elə  pərçim  etmişdi  ki,  tərpənməgə  də 
imkanı  yox  idi.  Bir  tərəfdən  mağaranın  içindəki  havanın 
azlığı, digər tərəfdən də  ayının  vahiməsi  yazıq  qızı bihuşluq 
halına  salmışdı.  Ayı  isə  fısıldaya-fısaldaya  yatmışdı.  Birdən 
ayı  oyanıb  donquldamağa  başladı,  bu  halda  Qaraca  qızın 
qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox 
çəkmədi  ki,  itlər  hürə-hürə  mağaranın  ağzını  aldılar.  Ancaq 
cürət  edib  içəri  girə  bilmədilər.  Bir  azdan  sonra  at  üstündə 
avçılar  qışqıra-qışqıra  gəlib  çıxdılar.  Bunlar  mağaranın 
içindən  ayının  nəriltisini  eşidib  tüfənglərini  hazırladılar  və 
itləri içəri qısqırtdılar. İtlərin  bir neçəsi cürətlənib mağaranın 
içinə soxuldu. 


134 
 
Ancaq  çox  çəkmədi 
ki,  yenə  zingildəyə-zingil-
dəyə  geri  qayıtdılar.  On-
lardan  bir-ikisi  yaralan-
mışdı.  Bu  halda  avçılar 
bayırdan:  
-
 
Axdar,  bas!  Xallı, 
bas!  Gümüş,  bas!  –  deyə 
itləri 
qısqırtdılar.  İtlər 
cürətlənib  özlərini  yenə  içəri  soxdular  və  ayı  ilə  dutaşdılar. 
Ayı  bir  müddət  onlar  ilə  boğuşandan  sonra  mağaradan 
sıçrayıb çıxdı. Bu halda üç  güllə birdən onun üzərinə açıldı. 
Bunların  zərbindən  biçarə  ayı  boğanaqdan  yıxılan  ağac  kibi 
yerə sərildi.  Avçıların biri:  
-
 
Afərin  mənim gülləm!  
-
 
Xeyr,  Hüseynqulu  ağa,  səhv  edirsən,  ayını  öldürən 
mənim gülləmdir! 
-
 
Bağışla, Səlim bəy, mən ayını başından atmışım, yəqin 
ki, onu yıxan mənim gülləmdir. 
-
 
Səbr  edin,  əzizlərim!  Bu  saat  məlum  olar  -    bunu 
deyib,  əvvəlki  adam  atdan  düşdü  və  nökərlərin  köməgilə 
ayının  cəmdəgini  o  yan-bu  yana  çevirib  diqqət  ilə  baxmağa 
başladı.  
-
 
Əzizlərim,  heç  bəhs  etməyin,  üçümüzün  də  gülləsi 
ayıya dəymişdir. 
Sonra üzünü nökərlərə tərəf dutub dedi: 
-
 
Cəld  ayının  dərisini  soyun!  Rəhim  bəy,  sənə  demə-
dimmi  ki,  ayısız  bu  avdan  qayıtmayacağam?  Hələ  öz  meşə-
nizi  tərif  edib  məni  məsxərə  edirdin  ki,  sizin  meşənizdə 
davşan da tapılmaz! Bəs bu nədir? 
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi: 
-
 
Yenə  də,  Hüseynqulu  ağa,  öz  fikrimdə  möhkəm 
durmuşam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. 


135 
 
-
 
Elə iş ola bilməz! Onu haradan bildin? 
-
 
Budur  bax,  ayının  boyun  tüklərini  zəncir  aparmışdır, 
Səlim bəy, gör doğrumu deyirəm?! 
Səlim  bəy  baxıb  Rəhim  bəyin  sözünü  təsdiq  etdi. 
Bundan  sonra  bəylər  qaqqıltı  ilə  gülməyə  başıladılar. 
Hüseynqulu  ağa  əvvəl  dostlarının  sözünü  zərafət  hesab  etdi, 
amma  sonra  özü  də  diqqət  ilə  baxdıqda  şəkkə  düşdü.  Bu 
halda  həvəslənib  av  tulalarına  qoşulmuş  Qara  köpək 
mağaraya girdi Bunun dalınca başqa itlər də getdilər və yenə 
içəridə  hürüşmə  başlandı.  Bunu  gördükdə  Hüseynqulu  ağa 
dedi: 
-Deyəsən,  mağarada yenə ayı var?  
Bəylər  tüfənglərini  hazırlayıb  mağaranın  ağzını  kəs-
dirdilər.  Bu  zaman  Qara 
köpək Qaraca qızın aya-
ğından dutub itlərin  ara-
sından 
sürüyə-sürüyə 
onu  mağaradan  bayıra 
çıxartdı.  Bəylər  bunu 
gördükdə  təəccüb  edib 
heyrətdə  qaldılar.  Qara 
köpək  Qaraca  qızı  bu-
raxdı,  amma  o,  hərəkət-
siz  qalıb  ayağa  qalx-
madı. Bəylər  Qaraca  qızın üstünü aldılar. O, zəif bir hal ilə 
gözlərini açdı, lakin harada olduğunu anlamadı.  Hüseynqulu 
ağa ondan soruşdu: 
-
 
Qız,  sən  kimsən?  Bu  mağarada  nə  qayırırdın?  Qaraca 
qız cavab vermədi. Rəhim bəy dedi: 
-
 
 Hüseynqulu  ağa,  görmürsənmi,  qız  hələ  lazımınca 
özünə gəlməmişdir? Nə sual edirsən? Mən əhvalatı onsuz da 
anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olmağını 
duymursanmı?  Bu  av  etdiyimiz  ayı  da  əldə  bəslənmiş  qaraçı 


136 
 
ayısıdır.  Ancaq  sahibi  harada  qalmış,  burası  mənim  üçün 
aşkar deyildir.  
Səlim bəy qıza diqqət ilə baxıb dedi: 
-
 
Ha,  bu  qızı  mən  görmüşəm.  Məşhur  oxuyan  və 
oynayan  Qaraca  qızdır,  sahibi  də  qaraçı  Yusifdir.  Üç  ay 
bundan  qabaq  ona  nə  qədər  pul  və  xələt  vəd  etdimsə  də,  bu 
qızı  mənı  satmadı,  indi  yaxşı  əlimə  düşübdür!  Siz  öləsiniz, 
gündə qonaqlıq edib sizə böyük keyf verəcəgəm. 
Hüseynqulu ağa bunu eşitdikdə dedi: 
-
 
Demək,  o  keyfi  mən  verə  bilmərəm?  Əslinə  baxsan, 
qız mənə çatar, çünkü mənim köpəgim tapmışdır.  
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi: 
-
 
Hüseynqulu  ağa,  özün  yaxşıca  bilirsən  ki,  arvadın 
Pəricahan  xanım  qaraçı  qızını  evinə  qoymaz,  nə  üçün  bəhs 
edirsən? 
-
 
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan 
ilavə, qızı Piri kişiyə verəcəgəm ki, o saxlasın. 
Bəylər  buna  razı  oldular.Hüseynqulu  ağa  qızı  nökər-
lərinə  tapşırdı.  Bəylər  yenə  av  etməgə  başladılar,  lakin  dört 
saata  qədər  meşəni  dolanıb  bir  tülkü  və  üç  doşandan  başqa 
əllərinə bir av keçirə bilmədilər, ona görə avı tərk edərək yola 
düşdülər.  Qaraca  qız  özünə  gəlib  yol  uzunu  başına  gələn 
əhvalatı alayarımçıq nağıl etdi. Hüseynqulu ağa onun atasız-
anasız yetim olmağını eşidib dedi: 
-
 
Çox gözəl oldu, indi heç kəs qızı məndən ala bilməz.  
 
                                      *** 
Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və 
Səlim  bəy  ilə  barabar  evlərinə  gəldilər.    İtlərin  hürməgi, 
avçıların  səsləri,  nökər  və  mehtərlərin  qışqırığı  biri-birinə 
qarışmışdı.  Ağca  xanım  bu  səs  və  küyə  mürəbbiyəsindən 
iznsiz evdən bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb 
ona  yaxınlaşdı.  Qaraca  qız  və  Ağca  xanım  nəzərlərini  biri-


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə