Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

47 
 
öz işlərinə məşğul olub ömür sürməyə başladılar. Ancaq bun-
ların  övladları  durmayırdı,  üç-dötd  yaşına  çatan  kibi  ölürdü. 
Ər-arvad  arasında  həmişə  tərbiyə  məsələsində  höcət  olurdu. 
Hüseynqulu ağa arvadının övladına verdiyi tərbiyəsini tənqid 
edib deyirdi:  
-
 
Sən bu kənd  yerində  yazıq uşağı quş kibi qəfəsə salıb 
evdən bayıra çıxmağa qoymayırsan, ona görə yazıq uşaq zəif 
qalıb balaca  soyuq dəyən kibi azarlayıb xəstə olur. Axırda da 
ölür.  
Pəricanah  xanım  isə  bunun  sözünə  qulaq  asmayıb  bu 
barədə  öz  fikrindən  daşınmayırdı.  Hüseynqulu  ağa  arvadının 
öz  fikrində  artıq  dərəcədə  möhkəm  durduğunu  görüb  axırda 
tərbiyə  işinə  bilmərrə  qarışmadı.  Bu  vaxt  Pəricahan  xanımın 
altı yaşında Ağca xanım adlı bir qızı var idi. Bu yaşa gəlincə 
Ağca  xanım  Avropa  qaydasınca  tərbiyə  almışdı;  həmişə  də 
yanında  bonası  olub  yalnız  onun  ilə  gəzməyə  çıxırdı.  Ana-
sının  hökmülə  bonası  onu  kimsə  ilə  oynamağa,  gəzməyə 
buraxmayırdı.  
 
                                         *** 
Axşam Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim 
bəy  ilə  bərabər  düşmənə  qalib  gəlmiş  sərəskər  kibi  kamal 
təntənə  və  şəşə  ilə  öz  evinə  varid  oldu.  Bunların  pişvazına 
cəmi  qapı  xidmətçiləri  çıxmışdılar.  İtlərin  hürməyi,  avçıların 
səsi,  nökər  və  mehtərlərin  qışqırığı  biri-birinə  qarışmışdı. 
Ağca  xanım  səs  və  küyə  bonasından  iznsiz  evdən  çıxıb  ata-
sının  qabağına  yügürdü.  Hüseynqulu  ağa  qızını  qucaqlayıb 
öpdü və sonra Qaraca qızı göstərib dedi: 
-
 
Bax,  qızım,  sənin  üçün  oyun  yoldaşı  gətirmişəm. 
İmdiyə kibi yalnız qalmışdın, oynamağa yoldaşın yox idi.   
Bu sözdən sonra Ağca xanım və Qarcaqa qız nəzərlərini 
biri-birinə salıb bir müddət diqqət ilə baxışdılar. Bu iki tifildə 
böyük bir təfavüt var idi: biri iki bəyzadədən törəmə bir nəci-


48 
 
bə,  o  biri  iki  zəhmətkeşdən  törəmə  bir  əyal  balası!  Biri  zəif, 
zərif,  hər  bir  şeydə  özgəyə  möhtac  olan  bir  tifil;  o  biri  fulad 
kibi  sağlam  bədən,  az  sinnində  çox  görmüş,  öz  zəhməti  ilə 
məişət  edən  bir  çocuq!  Birinin  baxışı  sanki  özgələri  köməyə 
çağırırdı; o birinin nəzəri cümləni qovğaya çağırırdı.  
Ağca  xanım  zərif  əlini  Qaraca  qıza  uzatdı,  o  da  kobud 
barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu siğdən qışqır-
dı,  sonra  güldü.  Bir  az  keçmədi  ki,  şirin  söhbətə  başladılar. 
Hüseynqulu ağa bunları söhbətdə qoyub bəylər ilə otağa daxil 
oldu.  Ağca  xanım  ilə  Qaraca  qızın  söhbəti  çox  çəkmədi. 
Pəricahan xanım otaqdan nökər və qulluqçuların toplaşmasını 
görüb həyətə  endi və  qızını Qaraca  qız ilə  şirin söhbət edən 
görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi: 
-Xanım  əfəndi,  harada  qalmışsınız?  Nə  üçün  öz  vəzi-
fənizi unudursunuz? Baxınız, tərbiyə verdiyiniz qız kimlər ilə 
ülfət etmişdir? Otağına aparınız!Bu gecə şamsız qalacaqdır.  
Bona  zavallı  Ağca  xanımın  gözü  yaşlı  əlindən  dutub 
otağına  apardı.  Qaraca  qıza  da  Pəricahan  xanım  –  Dalımca 
gəl, qaraçı qızı! – deyib Hüseynqulu ağanın otağına apardı və 
rişxənd ilə dedi:  
-
 
Bu  şahzadə  qızını  haradan  tapıb  gətirmisən,  əzizim? 
Qızın ilə də tanış etmişsən! 
Hüseynqulu ağa əhvlatı ona nəql edib dedi: 
-
 
Pəricahan xanım, qızına yazığın gəlsin. Gör yoldaşsız-
lıq yazığı nə hala salmışdır?! Qoy bu qız ilə oynasın, atlansın, 
qol-qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qara-
çı qızı deyildir, olsa da, nə eybi vardır? Bonası yanında ola-
caqdır. Bir pis iş edərlərsə, tənbih edib qoymaz!  
Bu sözləri Pəricahan xanıma əsla təsir etmədi.  
-
 
Sən  bənə  söz  vermişdin  ki,  tərbiyə  məsələsinə  qarış-
mayacaqsan. İmdi neyçün sözündə dəvam etməyirsən? Bu qız 
buradan gedəsidir. Artıq söz lazım degil.  


49 
 
Hüseynqulu  ağa  və  bəylər  Qaraca  qız  barəsində  çox 
təvəqqe etdilər. Axırda Pəricahan xanım onun qalmasına razı 
oldu, bu şərtlə ki, Qaraca qız bağban Piri kişinin evində sax-
lanıb Ağca xanım ilə əlaqə etməsin, çünki ondan pis xasiyyət 
götürər.  
Bu şərt qəbul olundu  və  Qraca qız da  haman gecə  Piri 
kişiyə  tapşırıldı.  Piri  kişinin  damxası  ağalığın  böyük  meyvə 
bağının içində idi.  
 
*** 
Piri kişi yetmiş yaşında bir qoca idi. Heç bir kəsi yox idi 
və  özü  də  Hüseynqulu  ağanın  rəiyyəti  olub  cavanlığından 
Mehdi  ağaya  bağbanlıq  edirdi.  Həmişə  bağda  ömür  sürüb 
ağalıq qapısına işi düşməsə, gəlməzdi. Özü də yumşaqtəbiətli 
bir şəxs idi.  
Piri  kişi  Qaraca  qıza  çox  şad  oldu.  Onun  üçün  koma-
sında  yer  hazırladı.  Və  yedirdib  rahət  etdi.  Qaraca  qız  yerə 
girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu: 
-
 
Baba,  o xanım qızını  bənim ülə  neyçün  oynamağa  və 
danışmağa qoymayır? 
-
 
Qızım,  onlar  bəydirlər.  Biz  onların  rəiyyətiyik.  Onlar 
ağadırlar,  biz  nökər!  Bizim  ilə  onların  nə  yoldaşlığı?  Baba-
cığım!  Onların  babalarına  babam,  atalarına  atam  qulluq  et-
mişlər. İmdi də bən qulluq edirəm. Sən, qızım, Ağca xanımı 
yadından çıxart, o sənə yoldaş deyildir.  
Qaraca  qız  bu  sözlər  ilə  sakit  olmayıb  fikrə  getdi:  Bən 
Ağca xanıma nə etdim ki, anasının bənə acığı dutdu? Bu gecə 
ona  yemək  verməyəcəklər.  Yazıq  ac  qalacaqdır!  Anam  sağ 
olanda bəni də ac qoyurdu, amma bən nadinclik edirdim. Bu 
ki heç zad etməmişdi.  
Qaraca qız fikrini bir yerə çıxartmayıb yuxuya getdi. 
O gecəsi haman fikirlər Ağca xanımı da sakit etməyirdi. 
Nə  anasının,  nə  bonasının  nəsihətini  anlamayırdı:  Nə  səbəbə 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə