Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

117 
 
dişiləri  erkəklərindən  maya  dutandan  sonra    qanadları  quru-
yub düşəcəklər.  
Qaraca qız babasından qarınca toyu eşidən kibi əllərini 
biri-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona 
qoşulub gülməyə başladı: 
-
 
Bəli,  qızım,  qarıncaların  toyudur!  Get  qavalını  gətir, 
bir az çal, onlar da səndən razı qalsınlar! 
Piri  babanın  bu  fikri  Qaraca  qıza  xoş  gəldi.  O  qaçaraq 
komaya  gedib  qavalını  gətirdi  və  çalmağa  başladı.  Piri  kişi 
Qaraca qızın könlü açılmağına şad olub, özü də odun doğra-
maağa başladı. 
Bu  vəqt  Ağca  xanım  bonası  ilə  bağçada  oturmuşdular. 
Mariya  İvanovna  kitab  oxuyurdu.  Ağca  xanım  da  evcik 
tikirdi. Çiçəklər dərib onu bəzəyirdi. Bu zaman onun qulağına 
Qaraca qızın oxumağı gəldi. Çəpərin qırağına gəldi ki, görsün 
onu görə  bilərmi. Ağca xanımın fikri Qaraca qızın çalma və 
oxumasında olub, çəpərin yanında qıvrılıb özünü günəşə ve-
rən  ilan  atlanıb  Ağca  xanımın  çıplaq  qolundan  sancdı.  Ağca 
xanım qışqırıb özünü bonanın üstünə atdı. Bunun qışqırığına 
anası və xidmətçilər töküldülər. Bona Mariya İvanovna özünü 
itirib Ağca xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. 
Ağca xanım da qışqıra-qışqıra onun dalınca yügürməyə baş-
ladı.  
-
 
Qızım, qavalını çalma, görək oağalıqdan gələn səs nə-
dir? – deyə Piri baba Qaraca qızı dayandırdı. 
-
 
Baba,  bu  səs  Pəricahan  xanımın  səsidir!-  deyə  Qaraca 
qız  yıldırım  kibi  götürüldü.  Həyətə  çatdıqda  gördü  ki,  Ağca 
xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq 
xidmətçilərəyalvarır: 
-
 
Aman,  sizə  qurban  olum,  tezcə  biriniz  Ağcanın 
yarasını sorub ilanın zəhərini yerə tökünüz!  
Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymur-
du.  Qaraca  qız  Pəricahan 
xanımdan  bunu  eşitcək 


118 
 
Ağcaxanımın  qolundan  zəhəri  sorub  yerə  tökməyə  başladı. 
Hamı qorxulu bir halda buna təəccüb edirdi. Pəricahan xanım 
Qaraca qızın saçlarını öpərkən deyirdi: 
-
 
Ah,  gözəl  yürəkli  Qaraca  qızım,    bəni  əfv  et!  Sənin 
yanında  xəcalətliyəm!    Mənə  rəhmin  gəlsin,  qızımı  ölməyə 
qoyma. Səni Ağcadan artıq sevməyə söz verirəm.  
Qaraca  qız  isə  Pəricahan  xanımın  naləsinə  əsla  fikir 
verməyib,  öz istəkli dostunu ölümdən xilas etməyə səy edir-
di.  Bir  azdan  sonra  Qaraca  qız  nə  qədər  sordu  isə,  daha  ya-
radan  qan  gəlmədi.  Ağca  xanım  yaradan  bir  o  qədər  şikayət 
etmirdi,  nə  qədər  ki  yaradan  yuxarı  qaytan  ilə  möhkəm  bağ-
lanmış yerdən çox şikayət eidrdi.  
-
 
Ana, qaytanı aç, qolumu kəsir! 
-
 
Yox,  qızım,  olmaz,  onda  zəhər  bədəninə  yayılıb  səni 
öldürər. Səbr et, bu saət şəhərə telqraf vuracağam, atan həkim 
gətirib gəlsin. Bunu deyib Pəricahan xanım  bir telqram yazdı 
və nökərə verdi ki, aparıb stansiyadan  vursun. Ağca xanımın 
qolunu  bağlayan  zamanı  Piri  kişi  gəlib  çıxdı.  Əhvalatdan 
xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın yüzünə baxdı. 
-
 
Baba, gördünmü başımıza nə gəldi?! – deyə Pəricahan 
xanım şikayətləndi. 
-
 
Bəli,  gördüm!  Onu  da  görürəm  ki,  öz  balanı  ölümdən 
xilas  etmək  üçün  bu  atasız,  bu  anasız  yetimi  bəlaya 
salmısan!.. – deyə Piri kişi sərt nəzər ilə onun yüzünə baxdı. 
-
 
Baba, nə deyirsən? Qaraca qıza heç şey olmamış! 
-
 
Yaxşı bax, xanım! 
Bu vəqt Qaraca qız dedi: 
-
 
Baba, içərim yanır, mənə su ver, içim! 
-  Gəl,  qızım,  gedək.  Görüm  sənə  nə  çarə  edə  bilərəm. 
Sonra yüzünü xidmətçilərə tutub dedi: 
-
 
Cəld gedib mənim komama, qatıq gətirin, ayran edim, 
qıza içirim.  
-
 
Baba, bu saət, - deyə xidmətçilər yüyürüşdülər.  


119 
 
-
 
Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy bura-
da  yatsın.  Teleqram  vurmuşam,  Hüseynqulu  ağa  şəhərdən 
həkim  gətirəcəkdir.  –  Bunu  deyərək  Pəricahan  xanım  onun 
qabağını kəsdi. 
-
 
Çəkil, sən imdiyə kibi bu qızı ağalığın ətrafına dolan-
mağa qoymamısan ki, bəyzadə qızına fəna təsir edər. İmdi də 
mən  qoymuram  ki,      bu  zülm  yuvasında  qızım  qalsın,-  bunu 
deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı. 
 
                                   *** 
Piri kişi Qaraca qızı soyundurub rahət etdi.  Ona tez-tez 
ayran  verirdi.  Lakin    yaranı  sorduqda  zəhər  tüpürcək  vasitə-
silə Qaraca qızın bədəninə yerimişdi. Bununla belə, Piri baba 
Qaraca  qızdan  ümidini  kəsməmişdi.  Lakin  öz  canını  özgə 
uğrunda fəda etmiş qızcığazın vəqti tamam idi. 
-
 
Baba, mən ölsəm, məni o bağımızın yanındakı Göy tə-
pədə basdırınız. Oranı mən çox sevirəm. Oradan hər yer görü-
nür. Orada hər cür çiçək var. 
-
 
Qorxma, qızım, həkim gəlib sənə dərman verəcək. Sən 
də  sağalacaqsan,  uzun  yaşayacaqsan.  Mən  qoca  babanı  o 
dediyin Göy təpədə basdıracaqsan. 
Hüseynqulu  ağa  həkim  ilə  gəlib  çıxdı.  Həkim  Ağca 
xanıma baxdıqdan sonra dedi: 
-
 
Ağca  xanımın  heç  bir  qorxusu  yoxdur.  İlanın  zəhəri 
bədəninə  yayılmamış  rədd  etməyə  görə  ölümdən  xilas  olun-
muşdur. Bir qədər hərarəti var. Ona da dərman verərəm, yaxşı 
olar.  
Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə 
bərabər Piri babanın daxmasına getdilər. Qaraca qızın qan ilə 
dolmuş  gözləri  yumulmuşdu.  Həkim  ona  baxdıqdan  sonra 
dedi: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə