Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

111 
 
pəhləvan kibi atıldı. Bir məharətlə oynamağa başladı ki,  bü-
tün danışıq və səs kəsildi: Uşaqdan böylə fövqəladə oynamaq 
görünməmişdi.  Qaraca  qız  böylə  eşqə  gəlmiş  ki,  orada  olan 
adamlar  gözündən  itmişdi.  Ancaq  öz  ustadı  olan  Yasəmən 
gözünün önündə durmuşdu. Birdən Qaraca qız öylə bir tərzdə 
fırlandı  ki  baxanların  nəzərində  bir  şar  kibi  görünürdü. 
Qəflətən Qaraca qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə 
yuxarı  dutub,  o  birini  də  belinə  qoyub  durdu.  Rəqsi  böylə 
bitirmək Qaraca qızın adəti idi.Qaraca qız qonaqlar tərəfindən 
gurultulu  alqışlandı.  Sonra  hamı  rica  etdilər  ki,  bu  oyunu 
təkrar  etsin,  amma  Qaraca  qız  qəbul  etmədi,  hətta 
Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsil-
mişdi ki,  birdən Ağca xanım ortaya çıxıb çalğıçılarla haman 
rəngi çalmağa əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğı-
çılar  çaldılar, Ağca xanım da oynamağa başladı. Bunun oy-
namağı  gözəl  və  qaidəli  idi.  Hər  hərəkətindən  məlum  edirdi 
ki, bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə  vurandan sonra 
Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər 
ikisi  qabaq-qabağa  oynamağa  başladı.  Bu  xəbər  bir  anda 
ağalıq xidmətçilərinə yayıldı, onlar dəstə ilə yügürüb qapının 
ağzından  tamaşa  etməyə  başladılar.  Bu  xəbər  Pəricahan 
xanıma da çatdı. O da tamaşaya gəldi, ancaq o, qızının oyna-
mağına  əsla  şad  olmayıb,  acığından  bilmirdi  ki,  nə  etsin. 
Qızlar  oynamaqlarını  bitirdilər.  Hər  tərəfdən  onları  alqışla-
dılar. Hüseynqulu ağa fərəhlənib qızını bağrına basdı. Bəylər 
onu tərif edib başını sığalladılar. 
 
                                  *** 
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib 
Ağca  xanımı  yanına  çağırtdı.  Hüseynqulu  ağa  duydu  ki, 
arvadı qızını tənbeh etmək üçün çağırır. Bu fikir düz də çıxdı: 
o  biri  otaqdan  Pəricahan  xanımın  hayqırtısı  Hüseynqulu 
ağanın  qulağına  gəlirdi.  Hüseynqulu  ağa  səbr  edə  bilmıəyib 


112 
 
qonaqlardan  üzr  istədi  və  Pəricahan  xanımın  yanına 
getdi.Gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan 
xanım da qışqırır:  
-
 
De görüm, bu oynamağı sənə kim öyrətmişdir? 
Hüseynqulu ağa  dedi: 
-
 
Buyur,  cavabını  mən  verim,  bunu  Qaraca  qız  öyrət-
mişdir, sözün nədir? 
-
 
Qaraca  qzı  onu  harada  görürdü  ki,  öyrətsin?  Mən 
onunla görüşməyi qadağan etməmişdimmi?  
-
 
Sən etmişdin, mən etməmişəm! Bu evin sahibi mənəm, 
yoxsa sən? Kimin  həddi var bundan sonra  bənim əmrimdən 
çıxsın? 
Pəricahan  xanım  imdiyə  kibi  ərini  bu  dərəcədə  hirsli 
görməmişdir. 
-
 
İmdi  ki  böylədir,  daha  mən  bu  evdə  nə  üçün  otur-
muşam? 
-
 
İstəyirsən otur, istəmirsən, get, lakin onu bil ki, bundan 
sonra mən öz ixtiyarımdan keçəsi deyiləm!  
O biri otaqdan bəylər onun səsini eşidirdilər. Rəhim bəy 
və  Səlim  bəy  onun  ailəsinəməhrəm  olduqları  üçün  gəlib  onu 
və arvadını  sakit etməyəçalışdılar və sonra Hüseynqulu ağanı 
çəkib  o  biri  otağa  apardılar.  Bu  ittifaqdan  qonaqlar  pərişan 
olub bir-bir dağılmağa başladılar; ancaq Rəhim bəy ilə Səlim 
bəy  qaldılar  ki,  ər  ilə  arvadı  barışdırıb  getsinlər;  bunlar  istə-
diklərinə  çatdılar:  Hüseynqulu  ağanın  hirsi  yatıb  arvadına 
deyirdi: 
-
 
De  görüm,  oynamaqda  nə  qəbih  şey  var  ki,  Ağca  xa-
nım onu  bilməsin? 
Səlim bəy dedi: 
-
 
Pəricahan  xanım,  mənim  qızım  Ağca  xanım  kibi 
oynamaq bilsəydi, onun başına dolanardım! Amma nə etməli 
ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da bilmir! 
Rəhim bəy dedi:  


113 
 
-
 
Uşaq  tayfəsi Ağca  xanım kibi oynayıb oxumağa,  gül-
məyə  yaranmışdır.  Yoxsa  mənim  qızım  kibi  qaradinməzdən 
nə fayda? 
Pəricahan xanım onun sözünü kəsərək dedi:  
-
 
Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin  bən 
deyirəm ki, Mehdi ağanın nəvəsi Ağca xanıma  qaraçı qız ilə 
yoldaş  olub,  oturub-durmaq  yaraşmaz.  Bu  ittifaqdan  sonra 
mən  Ağca  xanımı  burada  qoya  bilməyəcəyəm.  Mən  irəliki 
kibi  şəhərə  köçəcəyəm  və  qızımı  da  pansiona  verəcəyəm. 
Hüseynqulu  ağa  burada  qalsın,  çünki  şəhərdə  yaşamağı  sev-
mir.  
Hüseynqulu ağa buna razı oldu. 
 
                                        *** 
Sabahı  gün  Ağca  xanım  anası  ilə  şəhərə  köçdü.  Yazıq 
qızcığaz  istəkli  dostu  Qaraca  qız  ilə  görüşə  bilmədi.  Ağca 
xanımın  şəhərə  köçməsi  Qaraca  qıza  böyük  təsir  etdi.  Bir 
tərəfdən Ağca xcanımın ayrılıq həsrəti, o bir tərəfdən də onun 
ata-anasının  arasına  ədavət  düşməsi  Qaraca  qızı  çox  qəmgin 
edirdi. Onu şad edən bir şey varsa da, o da qonaqlıqda zühur 
edən  ittifaqdan  sonra  Hüseynqulu  ağa  günlərini  dostu  Səlim 
bəy  və  Rəhim  bəygildə  keçirib,  öz  evində  az  görünməsi  idi. 
Və  Qaraca  qızı  da  oynamağa  çağırmırdı.  Bundan  əlavə 
Qaraca qız özü də oynamağı tərk etmişdi. O günlərini bağda  
keçirirdi, yoldaşı da Qaraca köpək idi. Bu it Qaraca qızla öylə 
üns dutmuşdu ki,  yanından  iraq olmaq istəmirdi. Qaraca  qız 
da  itə  öylə  öyrəşmişdi  ki,  hər  istədiyini  əmələ  gətirə  bilirdi. 
Piri kişi həmişə bunları bir yerdə görəndə deyirdi: 
-
 
İki qaralar yaxşı tapışmışsınız! 
Bu  ittifaqdan  sonra  Qaraca  qızın  Qara  köpəyə  məhəb-
bəti daha da artdı. Böylə ki, bir gün Qaraca qız moruq yığmaq 
qəsdi ilə cəvərənini götürüb meşəyə getmişdi, Qara köpək də 
yanında  idi.  Meşə  Hüseynqulu  ağanın  mülkündə  idi.  Qaraca 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə