Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

95 
 
-
 
Bu  şərtə  mən  də  razıyam,  ancaq  Ağca  xanım  ilə  bil-
mərrə əlaqəsi olmayacaqdır; şünki ondan pis xasiyyət götürər. 
Bu şərt ilə Qaraca qızı aparıb Piri kişiyə tapşırdılar.  
-
 
Piri  kişinin  daxması  ağalığın  böyük  meyvə  bağının 
içində idi. Piri kişi  yetmiş  yaşında bir qoca idi. Heç bir kəsi 
yox  idi,  özü  də  Hüseynqulu  ağanın  rəiyyəti  olub  onun  atası 
zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda 
ömr sürüb ağalıq qapısına işi düşməsə gəlməzdi. Xidmətçilər 
Hüseynqulu  ağadan  qorxub  hüzurunda  titrəyərdilər.  Lakin 
Piri  kişi  kimsədən  xof  etməzdi  və  bacardığı  qədər  qulluqçu-
ları ağaların zülmündən mühafizə edərdi. Ona görə onu hamı 
sevib  ehtiramını  saxlardı.  Hüseynqulu  ağanın  özü  ondan 
çəkinərdi.  
Piri  kişi  Qaraca  qıza  çox  şad  oldu.  Onun  üçün 
komasında yer hazırladı. Və yedirib rahət etdi. Qaraca qız ye-
rə girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu: 
-
 
Baba, o xanım qızını  nə üçün  mənim ilə oynamağa və 
söhbət etməyə qoymur? 
-
 
Qızım! Onlar bəydirlər, biz rəiyyət; onlar ağadırlar, biz 
nökər.  Bizim  ilə  onların  nə  yoldaşlığı?  Sən,  qızım,  Ağca 
xanımı yadından çıxart, o sənə yoldaş deyildir.  
Qaraca qız bu sözlərlə sakit olmayıb düşünürdü:  
-
 
Mən  Ağca  xanıma  nə  etdim  ki,  anasının  mənə  acığı 
dutdu? Bu gecə ona yemək verməyəcəklər. Yazıq ac qalacaq-
dır!  Anam  sağ  olanda  məni  dənaharsız  qoyardu,  ancaq  mən 
nadinclik edərdim. Bu ki heç zad etməmişdi.  
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. 
O  gecəsi  həman  fikirlər  Ağca  xanımı  da  sakit  etmirdi. 
Nə anasının, nə bonasının nəsihətini anlamırdı:  
-
 
Nə  səbəbə  mən  o  qız  ilə  oynayıb  danışa  bilmərəm? 
Mən bəy qızı olanda nə olar? Məni nə üçün şamsız qoydular? 
Qaraca  qız  çox  təəccüblü  şeylərnağıl  edirdi.  O  deyirdi  ki, 


96 
 
sənə  qaval  çalmaq,  oynamaq  öyrədəcəyəm.  Ah!  Anam  məni 
nə üçün qoymadı ki, onunla çoxluca danışım?! 
Ağca  xanım  yorğanı  başına  çəkib,  gizlincə  ağlamağa 
başladı və bir azdan sonra yuxuya getdi. 
 
                                    *** 
Piri kişi  hələ  uşaqlığından  gün çıxmamış  yuxudan  dur-
mağı  adət  etmişdi.  İmdi  də  tezdən  qalxıb  ocağı  qaladı;  özü 
kibi  ömrü  keçmiş  hisdən  qaralmış  çaydanı  su  ilə  doldurub 
ocağa qoydu vədaxmadan çıxdı ki, bağı dolansın. Piri kişi bu 
bəslədiyi  bağı  çoxsevirdi.  Buradakı  ağacların  çoxunu  özü  öz 
əlləri  ilə  əkib  pərvəriş  verməklə  imdiki  halına  salmışdı.  O 
ətrafda bitən bir meyvə ağacı  yox idi ki,  bu bağda olmasın. 
Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət 
qazanmışdı. Hüseynqulu ağaya  qonaq gələndə cürbəcür əkin 
maşinalarını qoyub, qabaqca bağına tamaşa etməgə aparardı. 
Piri  kişi  Hüseynqulu  ağadan  izn  almışdı  ki,  başqa  kimsənin 
bağa  girməyə  ixtiyarı  olmasın.  Bağı  oğrulardan  qorumağa 
Piri kişinin bircə köməkçisi vardı.  O da Qaraca qızı mağara-
dan    çıxaran  Qara  köpək  idi.  Qara  köpək  qayət  heybətli  və 
hünərli  bir  it  idi.  Onun  qorxusundan  heç  kəs  bağa  davrana 
bilməzdi.  Bu  köpəkdə  bir  qəribə  hal  vardı:  Hər  kəs  ki  Piri 
kişiyə  bədxah  idi,    köpək  onu  sevməyibyavuğa  qoymazdı. 
Piri kişi bir  yeni  şəxs  ilə  tanış olanda  Qara  köpək o  adama 
quyruq bulayıb yaxınlaşsaydı, onu özünə xeyirxah hesab edir-
di. Bərəks, o, adama əvvəldən dişlərini ağardıb mırıldasaydı, 
onu özünə bədxah bilərdi. Qaraca köpəyin bu hissini Piri kişi 
kərrat ilə imtəhan etdiyi üçün böylə deyərdi: 
- Dost və düçmənimi Qara köpək ilə tanıyırım.  
Piri  kişi  Qara  köpəyi  heç  vəqt  zəncirləmirdi.  Gecə  və 
gündüz  Qara  köpək  asudə  idi.  Bunun  ilə  böylə  Qara  köpək 
bağdankənara çıxmazdı. Ancaq bəzi vəqt Hüseynqulu ağa ava 
getdikdə o da həvəslənib av tulalarına qoşulardı; bu vəqt onu 


97 
 
geri  qaytarmaq  üçün  gərək  Piri  kişi  özü  gələ  idi,  yoxsa  kim-
səyə qulaq asmazdı. 
Piri  kişi  komadan  çıxdıqda,  qapını  açıq  qoymuşdu.  Bu 
halda  Qara  köpək  içəri  girib,  evdə  bir  adamı  yatmış  gördü; 
qulaqlarını  şəklədib  heybətli  bir  halət  ilə  ona  tərəf  yönəldi. 
Sonra  Qaraca  qızı  tanıyıb  quyruğunu  buladı  və  iləri  gəlib 
yanında  uzandı;  əlini  yalamağa  başladı.  Bu  vəqt  Qaraca  qız 
gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara köpəyi tanı-
mayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi: 
-
 
Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun? 
-
 
Baba, burada ayı var! 
-
 
Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə 
işi var?! 
Sonra Qara köpəyə: 
-
 
Çəkil!... – deyib onu bayıra qovladı. 
-
 
Yat, qızım, hələ tezdir!  
-
 
Yox,  baba,daha  yuxum  gəlmir.  Mən  həmişə  tez  duru-
ram! 
-
 
Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən du-
ra ki, canı da səlamət ola.  
Qaraca qız paltarını geyib dedi: 
-
 
Baba, əl-yüzümü harada yuyum? 
-
 
Budur, daxmamızın yanında su axır, get orada yu!  
Qaraca  qız  yüzünü  yumağa  getdi.  Piri  kişi  də  süfrəni 
salıb pənir,  çörək və  yağ qoydu; sonra  çaydandan  iki fincan 
çay töküb süfrəyə qoydu. Bu vəqt Qaraca qız  yüzünü yuyub 
içəri girdi.  
-
 
Al, qızım, yüzünü sil, otur çay içək.  
Piri  kişi  Qaraca  qıza  dəstmal  verdi.  Qaraca  qız  da  əl-
yüzünü qurudub süfrəyə oturdu. Hər ikisi yeyib-içməgə məş-
ğul oldu. 
Çaydan sonra Piri kişi Qaraca qıza dedi: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə