Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

65 
 
həlim idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca qız ilə 
görüşmək arzusu  onda o qədər artıq idi ki, bonasının əmrin-
dən qəsdən çıxıb tez-tez özünü baba otağına saldırırdı.  
Ağca  xanımın  gündən-günə  sağlam  olmağı  anasını  nə 
qədər  şad  edirdisə  də,  bir  o  qədər  bonasının  əmrindən  çıxıb 
özünü tənbih etdirməyi onu qəmgin edirdi. 
Bu  barədə  Pəricahan  xanım  ərinə  şikayət  edəndə 
Hüseynqulu ağa rişxənd ilə deyirdi: 
-
 
İki  böyük  arvad  bir  balaca  uşağı  düzəldə  bilməyir-
sinizmi?  Mən  sizə  məsləhət  görürəm  ki,  onu  tez-tez  baba 
otağına salıb dustaq ediniz!  
Böylə  ittifaqlarda  Hüseynqulu  ağa  qızına  qışqırıb  onu 
tənbih üçün baba otağına göndərərdi və bir tərəfdən də gedib 
Ağca  xanımın  baba  otağında  olmasını  Qaraca    qıza  məlum 
edərdi. 
 
                                   *** 
Bir  dəfə  Hüseynqulu  ağa  böyük  qonaqlıq  edib  çoxlu 
adam  çağırmışdı.  Bu  qonaqlıqda  oxuyub,  çalan  da  var  idi. 
Hüseynqulu  ağa  Qaraca  qızı  qonaqlara  göstərmək  qəsdi  ilə 
onu gözəl geyindirib və əlinə özünün cınqıralı qavalını verib 
onu  oynatdı.  Qaraca  qız  çoxdan  idi  ki,  oynamamışdı.  Yürə-
gində  oynamaq  həsrəti  çox  idi,  o  imdiki  məclisə  mübarizə 
istəyən  pəhləvan  kibi  atıldı.  Böylə  bir  tərzdə  oynadı  ki, 
məclisdə cümləni özünə valeh etdirdi. Məclisdə bütün danışıq 
və səs kəsilmişdi: Uşaqdan böylə fövqəladə  oynamaq görün-
məmişdi. Qaraca qız böylə eşqə gəlmiş ki, orada olan adamlar 
gözündən  itmişdi.  Ancaq  öz  ustadı  olan  Yasəmən  gözünün 
önündə durmuşdu. Birdən Qaraca qız öylə bir tərzdə fırlandı 
ki baxanlar nəzərində bir şar kibi görünürdü. Qəflətən Qaraca 
qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə yuxarı dutub, o 
birini  də  belinə  qoyub  durdu.  Oyunu  belə  tamamlamağı 
Qaraca qızın şakəri idi. Qonaqlar bunu böylə gördükdə əvvəl 


66 
 
oynamağın heyrətində olub bir müddət sakit dayandılar, sonra 
da qonaqlar tərəfindən alqışlanmaq səsi otağı götürdü. Sonra 
hamı təvəqqe etdi ki, bu oyunu təkrar etsin, amma Qaraca qız 
qəbul  etmədi,  hətta  Hüseynqulu  ağanın  da  sözünə  baxmadı. 
Hamının ümidi kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb 
çalğıçılara  çalmağı  əmr  etdi.  Hamı  təəccüb  ilə  ona  baxırdı. 
Çalğıçılar  ləzgi-həngi  həvasını  çalmağa  başladılar.  Ağca 
xanım  oynamağa  başladı.  Bunun  oynamağı  xeyli  gözəl  və 
qaidəli  idi.  Hər  hərəkətindən  görünürdü  ki,  bu,  Qaraca  qızın 
şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı çağırdı, o 
da  dərhal  sıçrayıb  ortalığa  girdi  və  hər  ikisi  qabaq-qabağa 
oynamağa  başladı.  Bu  xəbər  bir  azdan  ağalıq  xidmətçilərinə 
yayıldı,  onlar  da  dəstə  ilə  yügürüb  qapının  ağzını  dutdular. 
Xəbər Pəricahan xanıma çatdı. O da tamaşaya gəldi, ancaq o, 
qızının  oynamağına  əsla  şad  olmayıb,  acığından  bilməyirdi 
ki, nə etsin. Hətta qonaqların içində yad adam olmasa idi, or-
taya girib qızını çıxardardı və ona, ələlxüsus Qaraca qıza bö-
yük  tənbih  edərdi.  Qızlar  oynamaqlarını  kəsdilər.  Hər  tərəf-
dən  onları  alqışladılar.  Hüseynqulu  ağa  fərəhlənib  qızını 
bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar. 
 
                                   *** 
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib 
Ağca xanımı yanına çağırtdı. Hüseynqulu ağa bildi ki, arvadı 
qızını tənbih etmək üçün çağırır. Bu fikir düz də çıxdı: o biri 
otaqdan Pəricahan xanımın qışqırığı Hüseynqulu ağanın qula-
ğına  gəldi,  səbr  edə  bilmıəyib  qonaqlarından  üzr  istədi  və 
Pəricahan  xanımın  yanına  getdi.Gördü  ki,  Ağca  xanım  hön-
kürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:  
-
 
De görüm, bu oynamağı sənə kim öyrətmişdir? 
Hüseynqulu ağa qızını qucaqlayıb arvadına dedi: 
-
 
Buyur, cavabını bən verim, bunu Qaraca qız öyrətmiş-
dir, sözün nədir? 


67 
 
-
 
Qaraca  qız  onu  harada  görürdü  ki,  öyrətsin?Məgər 
mən onun ilə görüşməgi qadağan etməmişəmmi?  
-
 
Sən etmişsən, mən etməmişəm! Bu evin sahibi sənsən, 
yoxsa  bən?  Kimin  nə  həddi  var  bundan  sonra  bənim  əmrim-
dən çıxsın? 
Pəricahan xanım imdiyə kibi ərini bu dərəcədə təbiətdən 
çıxmış görməmişdir. 
Pəricahan xanım dedi: 
-
 
İmdi  ki  böylədir,  daha  bən  bu  evdə  neyçün  oturmu-
şam? 
-
 
İstəyirsən  otur,  istəyirsən,  get,  ancaq  onu  bil  ki,  bun-
dan sonra bən öz ixtiyarımdan keçəsi deyiləm! – bunu deyib 
Hüseynqulu ağa qışqırdı.  
O biri otaqdan bəylər onun səsini eşidirdi. Rəhim bəy və 
Səlim bəy onun külfətinə çox yaxın olduqları üçün gəlib onu 
və  arvadını  yalvara-yalvara  sakit  etməyə  başladılar  və  sonra 
Hüseynqulu ağanı çəkib o biri otağa apardılar. Bu ittifaqdan 
qonaqlar  pərişan  olub  bir-bir  dağılmağa  başladılar;  ancaq 
Rəhim  bəy  və  Səlim  bəy  qaldılar  ki,  ər  ilə  arvadı  barışdırıb 
getsinlər;  bunlar  istədiklərinə  çatdılar:  Hüseynqulu  ağanın 
hirsi yatdı, arvadına dedi: 
-
 
De  görüm,  əzizim,  oynamaqda  nə  qəbih  şey  var  ki, 
Ağca xanım onu sevməsin? 
Səlim bəy dedi: 
-
 
Pəricahan xanım vallahi bənim qızım Ağca xanım kibi 
oynamaq  bilsə,  onun  başına  dolanaram!  Amma  nə  etmək  ki, 
atası kimi şüursuz çıxıb, ayaq atmaq da bilməyir! 
Rəhim bəy dedi:  
-
 
Uşaq  taifəsi  Ağca  xanım  kibi  oynayıb  oxumağa,  gül-
məyə  yaranmışdır.  Yoxsa  bənim  qızım  kibi  qaradinməzdən 
nə faidə? 
Pəricahan xanım dedi:  


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə