Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

104 
 
girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və 
nahar yeməgə getdilər. Qaraca qız qapısı bağlı evində qaldı. 
 
*** 
Xanımlar  gedəndən  sonra  Qaraca  qız  cəld  divanın 
altından  çıxıb  qapıya  tərəf  yügürdü  ki,  bir  kəs  gəlməmiş 
buradan getsin. Lakin qapını daldan cəftələnmişgörüb məyus 
qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər 
çalışdısa,  bir  şey  bacarmadı;  çünki  pəncərənin  yuxarıda  iki 
nazikdəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var gücü 
ilə  onu  yuxarı  qaldırırdı.  Xeyli  çalışdıqdan  sonra  Qaraca  qız 
ümidsiz  divanın  üstündə  oturdu.  O,  xeyli  təşvişdə  idi;  çünki 
bilirdi ki, bu sirrin üstü açılsa, Pəricahan xanım onu buradan 
qovub, qızını da böyük tənbih edəcəkdir. Bir az sakit oturan-
dan  sonra  Qaraca  qız  yenə  pəncərəni  çəkmək  fikrinə  düşdü. 
Bu  səfər  diqqət  yetirdikdə  nəzəri  dəmir  millərə  sataşdı. 
Dərhal  qalxıb  onları  çıxartdı  və  sonra  pəncərəni  çəkməyə 
başladı.  Pəncərə  hərçənd  ağır  idi,  amma  Qaraca  qız  da  qüv-
vətli  idi.  O,  pəncərəni  qaldırıb  altından  cəftə  ilə  bənd  etdi. 
Sonra  pəncərədən  çıxıb  qapını  açdı.  Pəncərəni  saldı,  bayıra 
çıxıb qapını bağladı. Gəldiyi deşikdən bağa girib komalarına 
getdi. 
Bu vəxt Ağca xanım Qaraca qız tərəfdən artıq dərəcədə 
iztirabda qalıb boğazından əsla çörək keçmirdi; fikri müdam  
Qaraca qızın yanında idi. Hətta şorbanı qəsdən süfrəyə tökdü 
ki, bəlkə onu tənbeh edib yenə baba otağına salalar, lakin bu 
hiylə onu muradına çatdırmadı;çünki Pəricahan xanım qızının 
rəngi qaçdığını görüb təşvişə düşdü: 
-
 
Qorxma,  qızım,  eybi  yoxdur,  xörəyi  süfrəyə  qəsdən 
dökmədin  ki.  Özü  töküldü.  Yoxsa,  qızım,  azarlamısan?  - 
Bunu deyə Pəricahan xanım əlini qızının alnına qoydu: 
-
 
Doğrudan  da,  qızdırman  var!Bir  az  şorba  iç,  sonra 
yatacaqsan, daha bu gün heç yerə çıxmayacaqsan.  


105 
 
Bu  əhvalatdan  Ağca  xanım  daha  da  artıq  təşvişə  düşüb 
cəld dedi: 
-
 
Yox,  ana,  mən  azarlı  degiləm.  Məni  yatacaq  otağına 
göndərmə!  
Hüseynqulu ağa yüzünü arvadına tərəf çevirib dedi: 
-
 
İmdi sapsağlam qızı azarlı edəcəksən?! 
-Rica edirəm, mənim tərbiyə verməgimə qarışmayasan! 
- Nə üçün? Mən ata deyiləm? 
-  Atasan,  ancaq  nadansan!  Nadan  atadan  qız  nə  tərbiyə 
götürə bilər?! 
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı yumruğunu 
nasaya öylə bərk vurdu ki, boşqablar biri-birinə dəgdi: 
-
 
Sus!    Tezlik  ilə  sənə  göstərərəm  ki;  bu  evin  sahibi 
mənəm!... – bunu deyə Hüseynqulu ağa qabağındakı boşqabı 
yerə çaxdı və hirsli yemək otağından çıxdı. 
-
 
Get, piyan soldat!  - deyə Pəricahan xanım bağırdı. Bu 
hadisədən  zavallı  Ağca  xanım  titrəyərək  göz  yaşını  tökməyə 
başladı. Pəricahan xanım bonaya dedi: 
-
 
Bu qızı otağına apar; soyundurub rahət et. Sonra geyi-
nib şəhrə gedəcəyiz. Bir neçə almalı şey lazımdır.  
Bona Ağca xanım ilə getdilər. Pəricahan xanım otağına 
girdi.  
Bir azdan sonra Pəricahan xanım bona ilə faytona minib 
yola düşdü..  
Anası gedəndən sonra Ağca xanım bir müddət otağında 
qalıb pəncərədən baxdı; oradan dəmir yol stansiyası görünür-
dü.  Vağzal  Hüseynqulu  ağanın  mülkündə  tikilmişdi.  Hərdən 
bir Ağca xanım da öz bonası ilə oraya gəzməyə gedərdi.  
Birdən vaqon fit verdi. 
-
 
Hə,  anamgil getdi. Bir də axşamçağı gələcəklər. İmdi 
gedim  Qaraca  qızı  dustaqdan  xilas  edim.”-  bunu  deyə  Ağca 
xanım geyindi və cəld baba otağına tərəf getdi. Oraya  yetiş-
diyində  gördü  ki,  otağın  qapısı  cəftəsizdir.  Yavaşca  qapını 


106 
 
açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb siqara 
çəkir  və  ondan  başqa  da  içəridə  kimsə  yoxdur.  Bu  ittifaqa 
Ağca xanım həm şad, həm də təəccüb etdi. Bu vəqt atası onu 
gördü: 
-
 
Ha,  qızım,  dustaqdan  qaçmısan!  Çox  da  yaxşı  eləmi-
sən. O dəli anana qulaq asma. Gəl bir az ata-bala söhbət edək. 
Ağca xanım atasının böylə mehriban rəftarından istifadə 
edərək onun qucağına atıldı. Sonra başını əgib divanın altına 
baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu 
ağa soruşdu: 
-
 
Qızım,  nə  üçün  mat  qalmışsan?  Söhbət  elə  görək  nə 
var, nə yox! 
Ağca xanım soruşdu: 
-
 
Ata, sən çoxdanmı buradasan? 
-
 
Nahardan sonra gələnəm, qızım! 
-
 
Sən gələndə qapı açıq idimi? 
-
 
Yox,  mən özüm açdım! 
-
 
İçəridə kim vardı? 
-
 
İçəridə  bax  bu  xallı  pişik  vardı!  –  bunu  deyə 
Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatan pişigi ona göstər-
di.  – Qızım,  bundan ötrümü soruşurdun?  
Ağca xanım pişigi alıb dedi: 
-
 
Yox, ata bundan ötrü soruşmuram. 
-
 
Bəs  kimdən  ötrü  soruşursan?Ağca  xanım  cavab 
verməyib fikrəgetdi. 
-
 
Qızıım, nə üçün fikrə getdin? Uşaq atasından söz giz-
lətməz! 
Ağca  xanım  bilirdi  ki,  arvadının  acığına  o,  qadağan 
edən  şeyləri  qızına  rəva  görürdü  və  bir  də  Qaraca  qız  ilə 
oynamağa  izn  verirdi,  ona  görə  sirri  açmaq  istədi.  Atasının 
boyununu qucaqlayıb dedi: 
-
 
Ata, anama deməzsən ki, söyləyim? 
-
 
Demərəm, qızım, söylə! 


107 
 
       Ağca xanım əhvaları ona söyləyib, soruşdu: 
-
 
Ata, bəs Qaraca qız buradan necə çıxmışdır? 
-
 
İmdi, qızım, bağımıza gedərik, mənim Piri kişi ilə işim 
var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynarsan 
və həm də onun buradan necə çıxmasını özündən soruşarsan!- 
bunu  deyə  Hüseynqulu  ağa  divanın  üstündən  qalxdı.  Ağca 
xanım şadlığından bilməyirdi ki, nə etsin?! 
Hüseynqulu ağa qızı ilə bağı gəzərkən gəlib Piri kişinin 
daxmasına çatdı. O vəqt Piri kişi qapısında oturub səbət örür-
dü.  Qaraca  qız  da  arxda  qabları  yuyub  daxmaya  gətirirdi. 
Qaraca  qız  Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.  Amma 
onun çox mehriban bir tərzdə: 
-
 
Keyfin  necədir,  Qaraca  qız?  –  soruşmasından  yürəgi 
sakit  olub,  -  “Ağam  sağ  olsun”  –  deyə  cavab  verdi.  Piri  kişi 
ayağa qalxıb, dedi: 
-
 
Əziz qonaqlar, mənim bu daxmama siz xoş gəlmisiniz! 
Qaraca qız, tez komadan döşək gətir, ağaların altına sal!  
Qaraca  qız  tez  içəridən  döşək  gətirib    gök  otun  üstə 
saldı. Hüseynqulu ağa əyləşdi və yüzünü qızlara dutub dedi: 
-
 
 Siz də gedin bağda oynayın!  
Qaraca qız qavalını götürüb Ağca xanım ilə gəzməgə və 
oynamağa  getdilər.  Ağca  xanım  və  Qaraca  qız  əl-ələ  verib  
bağda  qaçmağa  və  oynamağa  başladılar.  Ağca  xanım  başına 
gələni  Qaraca  qıza  nağıl  etdi;  o  da  baba  otağından  necə  çıx-
dığını    ona  söylədi.  Bunlar  öz  aralarında  söz  qoydular  ki, 
mümkün  olduqca  baba  otağında  görüşsünlər.  Qaraca  qız 
Ağca xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrə-
dirdi.  Axırda hər ikisi  göy otun üstündə oturub söhbət etmə-
gə başladılar. Ağca xanım bu hala çox şad idi, ancaq anasının 
bir-iki  saatdan  sonra  qayıtması  yadına  düşdükcə  yürəgi 
sıxılırdı.  
Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar 
oturan  yerə  çıxdılar.    Bunlar  qızları  götürüb  arı  pətəklərinin 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə