Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

62 
 
Ağca xanım atasını çox-çox istəyirdi, onun sadəliyi çox 
xoşuna gəlirdi, ona görə də atasına yoldaş və sirdaş olmuşdu, 
ondan  heç  şey  gizləməzdi.  İmdi  atasından  bu  sözləri  eşitcək 
Ağca xanım atasının boynunu qucaqladı:  
-
 
Ata, sənə bir söz söylərəm, ancaq anama deməyəsən?! 
-
 
Demərəm, qızım, söylə. 
Ağca xanım özünün burada dustaq olmasını, Qaraca qız 
ilə  nə  tövr  görüşməsini,  onun  divan  altında  gizlənməsini 
tamamilə atasına nəql etdi və sonra soruşdu: 
-
 
Ata, bəs Qaraca qız buradan nə tövr çıxmışdır? 
-
 
İmdi, qızım, bağımıza gedərik, bənim Piri kişi ilə işim 
var,  sən  də  bənimlə  gedərsən,  orada  Qaraca  qız  ilə  oynarsan 
və həm də onun buradan necə çıxmasını özündən soruşarsan! 
Bunu  deyib  divanın  üstündən  qalxdı.  Ağca  xanım 
şadlığından bilməyirdi ki, nə etsin. 
Hüseynqulu ağa qızı ilə bağı gəzərkən gəlib Piri kişinin 
komasına çatdı. O vəqt Piri kişi qapısında oturub səbət hörür-
dü.  Qaraca  qız  da  arxda  qabları  yuyub  komaya  gətirirdi. 
Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.  Amma  onun  çox 
mehriban bir tərzdə: 
-
 
Keyfin necədir, Qaraca qızım? – soruşmasından yürəgi 
sakit  olub,  -  “Ağam  sağ  olsun”  –  deyə  cavab  verdi.  Piri  kişi 
ayağa qalxıb dedi: 
-
 
Xoş  gəlmisiniz,  əziz  ağalarım!  Bundan  sonra  yüzünü 
Qaraca qıza dutub dedi:  
-
 
Qızım, tez get evdən döşək gətir, ağaların altına sal!  
Qaraca  qız  tez  içəridən  döşək  gətirib    göy  otun  üstünə 
saldı.  Hüseynqulu  ağa  əyləşdi  və  yüzünü  qızlara  tərəf  dutub 
dedi: 
-
 
Haydı,  qızlarım,  siz  də  gediniz  bağda  oynayınız! 
Qaraca qız qavalını götürüb Ağca xanım ilə gəzməyə və oy-
namağa getdi. Hüseynqulu ağa da Piri kişi ilə söhbətə məşğul 
oldu. Ağca xanım və Qaraca qız əl-ələ verib  bağda qaçmağa 


63 
 
və  oynamağa  başladılar.  Ağca  xanım  başına  gələni  Qaraca 
qıza nəql etdi və o da baba otağından necə çıxdığını tamamilə 
ona  söylədi.  Bunlar  öz  aralarında  söz  verdilər  ki,  mümkün 
olduqca baba otağında görüşsünlər. Qaraca qız Ağca xanıma 
qaval çalıb, mahnı oxumaq və oynamaq öyrədirdi. Axırda hər 
ikisi oynamaqdan  yorulub göy otun üstündə  uzandılar. Ağca 
xanım  bu  hala  çox  şad  idi,  ancaq  anasının  bir-iki  saatdan 
sonra qayıtması yadına düşdükcə yürəgi sıxılırdı.  
Bir  azdan  Hüseynqulu  ağa  Piri  kişi  ilə  gəlib  qızlar 
oturan yerə çıxdılar.  Bunlar qızları götürüb arı pətəklərinə ta-
maşaya  getdilər.  Qızlar  arıların  işləməsinə  çox  həvəs  ilə 
baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:  
-
 
Bu  pətəyin  arıları  çox  vurağandırlar.  Bunlardan 
özününzü gözləyin, qızlarım!  
Bu  pətəyin  arıları  başqalarına  nisbətən  qara  idilər;  bir 
başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları  pətəyin ağ-
zında qarışqa kibi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi: 
-
 
Yaxşı  vəqt  gəlmişik.  Bu  saət  buranın  arısı  beçə  verə-
cəkdir.  
Sonra yüzünü Qaraca qıza tərəf dutub dedi: 
-
 
Qızım, qaçaraq get evdən o günü sənə göstərdiyim  ağ 
torbanı götür gəl. Qaraca qız yügürərək getdi; bir azdan sonra 
arılar  pətəkdən  dəstə-dəstə  çıxıb  uçmağa  başladılar.  Piri  kişi 
onların dalınca düşdü. Axırda arılar bir armud ağacının buda-
ğına qondular. Bir dəqiqə keçmədi ki, biri-birinin üstünə qo-
naraq üzüm salxımı kibi ağacdan sallandılar. Bu halda Qaraca 
qız torbanı gətirdi. Hamıları ağacın altında hazır oldular. Piri 
kişi Ağca xanıma dedi: 
-
 
 Ağca  xanım,  o  budaqdan  sallanan  arıların  arasında 
şahları  vardır;  bu  arılar  da  onun  qoşunudur,  buradakı  tazə 
şahdır.  Köhnə  şah  qabaqkı  pətəkdə  qalmışdır.  İki  şah  bir 
pətəkdə olmaz, ona görə də tazə şah çıxan kibi uçub özü üçün 


64 
 
yeni bir yuva arayır. İmdi biz onları dutub tazə pətəyə qoya-
cayıq.  Bu sözlərdən sonra yüzünü Qaraca qıza dutub dedi: 
-
 
Qızım,  çıx  ağaca  və  bu  sallanan  arıları  torbanın  içinə 
salıb ağzını da büz.  
Qaraca  qız  pişik  kibi  ağaca  dırmaşmağa  başladı.  Ağca 
xanım Piri kişidən soruşdu: 
-
 
Baba, o arılar Qaraca qızı sancmazlarmı? 
-
 
Xeyr,  xanım,  arını  əl  ilə  basmasan  və  onlardan  qorx-
masan, onlar heç vəqt sancmazlar.  
Qaraca  qız  arıları  torbaya  salıb  ağzını  büzdü.  Piri  kişi 
aşağıdan Qaraca qıza dedi:  
-
 
İmdi qızım budağı sındır və aşağı düş.  
Qaraca qız da böylə edib düşdü. Piri kişi torbanı ondan 
aldı və hamıları arılığa getdilər. Piri kişi torbadakı arıları bir 
boş pətəyə boşaltdı, sonra yüzünü Ağca xanıma dutub dedi:  
-
 
Sənin xoş qədəmindən arımızın biri də artdı. Bu pətəyi 
sənə bağışlayıram, balı olanda gəlib özün üçün kəsərsən! 
Bundan  Ağca  xanım  çox  xoşhal  oldu.  Hüseynqulu  ağa 
dedi: 
-
 
Qızım,  bu  da  sənin  arın!  İmdi  gəl  gedək:  Anan  bir 
azdan sonra gələcəkdir!  
Bunlar xudafizləşib evə qayıtdılar.  
Axşamçağı Pəricahan xanım Mariya İvanovna ilə şəhər-
dən  gəlib  çıxdı.  Pəricahan  xanım  Ağca  xanımı  çox  şad  və 
yanaqları qızarmış görüb dedi: 
-
 
Bax, qızım, bənə qulaq asıb evdə oturdun, ona görə də 
sağalıb, rəngin özünə gəldi. Gör, qızım, sənə nə qədər şeylər 
gətirmişəm!  
Ağca xanım anasının gətirdiyi gözəl kukla, “gəlin”lərə, 
başqa  oyun  şeylərinə  və  yeməli  şeylərə  baxıb  çox  şad  oldu. 
Bu  vəqt  Ağca  xanımın  arzu  etdiyi  bir  şey  varsa  idi,  o  da  bu 
şeyləri  Qaraca  qıza  göstərib,  onun  ilə  bölüşmək  idi.  Bu  da 
ancaq  baba  otağında  mümkün  idi.  Ağca  xanımın  təbiəti  çox 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə