Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

68 
 
-
 
Rəhim bəy, bən deməyirəm ki, qızım oynamaq bilmə-
sin, ancaq   bən deyirəm ki, Mehdi ağanın nəvəsi Ağca xanı-
ma  bir  qaraçı  qız  ilə  yoldaş  olub,  oturub-durmaq  yaraşmaz; 
Hüseynqulu isə deyir ki, xayır, yaraşar! Bizim bəhsimiz bura-
dadır! Hərgah Hüseynqulu ağa dediyində möhkəm dursa, bən 
burada oturası deyiləm. 
Hüseynqulu ağa dedi: 
-
 
Əzizim,  iki  ay  bundan  əvvəl  siz  bənim  qızımı 
görmüşdünüz ki, nə halda idi?! Özü zəif, arıq, deyəsiz ki, bir 
illik  azardan  imdicə  qalxmışdı!  Nə  deyirdi,  nə  danışırdı,  nə 
gülürdü...  Diyəsən,  qəm  dəryasına  batmışdı.  Məgər  o  vəqt 
bənim dolanacağım pis idi, qızım yemək-içmək tapmayırdı və 
ya  ona qulaq asan  yox idi?! Xayır, bunların  hamısı  qabaqda 
da var idi, imdi də vardır. Bəs nə oldu ki, o zəif, həmişə qəmli 
bir  qız  imdi  böylə  sağlam,  yanaqları  lalə  kibi  qızarmış,  bu-
günkü kibi oynayan və gülən oldu?! Hələ onun mahnı oxuma-
sından  xəbərin  yoxdur.  Bunların  hamısına  Qaraca  qız  səbəb 
oldu.  Haman  bu  anasından  gizlin  olaraq  onlar  biri-biri  ilə 
baba  otağında  görüşürdülər.  Bu  sirri  təkcə  bən  bilirdim. 
Əzizim Pəricahan! Uşaq taifəsinə yeməkdən, içməkdən, gey-
məkdən,  onların  cümləsindən  artıq  yoldaş  lazımdır,  həmsər 
lazımdır  ki,  biri-birləri  ilə  oynayıb  gülsünlər,  deyib,  danış-
sınlar!  Uşaq  taifəsinin  bəy,  xan,  rəiyyət  nələrinə  lazımdır, 
onlar  öz  təbiətlərinə  tabedirlər.  Bu  sadəcə  mətləbi  bən  elm 
oxumuş arvadıma anlada bilmirəm.  O ki Qaraca qıza qaldı, 
bən bu vəqtə kibi ondan bir qorxulu və fəna xasiyyət görmə-
mişəm. Bir sadə, rəhmdil el çocuğudur.  
Pəricahan xanım dedi: 
-
 
Sənin ilə bənim tərbiyə nöqtəmiz bir yerə gəlməz, ona 
görə  də  bəhs  etməyib  deyirəm:  Ağcanı  şəhərdə  pansiona 
vermək lazımdır. Kənddə yaşadığı daha bəsdir, sabahdan bən 
Ağca ilə şəhərə köçəcəm, sən də burada qalıb öz işinə məşğul 
olarsan. Buna sən razısanmı?  


69 
 
Hüseynqulu ağa dedi: 
-
 
Buna razıyam! 
Bəylər  ər  ilə  arvadın  böylə  barışmalarına  çox  şad  olub 
xudafizləşdilər və getdilər.  
 
                                       *** 
Sabahı gün Ağca xanım anası ilə şəhərə köçdü. Zavallı 
qız istəkli dostu Qaraca qız ilə görüşə bilmədi. Ağca xanımın 
şəhərə köçməsi Qaraca qıza çox böyük təsir etdi. Bir tərəfdən 
onun ilə ayrılıq həsrəti, bir tərəfdən də ər ilə arvadın arasında 
bundan  ötrü  ədavət  düşməsi  onu  çox  qəmgin  edirdi;  bircə 
Qaraca qızı şad edən Hüseynqulu ağanın onun ilə etdiyi rəftar 
idi. Pəricahan xanım şəhərə köçəndən sonra  Hüseynqulu ağa 
tez-tez Piri kişi ilə söhbət etməyə gəlirdi və o vəqt Qaraca qız 
ilə mehriban danışıb deyərdi: 
-
 
Səbr  et,  Qaraca  qızım,  bir  azdan  sonra  Ağca  xanım 
yenə  gələcəkdir.  Bu  dəfə  keyfiniz  istədiyi  qədər  oynayıb 
gəzəcəksiniz!  
Və  bir  də  Hüseynqulu  ağa  hər  dəfə  şəhərdən  gələndə 
Qaraca  qız  üçün  Ağca  xanımdan  və  öz  tərəfindən  çoxlu 
sovqat, “hədiyyə” gətirirdi. Hüseynqulu ağanın Qaraca qız ilə 
böylə  rəftarını  görüb  ağalığa  xidmət  edən  xitmətçilər  də 
Qaraca qız ilə mehriban dolanırdılar. Onlar Qaraca qızdan oy-
nayıb,  oxumağı  nə  qədər  təvəqqe  edərdilərsə  də,o,  bunların 
təvəqqelərini  qəbul  etməyirdi.  Çünki  qonaqlıqda  düşən  itti-
faqdan sonra bilmərrə  oynayıb, oxumağı tərk etmişdi. Günü-
nü bağda təkcə keçirirdi,  yoldaşı da Qaraca  köpək idi! Bu it 
Qaraca  qız  ilə  öylə  üns  dutmuşdu  ki,  yanından  o  yana  get-
məyirdi.  Qaraca  qız  da  itə  öylə  öyrəşmişdi  ki,  hər  istədiyini 
əmələ gətirə bilirdi. Hüseynqulu ağa həmişə bunları bir yerdə 
görəndə zarafat edib deyərdi: 
-
 
İki qaralar yaxşı tapışmışlar.  


70 
 
Bir  ittifaqdan  sonra  Qaraca  qızın  Qara  köpəyə  məhəb-
bəti daha da artdı. Bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə 
cəvərənini  götürüb  meşəyə  getmişdi,  Qara  köpək  də  yanında 
idi. Meşə Hüseynqulu ağanın mülkü olub, özü də çox böyük 
meşə  idi.  Qaraca  qız  azmağından  və  meşə  heyvanlarından 
qorxmayırdı. Çünki hər iki halda Qara köpəyin onu xilas edə 
biləcəyini  anlayırdı.  Meşədə  cəvərənini  moruq  ilə  doldurub 
evə  tərəf  üz  qoydu.  Meşənin  içindən  dəmir  yol  keçirdi. 
Qaraca  qız  yolu  keçdiyi  zaman  ayağı  büdrəyib  yıxıldı  və 
moruğu  yerə  töküldü.  Bunu  yığan  vəqt  vaqon  göründü.  An-
caq  Qaraca  qızın  başı  moruğu  yığmağa  qarışıb  vaqonun 
gəlməsindən  bixəbər  idi.  O  vəqt  Qara  köpək  meşədən  yola 
çıxdı  və  Qaraca  qızı  başıaşağı  moruq  yığan  və  vaqonu  iti 
gələn  görüb  ildırım  kibi  götürüldü  və  Qaraca  qıza  öylə  döş 
vurdu ki, o da, özü də dərəyə uçdular. Qaraca qızın sağ ayağı 
ağaca  ilişib  qanadı,  bunun  ağrısından  o  Qara  köpəyin  böylə 
hərəkətindən  acıqlanıb  qışqırdı.  Amma  başını  yuxarı  qaldır-
dıqda vaqonun moruq tökülən yerdən keçib getməsini gördü. 
Qaraca  qız  imdi  anladı  ki,  ağıllı  köpək  onu  bu  zor  ölümdən 
qurtarmışdır, ona görə də dərhal acığı soyudu və Qaraca kö-
pəyin başını sığallayıb onu əzizlədi. Sonra yenə yola çıxdı ki, 
görsün,  cəvərəni  necə  olmuşdur.  Gördü  ki,  ondan  ancaq 
qırılıb  yerə  tökülən  çöplər  qalmışdır.  Qaraca  qız  ölümdən 
qurtardığına çox şad olub cəvərənin tələf olmasına bir o qədər 
yanmadı.  Bu  ittifaqdan  sonra  Qara  köpəyin  hörməti  ağalıq 
qapısında  daha  da  artdı.  Bu  xəbər  haman  gün  şəhərə  çatdı. 
Ağca  xanım  dostu  Qaraca  qızın  ölümdən  qurtarmasına  çox 
şad  olub  atasına  yazdığı  məktubun  içində  bir  şahı  iriliyində 
bir  zərli  kağız  da  qoymuşdu  ki,  bu  da  bən  tərəfindən  Qara 
köpəyə qızıl medal olsun! Ağca xanımın bu fikri Hüseynqulu 
ağaya  çox  xoş  gəldi,  doğrudan  da,  Qara  köpəyə  dövlət  tərə-
findən medal verilməsini lazım bildi. 
*** 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə