Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

83 
 
Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdi: 
-
 
Yox,  bu  bir  səbəb  deyildir,  sən  olmasan,  bən  onu  iki 
günün ərzində mum kibi edərəm!  
Ər  ilə  arvadın  arasında  olan  böylə  söhbətin  nəticəsi  o 
olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi. 
Qaraca  qız  bu  zülmdən  xilas  olmaq  üçün  neçə  dəfə 
qaçmaq fikrinə düşmüşdüsə də, yenə axırda ancaq Yasəmənin 
xatiri üçün fikrini əmələ gətirməmişdi.  
 
*** 
İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşa-
yıb, mahnı oxumağı və oynamağıyla ətrafda məşhur olmuşdu. 
Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub de-
yərdi:  
-
 
Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız 
səni  qoyub  qaçar  və  sənin  də  əlin  böylə  böyük  mənfəətdən 
çıxar.  
Bu  sözlər  həmişə  Yusifə  təsir  edib,  Qaraca  qızı  döyül-
məkdən bir müddət çəkinərdi. 
Yayın orta ayı idi. Günün istisindən insanlar, heyvanlar 
və quşlar cümləsi kölgə yer və sərin su arayırdı. Qaraçı dəstə-
si  bir  dağ  üzərindən  axan  çayın  kənarında  çadırlarını  qurub 
mənzil  etmişdi.  Günorta  vəqti  idi.  Qaraçılar  hərəsi  bir  işə 
məşğul  idi.  Yusif  ayısını  götürüb  yaxın  kəndə  getmişdi. 
Yasəmən çayın qırağında su qızdırıb, paltar  yuyurdu.  Qaraca 
qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli 
iti  və  xarıldaya-xarıldaya  axırdı.  Amma  suyu  az  olduğundan 
Qaraca  qız  üçün  qorxusu  yox  idi.  Yasəmən  paltarı  yuyub 
kolların  üstünə  sərdi  ki,  qurusun,  özü  də  başını  yumaq  fikri 
ilə uzun qara saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən 
Qaraca  qızı  səslədi  ki,  gəlib  onun  başına  su  töksün.  Qaraca 
qız  iki  arşın  yucalıqdan  tökülən  şəlalənin  altında  durub 
çimdiyinə  görə  Yasəmənin  səsini  eşitmədi.  Bir  azdan  sonra 


84 
 
Yasəmən Qaraca qızı bir də çağırdı, bu səfər də cavab almadı. 
Yasəmən saçlarını döşündən yığıb belinə atdı; bu halda qula-
ğına çay tərəfdən sel gurultusu gəldi. Bunu eşitcək Yasəmən 
dik atılıb çaya tərəf yügürdü. O vəqt Qaraca qız hələ şəlalənin 
altındaydı.  Yasəmən  çayın  yuxarısından  daşları  və  kolları 
yumalaya-yumalaya,  gurultu  və  nərilti  ilə  gələn  seli  görüb, 
var gücü ilə qışqırdı: 
-
 
Qızım, tez ol qaç, sel gəlir! 
Qaraca  qız  Yasəmənin  səsini  eşidib,  şəlalənin  altından 
çıxdı, ancaq bir neçə addım qoymamışdı ki, sel onun üstünü 
cəllad  kibi  aldı.    Yasəmən  işi  böylə  gördükdə  alıcı  quş  kibi 
özünü  çaya  atdı.  Yasəmən  özünü  Qaraca  qıza  yetirincə  sel 
qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir az sonra qızın 
başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxan-
dan  sonra  üzüb  Qaraca  qıza  çatdı  və  saçlarından  dutub  çiy-
ninə  aldı.  Hərçənd  Yasəmən  çox  yüzücü  idi,  amma  bu  iti 
axan, daşları və böyük kolları yumalayan seldə yüzmək müm-
kün  deyildi.  Qaraçılar  Yasəmənin  qışqırığını  eşidib  köməyə 
töküldülər;  sel  getdikcə  artırdı.  Axırda  sel  bunları  bir  böyük 
daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstün-
də  qaldı,  amma  onun  özünü  sel  götürüb  yüzü  aşağa  axıtdı. 
Qaraçılar  suya  tökülüb  hər  ikisini  sudan  kənara  çıxartdılar. 
Bunların ikisi də bihuş qalıb yerə sərilmişdi. Yüzlərinin rəngi 
ölü rəngi kibi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini 
huşa  gətirdilər.  Qaraca  qızın  bədəni  bir  neçə  yerdən  daşlara 
dəyib  qaralmışdı,  amma  qorxusu  yox  idi.  Zavallı  Yasəmənə 
gəldikdə,  başı  bir  neçə  yerdən  yaralanmışdı.  Lakin  rəhmdil  
arvad özünə gələn kibi yaralarını unudub tez zəif səslə Qaraca 
qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb 
Yasəmənə göstərdi. 
-
 
Bax,  Yasəmən,  budur,  Qaraca  qız  sağdır,  arxayın  ol. 
Yasəmən bir qədər ona baxdı. Sonra yenə bihuş olub, gözləri 
yumuldu.  Qaraçılar  Yasəmənin  yaralarını  sarıyıb  Qaraca  qız 


85 
 
ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahət 
etdilər. Axşamçağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu 
xəbəri eşidib  çox qəzəbləndi və dedi: 
-
 
Mən  bilirdim  ki,  bu  uçuqdan  çıxmış  qız  axırda  bizim 
başımıza bir bəla gətirəcəkdir!  
Qaraçılar Yusifi sakit edib dedilər: 
-
 
Qorxma,  heç  zad  olmaz.  İmdi  hər  ikisinə  rahət  olmaq 
lazımdır;  durun  bayıra  çıxaq  ki,  səs-küy  olmasın.  Burada 
yalnız  Yasəmənin  dostu  Hüsniyyə  qalar.  Qaraçılar  Yusif  ilə 
bərabər bayıra çıxdılar, Çadırda ancaq  Hüsniyyə qaldı.  
 Qaraca  qız  tamam  gecəni  ufultı  və  zarıltı  ilə  keçirib 
sübhə  yavuq  yuxuya  getdi,  amma  Yasəmən  qızdırma  içində 
sərsəm edərək bir dəqiqə rahət olmadı. Vəfalı Hüsniyyə rəfi-
qəsinin  yanını  kəsdirib,  səhərə  kibi  gözlərini  yummadı. 
Yasəmənin  qızdırması  getdikcə  artırdı.  Səhər  açıldıqda  həra-
rəti 40 dərəcəyə çatdı. Yazıq Yasəmən qızdırmanın təsirindən 
tora  düşmüş  quş  kibi  yerində  çabalayırdı.  Onun  gözləri 
həmişə  yumulu idi. Gecə  yağış  yağmağa görə səhərin havası 
çox  saf  və  təmiz  idi.  Dünənki  bəlanı  törədən  çaylağın  suyu 
imdi  enib  əvvəlki  həddinə  düşmüşdü.  Onun  həzin  şırıltısı, 
quşların  cəh-cəh  və  qülqüləsinə  qarışmışdı.  Qaraca  qızın 
sevgili  şəlaləsi  günün  qırmızı  şöləsindən  parlayırdı.  Axırda 
Yasəmən  gözlərini  açdı.  Biçarənin  lalə  kibi  yanaqları  solub, 
zənbəq  rənginə  düşmüşdü.  Yasəmən  Hüsniyyəni  tanıdı.  Zəif 
səs ilə ona dedi: 
-
 
Hüsniyyə, Yusif  haradadır? 
-
 
Bayırdadır, bacım, çağırımmı? 
-
 
Çağır, hamını çağır... Ölürəm... 
-
 
Qorxma, bacım, ölməzsən, bu gün haradan olmuş olsa, 
sənin üçün həkim tapıb gətirdəcəgəm! – bunu deyib Hüsniyyə 
bayıra  çıxdı  və  bir  azdan  sonra  Yusif  başqa  qaraçılar  ilə 
bərabər  içəri  girdi.  Qaraçılar  Yasəmənə  yürək  verirdilər. 
Yasəmən dedi: 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə