Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

41 
 
-
 
Otur  burada,  ağıllı  qızım!  Bu  saət  gələcəyəm.  Yusif 
getdi.  
Qarca  qız  da  kölgədə  uzandı  və  bir  azdan  sonra  şirin 
yuxuya  getdi.  Ayı  bir  müddət  sakit  uzandı,  sonra  durub 
zəncirini  dartmağa  başladı.  Kolun  budağı  ayının  gücünə 
davam  etməyib  qopdu.  Ayı  özünü  asudə  görüb  bir  müddət 
kolluqda gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi. Yusif 
kəndə getdiyi vəqtdən yarım saət keçmişdi. Qaraca qız yuxu-
dan hələ oyanmamışdı. Axırda Yusif məst halında o tərəf bu 
tərəfə  yırğalana-yırğalana  gəlib  çıxdı.  Yusif  Qaraca  qızı 
yatmış görüb və  ayını  öz  yerində  tapmayıb ayağı ilə  Qaraca 
qızı öylə bərk vurdu ki, yazıq qız dik ayıldı.  
-
 
De görüm, ayı hanı, mürtəd qızı, mürtəd? 
Qaraca qızın qorxudan dili dutuldu, cavab verə bilmədi. 
-
 
Hələ  dayan!  Qoy  ayını  tapım,  sənin  payını  sonra 
verəcəgəm!  
Yusif kola diqqət ilə baxıb gördü ki, ayını bağladığı bu-
daq  qopub  və  özü  də  yoxdur.  Anladı  ki,  ayını  oğurlamamış-
lar,  özü  kolu  qoparıb  meşəyə  qaçmışdır.  Bu  vəqt  yüzünü 
Qaraca qıza tərəf dutub dedi: 
-
 
Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq! 
Qaraca  qız  titrəyə-titrəyə  yola  düşdü.Yusif  yol  uzunu 
gələ Qaraca qızı sögüb  qorxudurdu, gah da özü-özü ilə danı-
şırdı. Bunlar  bir saətə  qədərmeşəni dolandılar, amma  ayıdan 
bir  əsər  görmədilər.  Birdən  Qaraca  qızın  qulağına  ayının 
bağırtısı gəldi.  
-
 
Eşidirsinizmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir! 
-
 
Heç zad eşitməyirəm, yalan deyirsən! 
-
 
Bax! Bax! Yenə bağırır! 
Bu dəfə Yusifin özü də eşitdi.  
-
 
Doğru deyirsən, bağıran ayıdır! 
Hər  ikisi  səs  gələn  tərəfə  yüz  dutub  getdilər;  ancaq  səs 
meşəyə  düşməyə  görə  ayının  yeri  yavuq  görünürdü,  amma 


42 
 
həqiqətdə  böylə  olmayıb,  ayı  xeyli  uzaqda  idi.  Axırda  gəlib 
ayını  tapdılar.  Ayı  zənciri  ilə  ağaca  dolaşıb  dartınırdı  və 
bağırırdı.  Yusif  ona  çatan  kibi  hirsindən  və  acığından  ayını 
azad etməmiş əlindəki ağacı ilə onu dögməgə başladı. Ayının 
bağırtısı  meşəni  başına  götürdü.  Axırda  ayı  dartındığı  halda 
xaltası  başından  çıxdı  və  ildırım  kibi  özünü  Yusifin  üstünə 
atdı.  Bir  dəqiqə  keçmədi  ki,  qızmış  ayı  sahibini  parçaladı. 
Qaraca  qız  bunu  gördükdə  dəhşətli  bir  hal  ilə  qaçdı.  Amma 
qorxudan özünü itirib yol əvəzinə meşənin ortasına tərəf qaç-
dı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb Qaraca qızın 
dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə 
düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca 
qıza yavuqlaşırdı.Bu halda Qaraca qızın qabağına bir uçurum 
dərə  çıxdı.  Qaraca  qız  dərədən  endikdə  ayı  özünü  ona 
çatdırdı.  Ancaq  ayı  eniş  aşağı  qaça  bilmədiyindən  dərənin 
içinə  yumbalandı.  Qaraca  qız  fürsət  tapıb  özünü  dərənin 
döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma 
içəri getdikcə  daralırdı. Ayı dərənin dibinə  kibi  yumbalandı. 
Sonra ayağa qalxıb yüzü yuxarı dırmaşmağa başladı. Məlum-
dur ki, ayının dal ayaqları qısa olduğundan enişi pis və yoxu-
şu  qüvvəli  dırmaşırlar.  Ayı  axtarıb  mağaranı  tapdı  və  içinə 
girdi. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar bir yeri-
nə saldı. Ayı isə onu bacarmadı və bir az donquldayıb mağa-
ranın ağzında  yatdı. Qaraca qız tərpənməyə də qorxurdu, an-
caq onun qorxusunahaq idi, çünki imdi ayının hirsi yatmışdı, 
ona dəyməzdi və bəlkə də onun orada olmasına şad olardı.  
İki  saətdən  artıq  idi  ki,  Qaraca  qız  mağaranın  içində 
yatıb  qalmışdı.  Biçarə  qız  ayının  qorxusundan  özünü  mağa-
ranın  deşiyinə  öylə  pərçim  etmişdi  ki,  tərpənməyə  də  amanı 
yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər 
tərəfdən  də  ayının  vahiməsi  zavallı  qızı  bihuşluq  halına 
salmışdı. Ayı isə fısıldaya-fısaldaya yatmışdı. Birdən ayı oya-
nıb  donquldamağa  başladı,  bu  halda  Qaraca  qızın  qulağına 


43 
 
çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi 
ki, itlər hürə-hürə mağaranın ağzını aldılar. Ancaq cürət edib 
içəri girə bilmədilər. Bir azdan atlı ovçular da qışqıra-qışqıra 
gəlib  çıxdılar.  Bunlar  mağaranın  içindən  ayının  bağırtısını 
eşidib  tüfənglərini  hazırladılar  və  itləri  içəri  qısqırtdılar. 
Onlardan  bir neçəsi cürətlənib mağaranın içərisinə girdi. An-
caq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdı-
lar.  Onlardan  bir-ikisi  yaralanmışdı.  Bu  halda  Avçılar  bayır-
dan:  
-
 
Axdar,  bas!  Xallı,  bas!  Gümuş,  bas!  –  deyə  itləri  qıs-
qırdılar.  Onlar  da  cürətlənib,  yenə  özlərini  içəri  soxdular  və 
ayı ilə dutaşdılar. Ayı bir müddət bunlar ilə boğuşandan sonra 
mağaradan  sıçrayıb  çıxdı.  Bu  halda  üç  güllə  birdən  onun 
üzərinə  açıldı.  Bunların  zərbindən  biçarə  ayı  boğanaqdan 
yıxılan ağac kibi yerə sərildi. Bu halda bir adam qışqırdı: 
-
 
Afərin, bənim gülləm!  
-
 
Xeyr, Hüseynqulu ağa, səhv etmə, ayını öldürən bənim 
gülləmdir.  
-
 
Bağışla, Səlim bəy, bən ayını başından atmışım. Yəqin 
ki onu yıxan benim gülləmdir! 
-
 
Səbr edin, əzizlərim! Bu saət məlum olar. Bunu deyib 
əvvəlki  adam  atdan  düşdü  və  nökərlərin  köməgi  ilə  ayının 
cəmdəyini o yana-bu yana çevirdi və diqqət ilə baxmağa baş-
ladı. Sonra da dedi: 
-
 
Əzizlərim,  heç  bəhs  etməyin,  üçümüzün  də  gülləsi 
ayıya dəymişdir! 
Sonra yüzünü nökərlərə tərəf dutub dedi: 
-
 
Cəld olun, ayının dərisini soyun!  
Üzünü Rəhim bəyə çevirdi:  
-
 
Rəhim  bəy,  demədimmi  ki,  ayısız  bu  ovdan  qayıt-
mayacağam? Öylə  öz  meşənizi tərif edib bəni məsxərə  edir-
diniz ki, sizin meşənizdə dovşan da tapılmaz! Pəs bu nədir? 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə