Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

89 
 
saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə dara-
lırdı. Ayı dərənin dibinə kibi yumbalandı. Sonra ayağa qalxıb 
yüzü  yuxarı  dırmaşmağa  başladı.  Məlumdur  ki,  ayının  dal 
ayaqları  qısa  olduğundan  enişi  pis  və  yoxuşu  asan  dırmaşa 
bilir.  Ayı  axtarıb  mağaranı  tapdı  və  içinə  girdi.  Qaraca  qız 
sürünə-sürünə  özünü  mağaranın  dar  bir  yerinə  saldı.  Ayı isə 
onu bacarmadı və bir az donquldayıb, mağaranın ağzında yat-
dı.  Qaraca  qız  tərpənməyə  də  qorxurdu,  ancaq  onun  qorxu-
sunahaq  idi;  çünki  imdi  ayının  hirsi  yatmışdı,  ona  dəyməzdi 
və bəlkə də, onun orada olmasına şad olardı.   
 
                                     *** 
İki  saətdən  artıq  idi  ki,  Qaraca  qız  mağaranın  içində 
uzanıb  qalmışdı.  Biçarə  qız  ayının  qorxusundan  özünü 
mağaranın  deşiyinə  öylə  pərçim  etmişdi  ki,  tərpənməyə 
dəimkanı  yox  idi.  Bir  tərəfdən  mağaranın  içindəki  havanın 
azlığı, digər tərəfdən də ayının vahiməsi zavallı qızı bihuşluq 
halına  salmışdı.  Ayı  isə  fısıldaya-fısaldaya  yatmışdı.  Birdən 
ayı  oyanıb  donquldamağa  başladı.  Bu  halda  Qaraca  qızın 
qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox 
çəkmədi  ki,  itlər  hürə-hürə  mağaranın  ağzını  aldılar.  Ancaq 
cürət edib içəri girə bilmədilər. Bir azdan atlı avçılar qışqıra-
qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının nəril-
tisini eşidib tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. 
Onlardan  bir neçəsi cürətlənib mağaranın içinə soxuldu. An-
caq  çox  çəkmədi  ki,  yenə  zingildəyə-zingildəyə  geri  qayıt-
dılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda avçılar bayır-
dan:  
-
 
Axdar,  bas!  Xallı,  bas!  Gümüş,  bas!  –  deyə  itləri  qıs-
qırdılar.  Onlar  da  cürətlənib,  yenə  özlərini  içəri  soxdular  və 
ayı ilə dutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan sonra 
mağaradan  sıçrayıb  çıxdı.  Bu  halda  üç  güllə  birdən  onun 


90 
 
üzərinə  açıldı.  Bunlrın  zərbindən  biçarə  ayı  boğanaqdan 
yıxılan ağac kibi yerə sərildi.  Bir adam dedi: 
-
 
Afərin mənim gülləm!  
-
 
Xeyr,  Hüseynqulu  ağa,  səhv  edirsən,  ayını  öldürən 
mənim gülləmdir.  
-
 
Bağışla,  Səlim  bəy,  mən  ayını  başından  atmışım. 
Yəqin ki onu yıxan mənim gülləmdir! 
-
 
Səbr edin, əzizlərim! Bu saət məlum olar, - bunu deyə, 
əvvəlki  adam  atdan  düşdü  və  nökərlərin  köməgilə  ayının 
cəmdəgini  o  yana-bu  yana  çevirdi  və  diqqət  ilə  baxmağa 
başladı. Sonra da dedi: 
-
 
Əzizlərim,  heç  bəhs  etməyin,  üçümüzün  də  gülləsi 
ayıya dəymişdir! 
Sonra yüzünü nökərlərə tərəf dutub dedi: 
-
 
Cəld    ayının  dərisini  soyun!  Rəhim  bəy,  sənə  demə-
dimmi  ki,  ayısız  bu  avdan  qayıtmayacağam?  Öylə  öz  meşə-
nizi  tərif  edib  məni  məsxərə  edirdiniz  ki,  sizin  meşənizdə 
dovşan da tapılmaz! Pəs bu nədir? 
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi: 
-
 
Yenə  də,  Hüseynqulu  ağa,  öz  fikrimdə  möhkəm 
durmuşam! Bu ayı meşə ayısı deyil, əldə bəslənmiş ayıdır. 
-
 
Öylə iş ola bilməz! Onu haradan bildin? 
-
 
Budur,  bax,  ayının  boyun  tüklərini  zəncir  aparmışdır, 
Səlim bəy, gör doğrumu deyirəm?! 
Səlim  bəy  baxıb  Rəhim  bəyin  sözünü  təsdiq  etdi.  Bun-
dan sonra bəylər qaqqıltı ilə gülməyə başıladılar. Hüseynqulu 
ağa əvvəl dostlarının sözünü zərafət hesab etdi, amma sonra 
özü də diqqət ilə baxıb şəkkə düşdü. Bu halda həvəslənib av 
itlərinə  qoşulan  Hüseynqulu  ağanın  Qara  köpəyi  mağaraya 
girdi,  bunun  dalınca  başqa  itlər  də  getdilər  və  yenə  içəridə 
hürüşmə başladı. Bunu gördükdə Hüseynqulu ağa dedi:  
-
 
Deyəsən, mağarada yenə ayı var?  


91 
 
Bəylər  tüfənglərini  hazırlayıb  mağaranın  ağzını  kəsdir-
dilər.  Bu  zaman  Qara  köpək  Qaraca  qızın  ayağından  dutub 
itlərin  arasından onu sürüyə-sürüyə mağaradan bayıra çıxart-
dı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar.Qara 
köpək  Qaraca  qızı  buraxdı,  amma  o,  hərəkətsiz  qalıb  ayağa 
qalxmadı. Bəylər  Qaraca qızın üstünü aldılar. O, zəif bir hal 
ilə 
gözlərini  açdı;lakin  harada  olduğunu  anlamadı.  
Hüseynqulu ağa ondan soruşdu: 
-
 
Qız,  sən  kimsən?  Bu  mağarada  nə  qayırırdın?  Qaraca 
qız cavab vermədi. Rəhim bəy dedi: 
-
 
 Hüseynqulu  ağa,  görmürsənmi,  qız  hələ  lazımınca 
özünə gəlməmişdir? Nə sual edirsən? Mən əhvalatı onsuz da 
anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olmasını 
düşünməyirsənmi?  Bu  av  etdiyimiz  ayı  da  əldə  bəslənmiş 
qaraçı  ayısıdır.  Ancaq  sahibi  haradadır?  Burası  menim  üçün 
aşkar deyildir.  
Səlim bəy qıza diqqət ilə baxıb dedi: 
-
 
Ha,  bu  qızı  mən  görmüşəm.  Məşhur  oxuyan  və 
oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bun-
dan qabaq ona nə qədər pul və  xələt vəd etdimsə də, bu qızı 
mənə satmadı; imdi yaxşı əlimə düşübdür! Siz öləsiniz, gündə 
qonaqlıq edib sizə böyük keyf verəcəgəm. 
Hüseynqulu ağa bunu eşitdikdə dedi: 
-
 
Demək, o keyfi mən verə bilmərəm? Əslinə baxsan qız 
mənə çatar; çünki mənim köpəgim tapmışdır.  
Bəglərin arasında bəhs düşdü. Səlim bəy dedi: 
-
 
Hüseynqulu  ağa,  özün  yaxşı  bilirsən  ki,  arvadın 
Pəricahan  xanım  qaraçı  qızını  evinə  qoymaz,  nə  üçün  bəhs 
edirsən? 
-
 
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan 
əlavə, qızı Piri kişiyə verəcəyəm,  saxlasın. 
Bəglər buna razı oldular. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə