Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

78 
 
-
 
Komamın  bülbülü  uçub  getdi!...  –  deyə  Piri  kişi  göz 
yaşını tökdü.  
-
 
 Xudaya,  böyük  ruhun  xatirinə  müqəssir  valideyni  əff 
et! – deyə Hüseynqulu ağa dua etdi.  
Bu  xəbər  bir  dəqiqədə  ağalığa  yayıldı  və  cümləni 
qəmgin etdi. Pəricahan xanım dutduğu əməldən peşiman olub 
qız  ilə  bərabər  yanıqlı-yanıqlı  ağlayırdı.  Qaraca  qızın  vəsiy-
yətini əmələ gətirdilər: Onu Göytəpədə dəfn etdilər.  
Hüseynqulu  ağa  Qaraca  qızın  qəbrinin  üstündə  böyük 
bir  nişangah  tikdirdi  və  baş  daşının  üstündə  yazını  öz  dostu 
Ağca  xanımın  uğrunda  fəda  etdiyini  yazdırdı  ki,  bu  böyük 
fədakarlıq baqi qalsın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


79 
 
 
 
 
 


80 
 
QARACA QIZ 
 (Sülüeyman Sani Axundov. Zərafət, 1927-ci il) 
 
Qafqaz  şəhərlərinin  birində  usta  Zeynal  adlı  bir  sərrac 
öz  arvadı  Şərəfnisa  ilə  yaşayırdı.  Bunlar  İran  əhli  idilər,  öz 
vilayətlərində  məişətləri  məşəqqət  ilə  keçməyə  görə  vətən-
lərini  buraxıb  buraya  gəlmişdilər.  Usta  Zeynal  sərraclıq  edib 
külfətini  bir  tövr  dolandırardı.  Usta  Zeynal  övladdan  yalnız 
altı yaşında Tuti adlı bircə qızı vardı. Tuti çox qara və çirkin 
idi. Anası ona körpə vəqtindən “Qaraca qız” deyib çağırdığı-
na  görə  əsl  adı  unudulub,  hər  kəs  onu  bu  ad  ilə  çağırardı. 
Qaraca qız çox nadinc idi və özü qız taifəsi ikən qızlar ilə oy-
namağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynardı. Uşaqlar 
Qaraca  qızdan  qorxardılar;  çünki  o,  çox  cürətli  idi  və 
yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız 
həmişə zəifin tərəfini dutardı. Qaraca qızı ata-anası nadincliyi 
üçün  nə  qədər  döyərdilərsə  də,  əsla  ağlamazdı.  Anası  ondan 
qomşulara şikayət edib deyərdi: 
-
 
Qaraca qızı su batırmaz, od yandırmaz. 
 Bununla böylə Qaraca qız çox rəhmdil və səxavətli qız 
idi: hər nə əlinə düşseydi, yoldaşları ilə bölüşərdi.  
Usta Zeynal sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı. 
Bir  qış  haman  şəhərdə  böyük  zəlzələ  olub,  çox  ev  uçurtdu.  
Zəlzələ  gecə  yarısı  xalq  şirin  yatan  zaman  ittifaq  düşdüyünə 
görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər 
açıldıqda ətrafdan xəlq tökülüb şəhərə köməyə gəldi. Adam-
lar dəstə-dəstə olub əllərində kürək, bel, külüng, uçuqları qaz-
mağa başladılar. Ata oğulu, oğul atanı, qardaş bacını səsləyə-
səsləyə  daş  toprağı  ayırırdılar.  Bir  dəstə  də  usta  Zeynal  olan 
evi  qazıyırdı.  Əvvəlcə  Şərəfnisanın,  bunun  dalınca  usta 
Zeynalın  meyiti  çıxdı.  Bir  az  da  qazandan  sonra  bir  deşik 
açıldı,  çıplaq    bir  balaca  qız  sıçrayıb  çıxdı.  Bu  qız  haman 
Qaraca  qız  idi.  O,  ata-anasının  meyitlərini  görüb  ağlamağa 


81 
 
başladı. Hər kəs öz  qohum əqrabasını aramağa  məşğul olub, 
Qaraca qızın qeydinə qalan yox idi.  Zəlzələdən iki gün qabaq 
bir  dəstə  qaraçı  bu  şəhərin  kənarında  çadır  qurub  düşmüşdü. 
O  dəstədən  bir  qaraçı  arvadının  Qaraca  qıza  yazığı  gəlib 
çadırlarına apardı və orada ona yemək və paltar verib ocağın 
qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və 
onun  burada  heç  bir  kəsi  olmayıb  qərib  olduğunu  bilib  öz 
yanlarında saxlamağa naçar qaldılar.  
Qaraca  qızı  qızlığa  götürən  qaraçı  arvadı  Yasəmən 
iyirmi  yaşında  gözəl  surətli,  yumşaq  təbiətli,  şad  ürəkli  bir 
qadın  idi.  Xasiyyəti  cəhətinə  Yasəməni  hamı  sevərdi;  amma 
onun  əri  Yusifi  heç  kəs  sevməzdi;  çünki  o,  çox  bədxasiyyət, 
tündməcaz, zalım bir şəxs idi. Yasəmən  qaval çalıb oxumaq 
və  oynamaq  ilə  pul  qazanıb  dəstəyə  xeyli  mənfəət  verərdi. 
Onun əri Yusif dəqapı-qapı gəzib ayı oynadardı. 
 Yasəmən Qaraca qızı çadıra gətirən zaman Yusif orada 
yox idi; çünki dəstənin bir hissəsi onunla bərabər sübh tezdən 
buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı getməyə yığışırdı. 
Yasəmən ərindən çox qorxurdu;  çünki bilmirdi ki, o, Qaraca 
qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.  
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü.Yasəmənin 
iztirabı  bihudə  deyil  imiş;  çünki  dalda  qalmış  dəstə  gəlib 
yoldaşlarına çatdıqda Yusif əhvaldan xəbərdar olub çox acıq-
landı və bir kəndə çatan kibi Qaraca qızı orada qoyub gedə-
cəyini  söylədi.  Yasəmən  ərinə  yalvardı  ki,  o,  böylə  işi  etmə-
sin,  lakin  Yusif  ona  qulaq  asmadı.  Qaraca  qız  isə  yürəgində 
bu  işə  şad  idi.  Çünki  Yusifdən  qorxurdu  və  qorxmağa  da 
haqlı idi: Yusifin heybətli sifəti və ələlxüsus qara və pərtlək 
gözləri  nəinki  uşağı,  hətta  böyük  adamı  da  qorxuya  salırdı. 
Yasəmən  ərinin  təməkarlığını  bilirdi,  ona  görə  Qaraca  qızın 
gələcəkdə onlara böyük mənfəət verməyini söylədi: 
-
 
Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza 
mahnı  oxumaq,  özüm  kibi  oynamaq  öyrədəcəgəm  və  üst-


82 
 
başını  bəzəyib,  kəndlərdə,  şəhərlərdə  oynadacağam.Sənin 
üçün pul yığacağam. 
 Bu fikri Yusif bəgənib Qaraca qızın dəstədə qalmasına 
razı oldu.  
 
                                        *** 
Vətənsiz qaraçıların məişətini Qaraca qız çox bəyənirdi, 
bu  gün  burada,  sabah  bir  taza  yerdə,  çay  qırağında,  meşə 
kənarında mənzil edib çadır qurma, ocaq çatıb xörək bişirmə, 
bir  yerdə  mahnı  oxuma,  nağıl  söyləmə  -  bunların  hamısı 
Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vəqtlər Qaraca qız Yusifin 
ayısından qorxurdu, amma sonralar öyrəşib, onunla çox dost 
olmuşdu.  Ayı da onun ilə oynamağı sevirdi. Yasəmən Qaraca 
qızı  ərinə  söz  verdiyi  kibi  yaxşı  geyindirib,  oxumaq  və 
oynamaq  öyrətmişdi.  Tamaşaçılar  Qaraca  qızın  gözəl  səsinə 
və  oynamasına  təəccüb  edib  heyrətdə  qalırdılar.  Qaraca  qız 
balaca  qavalını  açıb  tamaşaçılara  tərəf  dutanda  dərhal  onun 
içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu 
barədə  arvadından  və  Qaraca  qızdan  razı  idisə  də,  yenə  hər 
ikisini xasiyyətin pisliyindən çox incidərdi.  
Qaraca qızın təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə 
görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən 
əl  götürməzdi.  Qaraca  qız  ancaq  Yasəmənin  sözündən 
çıxmazdı.  Çünki  Yasəmən  onunla  çox    mehribandolanardu. 
Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: 
-
 
Bu  zorbalıqda  ayı  mənim  qamçımın  qorxusundan  hər 
cür  oyun  çıxardır,  amma  bu  balacalıqda  qızın  əlində  aciz 
qalmışam! 
Yasəmən ona böylə cavab verərdi: 
-
 
Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır!.. 
Heyvan  ilə  edilən  rəftar  insan  ilə  edilməz.  Heyvana  yoğun 
çubuq lazım isə, insana mehriban rəftar, mülayim söz lazım-
dır! 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə