Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə16/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

50 
 
bən  o  qız  ilə  oynaya,  danışa  bilmərəm?  Bən  bəy  qızı  olanda 
nə  olar?  Bəni  neyçün  şamsız  qoydular?  Qaraca  qız  çox 
təəccüblü şeylər nəql edirdi. O deyirdi ki, sənə qaval çalmaq, 
oynamaq öyrədəcəgəm! Ah, anam bəni nə üçün qoymadı ki, 
onunla  çoxluca  danışım?  Ağca  xanım  yorğanı  başına  çəkib, 
gizlicə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi. 
 
*** 
Piri  kişi  uşaqlıqdan  gün  çıxmamış  yuxudan  durmağa 
adət  etmişdi.  İmdi  də  tezdən  dəstamaz  alıb  sübh  namazını 
qıldı, sonra ocağı qaladı; Özü kibi ömrü keçmiş, hisdən qaral-
mış  çaydanı  su  ilə  doldurub  ocağa  qoydu  və  komadan  çıxdı 
ki, bağı dolansın. Piri kişi bəslədiyi bağı əla dərəcədə sevərdi. 
Buradakı ağacların çoxunu özü öz əlləri ilə əkib pərvəriş ver-
məklə imdiki halına salmışdı. O yerlərdə bitən bir meyvə ağa-
cı  yox  idi  ki,  bu  bağda  olmayaydı.  Piri  kişi  təcrübə  edib  bu 
bağda qələm vasitəsilə təbiətə müğayir öylə peyvənd etmişdi 
ki, bu iş cümləni heyrətə gətirirdi; bir əzgil ağacına qələm ilə 
alma  peyvənd  etmək  ilə  bir  ağacda  iki  cür  meyvə  bitirirdi. 
Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət 
qazanmışdı.  Hüseynqulu  ağaya  bir  qonaq  gələndə  cürbəcür 
ziraət  maşinalarını  qoyub  qabağına,  bağına  tamaşa  aparardı. 
Bağın  böylə  Cənnət  kibi  olmasına  səbəb  yalnız  Piri  kişi  idi; 
buna görə də Hüseynqulu ağa onun xatirini çox istəyirdi: hər 
nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə ondan ancaq 
bircə şey təvəqqe edirdi: Ağalardan başğa kimsə bağa girmə-
sin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi. Ancaq mey-
və dərilən vaxt Piri kişi özünə köməkçi çağırırdı. Başqa vaxt-
larda  isə  heç  kəsi  bağa  qoymayırdı.  Bağı  oğrudan  qorumağa 
Piri kişinin bircə köməkçisi var idi.  O da Qaraca qızı mağa-
radan çəkib çıxardan  Qara köpək idi.  Qara  köpək qayət hey-
bətli və hünərli bir köpək idi. Onun qorxusundan heç kəs ba-
ğa dolana bilməyirdi. Bu köpəkdə bir qəribə hal var idi: Hər 


51 
 
kəs  ki  Piri  kişiyə  bədxah  idi,  Qara  köpək  onu  sevməyib-
yavuğa  qoymayırdı.  Piri  kişi  bir  tazə  şəxs  ilə  tanış  olanda 
Qara köpək o  adama quyruq bulayıb yavuqlaşsa idi, onu özü-
nə xeyirxah hesab edirdi və hərgah o adama əvvəldən dişləri-
ni  ağardıb  mırıldasa  idi,  onu  özünə  bədxah  bilərdi.  Qara 
köpəyin bu hissini Piri kişi kərrat ilə imtəhan etməyi üçün de-
yirdi:  Dost  və  düşmənimi  Qara  köpək  ilə  tanıyırım.  Piri  kişi 
Qara köpəyi heç vaxt  zəncirləməyirdi. Gecə  və gündüz Qara 
köpək asudə idi. Bunun ilə böylə Qara köpək bağdan heç bir 
yerə getməz idi. Ancaq bəzi vəqt Hüseynqulu ağa ava gedən-
də  o  da  həvəslənib  av  tulalarına  qoşulardı;  bu  vəqt  onu  geri 
qaytarmaq  üçün  gərək  Piri  kişi  özü  gələ  idi,  yoxsa  heç  kəsə 
qulaq asmazdı. 
Bir  dəfə  Piri  kişi  komadan  çıxanda  yadından  çıxıb 
qapını açıq qoymuşdu. 
Bu  halda  Qara  köpək  içəri  keçib  evdə  bir  kəsi  yatmış 
gördü,  Qulaqlarını  şəklədib  heybətli  bir  halət  ilə  o  tərəfə 
yönəldi.  
Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gə-
lib yanında uzandı; sonra da Qaraca qızın əlini yalamağa baş-
ladı.  
Bu vəqt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu 
üçün  Qara  köpəyi  tanımayıb  qışqırdı.  Bunun  səsinə  Piri  kişi 
cəld içəri girib dedi: 
-
 
Qızım, neyçün qışqırdın? Kimdən qorxdun? 
-
 
Baba, burada ayı var! 
-
 
Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə 
işi var?! 
Sonra Qara köpəyə: 
-
 
Çəkil! – deyib onu bayıra çıxardı. 
-
 
Yat, qızım, hələ tezdir!  
-
 
Yox,  baba.  Daha  yuxum  gəlməyir.  Bən  həmişə  tez 
dururam! 


52 
 
-
 
Çox  yaxşı  edirsən,  adam  gərək  səhər  tezdən  dura  ki, 
canı da səlamət ola. – bunu deyib Piri kişi çaydana çay atdı. 
Qaraca qız paltarını geyib dedi: 
-
 
Baba, əl-yüzümü harada yuyum? 
Piri kişi dedi: 
-
 
Budur,  komamızın  yanında  su  axır,  qızım,  get  orada 
yu!  
Qaraca  qız  yüzünü  yumağa  getdi.  Piri  kişi  də  süfrəni 
salıb pənir, çörək və  yağ qoydu; sonra da çaydandan iki fin-
can  çay  töküb  süfrəyə  qoydu.  Və  özü  də  əyləşdi.  Bu  vəqt 
Qaraca qız yüzünü yuyub içəri girdi.  
-
 
Al, qızım, yüzünü sil, əyləş çay içək.  
Piri kişi Qaraca qıza yüzsilən verdi. Qaraca qız əl-yüzü-
nü  qurudub  süfrəyə  oturdu.  Hər  ikisi  yeyib-içməyə  məşğul 
oldu. 
Çaydan sonra Piri kişi Qaraca qıza dedi: 
-
 
Dur,  qızım,  gün  çıxmamış  həm  bağımızı  gəzək,  həm 
də ağalar üçün meyvə dərək. Piri kişi özü bir səbət götürdü və 
Qaraca  qıza  da  bir  cəvərən  (ipli  balaca  səbət)  verdi.  Evdən 
bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu 
bulaya-bulaya  Qaraca  qıza  yanaşdı.  Qaraca  qız  onun  başını 
sığallayıb cəvərəni boynundan asdı. Qara köpək başını bula-
yıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna ke-
çirtdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. 
Piri kişi dedi: 
-
 
Zəhmət çəkmə, qızım, Qara köpək azadlığa öyrənmiş-
dir, o, təlimə yatmaz.  
-
 
Yox,  baba,  yatar:  bir  gör  onu  necə  öyrədəcəgəm!  – 
bunu deyib Qaraca qız Qara köpəyin qabağında çömbəldi və 
onun gözlərinə baxarkən cəvərəni yenə boynuna saldı. 
-
 
Qara  köpəyim,  ağıllı  köpəyim,  cəvərəni  götür,  köpə-
yim!  


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə