Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

38 
 
də  qaldı,  amma  onun  özünü  sel  götürüb  yüzü  aşağı  axıtdı. 
Qaraçılar  suya  tökülüb  hər  ikisini  sudan  kənara  çıxartdılar. 
Bunların ikisi də bihuş qalıb, yerə sərilmişdi. Yüzlərinin rəngi 
ölü rəngi kibi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini 
huşa  gətirdilər.  Qaraca  qızın  bədəni  bir  neçə  yerdən  daşlara 
dəyib  qaralmış  idisə  də,  bir  qorxusu  yox  idi.  Amma  zavallı 
Yasəmənin başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil 
olan  bu  cavan  arvad  özünə  gələn  kibi  yaralarını  unudub 
Qaraca  qızı  sordu.  Qaraçılardan  biri  Qaraca  qızı  qucağına 
götürüb Yasəmənə göstərdi. 
-
 
Bax,  Yasəmən,  budur,  Qaraca  qız  sağdır,  arxayın  ol.  
Yasəmən  –Allah,  sənə  şükür  –  deyib  dua  etdi.  Sonra  yenə 
bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını 
sarıyıb  Qaraca  qız  ilə  bir  yerdə  çadırlarına  apardılar  və  hər 
ikisinə yer salıb rahət etdilər. Axşam Yusif gəlib evə çıxdı və 
yoldaşlarından bu xəbəri eşidib, çox qəzəbləndi və dedi: 
-
 
Bən  bilirdim  ki,  bu,  uçuqdan  çıxmış  qız  axırda  bizim 
başımıza  bəla  gətirəcəkdir!  Qaraçılar  Yusifi  sakit  edib  dedi-
lər: 
-
 
Allahın köməkliyi ilə  heç zad olmaz. İmdi hər ikisinə 
rahətlik  lazımdır;  durun  bayıra  çıxaq  ki,  səs-küy  olmasın. 
Burada 
yalnız  Yasəmənin  sevdiyi  Hüsniyyə  qalar. 
Hüsniyyəyə yüzlərini tutub dedilər: - Hüsniyyə, sən qal, bun-
lara  qulluq  et!  Qaraçıların  cümləsi  Yusif  ilə  bərabər  bayıra 
çıxdılar,  çadırda  ancaq  təkcə  Hüsniyyə  qaldı.  Bu  Hüsniyyə 
Yasəmənin  istəkli  dostu  və  həmsirri  idi.  Qaraca  qız  tamam 
gecəni ufultu və zarıltı ilə keçirib sübhə yavuq yuxuya getdi, 
amma  Yasəmən  qızdırma  içində  sərsəm  edərək  bir  dəqiqə 
rahət  olmadı.  Vəfalı  Hüsniyyə  rəfiqəsinin  yanını  kəsdirib, 
səhərə kibi gözlərini yummadı. Yasəmənin qızdırması getdik-
cə  artırdı.  Səhər  açıldıqda  hərarəti  40  dərəcəyə  çatdı.  Zavallı 
Yasəmən qızdırmanın əsərindən tora düşmüş quş kibi yerində 
çabalayırdı. Yasəmənin gözləri həmişə yumulu idi.  


39 
 
Gecə  yağış  yağmağa  görə  səhərin  havası  çox  saf  və 
təmiz  idi.  Dünənki  bəlanı  törədən  çaylağın  suyu  imdi  enib 
əvvəlki  halına  düşmüşdü.  Onun  həzin  şırıltısı,  quşların  cəh-
cəhi  və  qülqüləsinə  qarışmışdı.  Qaraca  qızın  sevgili  şəlaləsi 
günün  şöləsindən  parıldayırdı.  Axırda  Yasəmən  gözlərini 
açdı.  Biçarənin  lalə  kibi  yanaqları  solub,  zənbəq  rənginə 
düşmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səs ilə ona dedi: 
-
 
Hüsniyyə, Yusif haradadır? 
-
 
Bayırdadır, bacım, çağırımmı? 
-
 
Çağır, hamını çağır... Ölürəm... 
-
 
Qorxma, bacım, ölməzsən, bu gün haradan olmuş olsa, 
sənin üçün həkim tapıb gətirdəcəgəm! – bunu deyib Hüsniyyə 
bayıra  çıxdı  və  bir  azdan  Yusif  başqa  qaraçılar  ilə  bərabər 
içəri girdi. Qaraçılar Yasəmənə yürək verirdi. Yasəmən dedi: 
-
 
Yox,  əzizlərim,  bən  ölürəm!..  Yusif,  əlini  bənə  ver!.. 
Vəsiyyətimə qulaq as... Əmələ gətirməyə söz ver!..  
Bir az dayanıb, yenə tazədən başladı: 
-
 
Yusif, budur, dörd ildir ki, sənə övrətəm! Bu vəqtə kibi 
səndən dögüşdən, sögüşdən başqa bir şey görmədim... Cavan 
ömrümü  çürütdün...  Bənə  bin  zülm  və  cəfa  etdin.  Bunların 
hamısını  sənə  halal  edirəm!  Ancaq  sən  də  bənə  söz  ver  ki, 
bundan  sonra  Qaraca  qız  ilə  mehriban  dolanıb,  onu  incitmə-
yəcəksən!..  
Yasəmən  səsini  kəsdi.  Çadırda  bir  müddət  xamuşluq 
oldu. Sonra Yusif dedi: 
-
 
Bu  yoldaşlarımızın  hüzurunda  vəsiyyətini  yerinə 
yetirməyimə söz verirəm, övrətim! Sən bəni bağışla, sənə çox 
əziyyət vermişəm!  
Bu  sözlərdən  Yasəmənin  üzü  şad  oldu  və  Hüsniyyəyə 
dedi: 
-
 
Bacım, Qaraca qızı sənə və səni də Allaha tapşırıram. 
Ondan  müqayyəd  ol!..  Ah!  Gözlərimə  qaranlıq  çökür!.. 
Boğurlar... Yusif.. Hüsniyyə... Qaraca qız!..  


40 
 
Yasəmən canını Xudayaya təslim etdi.   
*** 
Yasəmənin  vəfatından  sonra  Yusif  arvadına  verdiyi 
əhdə  bir  müddət vəfa  etdi, amma sonra təbiətində  qoyulmuş 
fəna  sifətləri  yenə  aşkar  olmağa  başladı.  Hüsniyyə  bacardığı 
qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq 
iş orada idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qız 
ilə  pul  qazanmaq  üçün  hər  gün  səhər  mənzildən  çıxıb  bir  də 
axşam  qayıdırdı.  Hüsniyyə  zavallı  yetimin  yüzünə  baxanda 
sualsız  da  anlayırdı  ki,  o  biçarə  Yusifdən  nə  zülm  və  əziy-
yətlər  çəkir.  Axır  vaxtlarda  Yusif  bir  pis  əmələ  də  mürtəkib 
olmuşdu.  Böylə  ki,  əlinə  pul  düşən  kibi  içib  məst  olurdu  və 
hər kəs qabağına düşürdüsə, onun ilə söyüşüb, savaşırdı.  
Yusifin  böylə  vəqtlərındə  Qaraca  qızın  günü  daha  da 
qara olurdu.  
Bir  dəfə  Yusif  və  Qaraca  qız  yol  ilə  gedirdilər.  Bunlar 
bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə 
toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az çalıb 
oxusunlar. Yusif razı oldu. Qaraca qızınoxuyub-oynamağı ca-
vanların  o  qədər  xoşuna  gəldi  ki,  onlar  biri-birinin  acığına 
Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular və sonra:  
-
 
Sağ ol, çox yaşa, Qaraca qız! – deyib atlarını sürdülər. 
Yusif çox şadlıq ilə Qaraca qızdan pulları alıbcibinə tökdü və 
dedi: 
-
 
Gəl, qızım, sən ayı ilə o kölgədə əyləş, bən də gedim o 
görünən kənd, çörək və sənin üçün də fındıq və kişmiş alım.  
Bu  xəbərdən  Qaraca  qız  əsla  şad  olmadı.  Bilirdi  ki,  bu 
görünən  kənd  erməni  kəndidir  və  Yusif  də  oraya  içməgə 
gedir. Amma bunun ilə böylə bir söz demədi. 
Bunlar  yoldan  kənara  çıxıb  bir  kolluğa  tərəf  yüz  qoy-
dular. Yusif bir böyük kol seçibayını oraya bağladı və Qaraca 
qıza dedi: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə