Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

53 
 
Qara  köpək  bu  dəfə  cəvərəni  yerə  salmadı  və  Qaraca 
qızın yüzünə baxa-baxa yanınca getdi. 
O da sevinərək qışqırdı: 
-
 
Afərin, Qara köpəyim! Baba, gördünmü? 
-
 
Gördüm,  qızım!  Çox  da  təəccüb  edirəm:  Köpək  bu 
qədər  ildir  ki,  qapıda  olur,  bəndən  başqa  bu  günə  kibi  heç 
kəsin  sözünə  qulaq  asmamışdır.  İmdi  isə  hətta  cəvərəni  də 
aparır.  
-
 
Hələ  bu  nədir  ki,  baba,  gör  ona  nələr  öyrədəcəgəm! 
Mən  qaraçı  dəstəsində  olan  zaman  ayını,  meymunu  və  qeyri 
heyvanları öyrədəndə görmüşəm, ancaq gərək, baba, heyvanı 
əzizləyə-əzizləyə öyrədəsən. Yoxsa döymək ilə bir şey olmaz
amma qorxutmağın eybi yoxdur. Odur ki, Yusif ayını döydü, 
o da onu parçaladı.  
Piri  kişi  Qaraca  qızın  əhvalatını  müxtəsər  eşitmişdi. 
İmdi isə Qaraca qızın kim olduğunu, bu vəqtə qədər nə tövr 
yaşadığını  ona  müfəssəl  nəql  etdirdi.  Qaraca  qızın  yerək-
yandırıcı  faciəsindən  rəhmdil  Piri  kişi  xeyli  qəmgin  oldu  və 
yürəgində bu yetim çocuğa məhəbbəti artdı. 
Səhərin saf və gözəl havası, güllərin və meyvələrin ətri, 
quşların  nəğməsi  insanı  biruh  edirdi.  Böylə  təbiət  içində 
pərvəriş  tapmış  Piri  kişiyə  baxanda  adam  onun  yetmiş  sənə 
olmağına inanmayırdı.  
Bunlar  gəlib  almalığa  çatdılar.  Ətirli,  qırmızı  almaları 
gördükdə Qaraca qızın gözləri işıqlandı.  
-
 
Baba, nə gözəl almalardır!  
-
 
Pəs,  qızım,  bağımızda  hər  cür  meyvə  var,  sənə  dərib 
yeməyə  qadağan  etməyirəm,  ancaq  ac  qarına  yeməyəsən, 
yoxsa azarlarsan. İmdi sən çıx ağaca alma dər və yerə at, bən 
də  səbətə  yığım;  Qaraca  qız  xeyli  çabuk  ağaca  dırmaşdı, 
almaları  dərib  yerə  tökməyə  başladı  və  ağzını  da  bikar 
qoymayırdı.  Qaraca  qız  böylə  gün  keçirtməyə  çox  şad  idi: 
Piri kişi onu öz övladı kibi istəyir, bir zəhmətli işi yox, özü də 


54 
 
böylə  gözəl  bir  bağda  yaşayır,hansı  meyvədən  istəsə,  dərib 
yeməgə ixtiyarı var. Daha bundan da gözəl dolanmaq olarmı! 
-
 
Qızım,  daha  bəsdir,  düş,  gedək  bir  qədər  də  armud, 
üzüm və hulu yığaq. 
Qaraca qız düşdü və almaları səbətə doldurub, armud və 
şaftalı xiyabanlarına getdilər. Qaraca qız almalardan cəvərənə 
qoyub  yenə  Qara  köpəyin  boynuna  asdı.  Bir  qədər  getmə-
mişdilər  ki,  birdən  Qara  köpək  cəvərəni  yerə  atıb  yıldırım 
kibi  götürüldü.  Qaraca  qız  almaları  yerdən  yığarkən  baxıb 
gördü  ki.  bir  balaca  pişik  qaçır,  Qara  köpək  də  istəyir  onu 
dutsun.  Bunu  görcək  Qaraca  qız  cəld  qalxıb  yügürə-yügürə 
Qara  köpəyi  geri  çağırdı.  Lakin  nə  qədər  qışqırdı  isə,  o, 
pişikdən  əl  çəkmədi.  Piri  kişi  də  çağırdı.  Qara  köpək  onun 
sözünə də qulaq asmadı. Qara köpək az qalmışdı ki onu duta, 
qoçaq  pişik  bir  saniyədə  armud  ağacına  dırmaşıb  özünü 
qızmış  Qara  köpəkdən  xilas  edə  bildi.  Qaraca  qız  bu  işdən 
xeyli şad oldu, əllərini biri-birinə vura-vura şaqqıltı ilə güldü.  
-
 
Dızz,  Qara  köpək,  dızz!  Necəsən,  duta  bildinmi?  – 
deyib Qara köpəyə acıq verdi.  
Qara  köpək işi böylə  gördükdə  ağacın dibində  öylə  bir 
həşr  etməyə  başladı  ki,  deyəsən,  bu  saət  pişiyi  səs  ilə  qor-
xudub yerə salacaq.Yazıq pişik hərçənd hündürdə və əl çatan 
yerdə  deyildi,  bunun  ilə  böylə  gözlərini  ditrəyə-ditrəyə  Qara 
köpəkdən  çəkə  bilməyirdi.  Qaraca  qız  özünü  ağaca  yetirib 
oraya dırmaşmağa başladı. Pişik bunu görüb dutduğu budaq-
dan  yuxarı  çıxmadı.  Qaraca  qız  ona  yaxınlaşıb  gördü  ki,  bu 
xal-xal pişik bir gözəl pişik balasıdır. Piri kişi də Qaraca qızın 
almalarını  cəvərənə  doldurub  armud  ağacının  dibinə  gəldi.   
Bu halda Qara köpək bir qədər sakit olmuşdu, amma yenə də 
gözləri ağacda idi.  
-
 
Baba,  nə  gözəl  balaca  pişikdir,  bunu  evimizə  aparıb 
saxlayacağam! 


55 
 
-
 
Çox  yaxşı,  qızım,  apar!  İmdi  o  armudlardan  dər  yerə 
at, sonra da düş!  
Qaraca  qız  armudlardan  dərib  pişiyi  qucağına  alaraq 
yerə düşdü. Qara köpək əvvəl özünü bir qədər rahətsiz saxla-
yırdısa da, sonra Qaraca qızın səyi ilə bilmərrə sakit oldu və 
axırda pişiyə dəyməyib, onun ilə dostluq binasını qoydu.  
Piri kişi üzüm yığandan sonra dedi:  
-
 
Qızım, daha bəsdir, imdi bunları gərək ağalara aparaq, 
qapıya kibi bənə kömək et, sonra bən özüm apararam. 
-
 
Baba, məgər bən ağalığa gedə bilmərəmmi? 
-
 
Niyə?  Gedə  bilərsən,  qızım,  ancaq  Pəricahan  xanıma 
xoş gəlməz, öylə bilər ki, onun əmrindən çıxırıq. 
Qaraca  qız  Piri  kişini  bağın  qapısına  kibi  ötürüb  özü 
xal-xal  pişiyi  qucağında  geri  qayıtdı.  Ancaq  komalarına  get-
məyib bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən gör-
dü  ki,  Ağca  xanım  bağçada  bonası  ilə  iskamyanın  üstündə 
əyləşib kitab oxuyur. Görünürdü ki, Ağca xanım kitabı fikirlə 
oxumayır  və  oxuduğunu  da  sevməyirdi.  Bu  halda  bir  gözəl 
kəpənək  gəlib  Ağca  xanımın  oturduğu  iskamyanın  başına 
qondu.  Ağca  xanım  gizlincə  əlini  atdı  ki,  kəpənəyi  dutsun. 
Amma  duta  bilmədi.  Bunu  bona  görüb  çox  acığı  dutdu  və 
hirsli Ağca xanımın əlindən dutub evə apardı. Qaraca qız bir 
müddət  dayandı  ki,  görsün  Ağca  xanım  yenə  bağçaya  çıxa-
caqmı?  Bir  azdan  sonra  bona  yalnızca  gəlib  iskamyanın  üs-
tündə  əyləşdi  və  kitab  oxumağa  məşğul  oldu.  Qaraca  qız 
duydu ki, bona Ağca xanımı evə salıb. Dustaq edib. Bu işdən 
rəhmdil Qaraca qız nə qədər Ağca xanıma yürəgi yandı, yazı-
ğı gəldisə də, bir o qədər bonaya düşmənçiliyi artdı.  
Ağalıq evi tazə  qayda  ilə  tikilmiş, iki  mərtəbə, gen-bol 
bir  imarət  idi.  Bundan  başqa  evin  baş  tərəfində  üç  balaca 
otaqdan  ibarət  qədim  bir  tikili  də  var  idi.  Bu,  Hüseynqulu 
ağanın babasından qalma köhnə  bir təmir idi. Bu evin  pən-
cərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə