Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə29/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

92 
 
Hüseynqulu ağa Qaraca qızı nökərlərinə tapşırdı. Bəglər 
yenə  av  etməyə  başladılar,  lakin  dörd  saata  qədər  meşəni 
dolanıb, bir tülkü vəüç dovşandan başqa əllərinə bir av keçirə 
bilmədilər, ona görə avı tərk edərək yola düşdülər. Qaraca qız 
özünə gəlib yol uzunu başına gələn əhvalatı alayarımçıq nağıl 
etdi.  Hüseynqulu  ağaonun  atasız-anasız  yetim  olduğunu  eşi-
dib dedi: 
-
 
Çox gözəl oldu. İmdi heç kəs qızı məndən ala bilməz. 
 
                                       *** 
Hüseynqulu ağa 40 yaşında böyük bir mülkədar idi. 13 
yaşında ikən atası onu bir növ ilə orta məktəbə qoya bilmişdi. 
Amma  Hüseynqulunun  fikri  həmişə  at  minməkdə,  ava  çıx-
maqda olub oxumaq ilə əsla arası yox idi. Hər il o sinifdə, bu 
sinifdə  qala-qala  bir  növ  ilə  dördüncü  sinfə  çıxa  bilmişdi. 
Daha bundan yuxarı gedə bilməyib məktəbdən xaric oldu. Bu 
zaman  atası  vəfat  etdi.  Onun  cəmi  mülkü  tək  bir  oğlu 
Hüseynquluya qaldı. O da günlərini eyş və eşrətdə, qumarda, 
yava yollarda keçirməgə başladı. Düz 30 yaşına çatana qədər 
özü kibi fəna arkadaşları başına yığıb mülkünün çox hissəsini 
keyfə qoydu. Axırda qohumları onu bu pis yoldan qaytarmaq 
üçün  evləndirdilər.  Ona  oxumuş  bir  bəg  qızı  aldılar.  Lakin 
evlənəndən sonra da fəna əməllərindən əl götürmədi. Bundan 
əlavə  arvadı  Pəricahan  xanımla  evdə  xasiyyətlıəri  dutmadu. 
Pəricahan  xanım  Avropa  xanımlarını  təqlid  edərək  köhnə 
qulluqçuları  qovub  onların  yerinə  taza  qulluqçular  dutdu. 
Evin  hər  bir  qaydasını  Avropa  səliqəsinə  saldı.  Hüseynqulu 
ağa  bu  taza  qaydaları  sevmədigi  üçün  əlinə  bəhanə  düşüb 
kənd  evlərinə  köçüb  orada  günlərini  keçirməyə  başladı.  Şə-
hərdə az-az görünürdü. 
Hüseynqulu ağanın mülkündəki evi çox səfalı bir yerdə 
idi.  Bu  evin  yanından  çay  axırdı  və  meşə  də  çox  yaxın  idi. 
Dəmir  yol  isə  mülkün  bir  verstliyində  idi.  Pəricahan  xanım 


93 
 
ərini  təsir  altında  saxlamaq  üçün  kənd  evlərinə  köçməgə 
məcbur  oldu.  Nağıl  etdiyimiz  zaman  onların  6  yaşında 
“Ağca”  adlı  bir  qızları  vardı.  Bu  yaşa  gəlincəAğca  xanım 
Avropa qaydasınca tərbiyə almışdı. Həmişə də yanında bona-
sı  olurdu.  Anasının  tapşırığına  görə  bonası  onu  kimsə  ilə 
oynamağa, gəzməyə buraxmırdı. Ağca xanımın tərbiyəsi üstə 
həmişə ər ilə arvadın arasında bəhs gedirdi. 
 
*** 
Axşamçağı  Hüseynqulu  ağa  öz  dostları  Rəhim  bəy  və 
Səlim bəy ilə bərabər,  düşmənə qalib gəlmiş  kumandan kibi, 
evinə  varid  oldu.    İtlərin  hürməgi,  avçıların  səsləri,  nökər  və 
mehtərlərin  qışqırığı  biri-birinə  qarışmışdı,  Ağca  xanım  bu 
səs  küyə  bonasından  iznsiz  evdənbayıra  çıxdı.Kənarda  dur-
muş  Qaraca  qızı  görüb  ona  yaxınlaşdı.  Qaraca  qız  və  Ağca 
xanım nəzərlərini biri-birinə salıb bir müddət diqqət ilə baxış-
dılar. Bu iki uşaqların arasında böyük fərq vardı: biri iki bəy-
zadədən törəməhökmdar sinfinin övladı, digəri iki  yoxsuldan 
törəmə  bir  əyəl  balası!  Biri  zəif,  zərif,  hər  bir  şeydə  özgəyə 
möhtac  olduğu kibi; o biri  isə  polad kibi sağlam bədənli, az 
yaşında  çox  görmüş,  öz  zəhmətilə  məişət  edən  bir  çocuq! 
Birinin  baxışı  sanki  özgələri  köməyə;  o  birinin  nəzəri  isə 
hamını qovğaya çağırırdı.  
Ağca  xanım  zərif  əlini  Qaraca  qıza  uzatdı,  o  da  kobud 
barmaqları  ilə  onun  əlini  sıxdı.  Ağca  xanım  bu  sıxmağa 
dəvam etməyib qışqırdı, sonra güldü. Bir az çəkmədi ki, şirin 
söhbətə  başladılar.  Bu  vəqt  Hüseynqulu  ağa  Qaraca  qızı 
unudub otaqda bəglər ilə av bəhsinə girmişdi. Ağca xanım ilə 
Qaraca  qızın  söhbəti  çox  çəkmədi.  Pəricahan  xanım  ota-
ğından həyətə endi və qızını Qaraca qız ilə şirin söhbət edən 
görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi: 


94 
 
-  Nə  üçün  öz  vəzifənizi  unudursunuz,  xanım?  Baxın, 
tərbiyə  verdiyiniz  qız  kim  ilə  ülfət  etmişdir?  Otağına  aparın! 
Bu gecə şamsız qalacaqdır.  
Bona  gözü  yaşlı  zavallı  Ağca  xanımın  əlindən  dutub 
otağına  apardı.  Qaraca  qıza  da  Pəricahan  xanım  –  Dalımca 
gəl, qaraçı qızı! – deyib Hüseynqulu ağanın otağına apardı və 
rişxənd ilə dedi:  
-
 
Bu  şahzadə  qızını  haradan  tapıb  gətimisən?  Qızın  ilə 
də tanış olub çox şirin söhbət edirdilər. 
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi: 
-
 
Pəricahan! Qızına yazığın gəlsin. Gör yoldaşsızlıq onu 
nə  hala  salmışdır?  Qoy  bu  qız  ilə  oynasın,  atlansın,  qol-
qanadı  açılsın,  bədəni  bərkisin,  keyfi  açılsın!  Bu  qız  qaraçı 
qızı  deyildir.  Və  olsa  da,  nə  eybi  vardır?  Xanımın  yanında 
qarabaşı  olmazmı?  Bonası  yanında  olacaqdır.  Bir  fəna  iş 
edərlərsə, tənbih edib qoymaz!  
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi.  
 
-
 
Sən  mənə  söz  vermişdin  ki,  tərbiyə  məsələsinə  qarış-
mayacaqsan. İmdi nə üçün sözündə dəvam etmirsən? Bu qız 
buradan gedəsidir! Artıq söz lazım deyil.  
-
 
Xeyr. Bu qız burada qalasıdır! - deyə Hüseynqulu sə-
sini yücaltdı.  
-
 
Sənə deyirəm, bu qız bu saət buradan gedəsidir, yoxsa 
mən burada qalmaram! - deyə Pəricahan xanım qəzəbləndi.  
Səlim bəy fürsəti fövtə verməyib dedi: 
-
 
Onda verin mən aparım. 
Hüseynqulu ağa dedi: 
-
 
Səlim  bəy!  Hiç  vəqt  ona  razı  olmaram!  Necə  ki  sizə 
demişdim, öylə də edəcəyəm. Qaraca qız bağbanım Piri baba-
nın yanında olacaqdır. 
Pəricahan xanım dedi: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə