Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə31/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

98 
 
-
 
Dur,  qızım,  gün  qızmamış  həm  bağımızı  gəzək,  həm 
də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və 
Qaraca qıza da bir cəvərən verdi. Evdən bayıra çıxdıqda Qara 
köpək də onlara qoşuldu. O, quyruğunu bulaya-bulaya Qaraca 
qıza  yanaşdı.  Qaraca  qız  onun  başını  sığallayıb  cəvərəni 
boyunundan  asdı.  Qara  köpək  başını  bulayıb  cəvərəni  yerə 
saldı. Qaraca qız götürüb yenə boyununa keçirtdi. Qara köpək 
bu dəfə də başını əgib cəvərəni yerə saldı. Piri kişi dedi: 
-
 
Qızım,  zəhmət  çəkmə,  Qara  köpək  azadəligə  öyrən-
mişdir, o, təlimə yatmaz.  
-
 
Yox,  baba,  yatar,  bir  gör  onu  necə  öyrədəcəgəm!  – 
bunu  deyə  Qaraca  qız  Qara  köpəyin  qabağında  çömbəldi  və 
onun gözlərinə baxarkən, dedi: 
-
 
Qaraca  köpəyim,  ağıllı  köpəyim,  cəvərəni  götür!  – 
bunu deyə Qaraca qız cəvərəni  yenə onun boynuna saldı. Bu 
dəfə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın yüzünə 
baxa-baxa yanınca getdi. 
O da sevincək dedi: 
-
 
Afərin, Qaraca köpəyim! Baba, gördünmü? 
-
 
Görürəm, qızım və    çox da təəccüb edirəm:  Qara kö-
pək imdiyə qədər məndən başqasının əmrinə tabe olmamışdır. 
İmdi isə hətta cəvərəni də aparır.   
-
 
Hələ  bu  nədir  ki,  baba,  gör  ona  nələr  öyrədəcəgəm! 
Mən  qaraçı  dəstəsində  olan  zaman  ayını,  meymunu  və  qeyr 
heyvanları öyrədəndə görmüşəm, ancaq gərək, baba, heyvanı 
əzizləyə-əzizləyə  öyrətməlidir.  Yoxsa  döymək  ilə  bir  şey 
olmaz;  amma  qorxutmağın  eybi  yoxdur.  Bax,  Yusif  ayını 
döydü, o da onu parçaladı.  
Piri kişi balaca qızın əhvalatını müxtəsər eşitmişdi. İmdi 
isə Qaraca qızın kim olduğunu, bu vəqtə qədər nə tövr  yaşa-
dığını ona müfəssəl nağıl etdirdi. Qaraca qızın yürəkyandırıcı 
faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu və  yürəgində 
bu yetim çocuğa məhəbbəti artdı. 


99 
 
Səhərin saf və gözəl havası, güllərin və meyvələrin ətri, 
quşların  nəğmələri  insana  zövq-səfa  verirdi.  Böylə  təbiət 
içində pərvəriş tapmış Piri kişiyə baxdıqda adam onun yetmiş 
sənə verməkdən çəkinirdi.  
Bunlar  gəlib  almalığa  çatdılar.  Ətirli,  qırmızı  almaları 
gördükdə Qaraca qızın gözləri işıqlandı.  
-
 
Baba, nə gözəl almalardır!  
-
 
Pəs, qızım, bağımızda hər cür meyvə var, dərib yemə-
yini  qadağan  etmirəm,  ancaq  ac  qarına  yeməyəsən,  yoxsa 
azarlarsan.  İmdi  sən  çıx  ağaca  alma  dər  və  yerə  at,  bən  də 
səbətə yığım. 
Qaraca  qız  xeyli  çapuk  ağaca  dırmaşdı,  almaları  dərib 
yerə  tökməgə  başladı.  Ağzını  da  bikar  qoymurdu.Bir  azdan 
sonra Piri baba dedi: 
-
 
Qızım, daha bəsdir, düş, gedək bir qədər də armud və 
hulu yığaq. 
Qaraca  qız  düşdü.  Almalardan  cəvərəninə  qoyub  yenə 
Qara  köpəyin  boynuna  asdı.  Armudluğa  gedərkən  birdən 
Qara köpək cəvərəni yerə atıb ildırım kibi götürüldü. Qaraca 
qız  tökülmüş  almaları  yerdən  yığarkən  baxıb  gördü  ki,  bir 
balaca  pişik  qaçır,  Qara  köpək  də  istəyir  onu  dutsun.  Bunu 
görcək Qaraca qız cəld qalxıb yügürə-yügürə Qara köpəyi ge-
ri çağırdı. Lakin nə qədər qışqırdısa, o, pişikdən əl çəkmədi. 
Piri kişi də çağırdı. Qara köpək onun sözünə də qulaq asmadı, 
Qara köpək az qalmışdı ki onu dutsun - qoçaq pişik bir sani-
yədə  armud  ağacına  dırmaşıb  özünü  qızmış  Qara  köpəkdən 
xilas  edə  bildi.  Qaraca  qız  bu  işdən  xeyli  şad  olub  əllərini 
biri-birinə vura-vura qaqqıltı ilə gülməyə başladı.  
-
 
Dızz,  Qara  köpək,  dızz!  Necəsən,  duta  bildinmi?  – 
deyib Qara köpəyə yanıq verdi.  
Qara  köpək  isə  işi böylə  gördükdə  ağacın  dibində  öylə 
həşr  etməyə  başladı  ki,  sanki  bu  saət  pişigi  səs  ilə  qorxudub 
yerə  salacaqdır.Yazıq  pişik  hərçənd  hündürdə  və  əl  çatan 


100 
 
yerdə  deyildi;  lakin  bunun  ilə  böylə  titrəyə-titrəyə  gözlərini 
Qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib 
dırmaşmağa  başladı.  Pişik  bunu  görüb  dutduğu  budaqdan 
yuxarı  çıxmadı.  Qaraca  qız  ona  yaxınlaşıb  gördü  ki,  xallıca 
pişik  bir  gözəl  pişik  balasıdır.  Piri  kişi  də  Qaraca  qızın 
almalarını cəvərənə doldurub armud ağacının dibinə gəldi. Bu 
halda  Qara  köpək  bir  qədər  sakit  olmuşdu,  amma  yenə  də 
gözləri ağacda idi.  
-
 
Baba, bax nə gözəl balaca pişik balasıdır. Bunu aparıb 
evimizdə saxlayacağam! 
-
 
Çox yaxşı, qızım, apar. İmdi o armudlardan dər, sonra  
düş!  
Qaraca  qız  armudlardan  dərib  pişiyi  qucağına  alaraq 
yerə  düşdü.  Qara  köpək  əvvəl  özünü  bir  qədər  rahatsız  sax-
ladı, sonra Qaraca qızın səyi ilə bilmərrə sakit oldu və axırda 
pişigə dəyməgib, onun ilə dostluq binasını qoydu.  
Meyvələr hazır olduqda Piri baba dedi:  
-
 
İmdi  bunları  ağalığa  aparmaq  lazımdır.  Qapıya  kibi 
mənə kömək et, sonra mən özüm apararam. 
-
 
Baba, məgər mən ağalığa gedə bilmərəm? 
-
 
Yox, qızım, getsən,Pəricahan xanıma xoş gəlməz, öylə 
bilər ki, onun əmrindən çıxırıq. 
Qaraca  qız  Piri  kişini  bağın  qapısına  kibi  ötürüb  özü 
xal-xal pişiyini qucağına  aldı və bağı gəzməyə başladı. Çəpə-
rin  qırağı  ilə  gedərkənQaraca  qızgördü  ki,  Ağca  xanım  da 
bonası  ilə  iskamyanın  üstündə  oturub  kitab  oxuyur.  Görü-
nürdü ki, Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da 
sevmirdi.  Bu  halda  gözəl  kəpənək  uçaraq  gəlib  Ağca  xanım 
oturduğu iskamyanın başına qondu. Ağca xanım gizlincə əlini 
atdı ki, kəpənəyi dutsun. Amma bacarmadı. Bunu bona görüb 
çox  acığı  dutdu  və  hirsli  Ağca  xanımın  əlindən  dutub  evə 
apardı. Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım 
yenə bağçaya çıxacaqmı? Bir azdan sonra bona yalnızca gəlib 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə