Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

101 
 
iskamyanın  üstündə  əyləşdi  və  kitab  oxumağa  məşğul  oldu. 
Qaraca qız duydu ki, bona Ağca xanımı evə salıb dustaq etdi. 
Bu  işdən  rəhmdil  Qaraca  qız  nə  qədər  Ağca  xanıma  yürəgi 
yanıb  yazığı gəldisə də, bir o qədər bonaya düşmənçiliyi art-
dı.  
Ağalıq  evi  taza  qayda  ilə  tikilmiş  iki  mərtəbə,  gen-bol 
bir  imarət  idi.  Bundan  başqa  evin  baş  tərəfində  üç  balaca 
otaqdan ibarət bir qədim tikili də vardı. Bu, Hüseynqulu ağa-
nın  babasından  qalma  köhnə  bir  təmir  idi.  Bu  evin    pən-
cərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə 
heç kəs olmurdu. Həmişə iki otağın ağzı bağlı olardu. Orada 
Hüseynqulu  ağanın  babadan  qalma  əntiq  şeyləri  saxlanırdı. 
Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylər ilə bəzə-
nib,  Hüseynqulu  ağa  üçün  açıq  saxlanırdı.  Burada 
Hüseynqulu ağa nahardan sonra uzanıb bir az rahətlik edərdi. 
Bu otağın bircə danə pəncərəsi vardı. O da qeyr pəncərələr ki-
bi, yana açılmayıb yuxarı çəkilirdi. Onun xırda və rəngbərəng  
şüşələri içəriyə bir o qədər işıq buraxmazdı, ona görə də ota-
ğın  içi  qaranlıq  idi.  Bu  otaq  ağalıqda  “baba  otağı”  adı  ilə 
məşhur idi. Axır vəqtlarda Ağca xanım müqəssir olduqda onu 
tənbih üçün bu otağa salırlardı.  
Qaraca  qız  çəpər  uzunu  gəlib  evin  başına  çatdıqda 
gözləri  nağıl  etdigimiz  “baba  otağı”na  sataşdı.  Pəncərənin 
abı,  yaşıl,  qırmızı,    sarı  və  qeyri  rəngli  şişələri  Qaraca  qızın 
diqqətini  cəlb  etdi.  Çəpər  hündür  olduğundan  Qaraca  qızbu 
otağı yaxşı görə bilmədi, ona görə bir ağacın başına çıxdı ki, 
oradan  baxsın; bunu  Ağca  xanım  içəridən  görürdü.      Bar-
mağı ilə şüşəni dögdü ki, özünün orada olduğunu Qaraca qıza 
bildirsin; birdən şüşənin cırıltı ilə sınıb yerə töküldü. Bundan 
hər ikisi  qorxuya düşdü. Qaraca  qız ağacdan  yerə düşmədisə 
də,  yapraqların  qalın  yerlərində  özünü  gizlətdi.  Bir  azdan 
sonra  Ağca  xanım  sınan  şüşənin  yerindən  baxıb  yavaşcadan 
Qaraca qızı çağırdı. O da özünü ona göstərib dedi: 


102 
 
-
 
Ağca xanım, səni orada rus arvadımı dustaq etdi? 
-
 
Bəli, onu sən haradan bildin?  
-
 
Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, 
sən  də  kitab  oxuyurdun,  istəyirdin  kəpənəyi  dutasan,  rus 
arvadının sənə acığı dutdu, dustaq etdi.  
-
 
Doğru  deyirsən,  anamın  və    bonam  Mariya  İvanovna  
acığı dutanda bəni buraya salırlar. Ah!  Sən nə xoşbəxt uşaq-
san! Mənim kibi dustaq olmayıb özün üçün bağda azad gəzir-
sən!  
-
 
Sən  də  həmişə  dustaq  olmursan  ki,  qeyr  vəqtlərdə 
bənim kibi azad gəzirsən!... 
-
 
Yox, məni heç kəs ilə oynamağa qoymayırlar, gəzəndə 
həmişə  Mariya  İvanovna  yanımda  olur.  Mən  onun  ilə 
gəzməyi sevməyirəm.  
Qaraca qız dedi: 
-
 
Nə etməli, xanım, səni mənimlə oynamağa qoymurlar.  
-
 
O qucağındakı nədir? – deyə Ağca xanım soruşdu. 
Qaraca qız xallı pişiyi ona göstərib dedi:  
-
 
Bu pişik balasını bu sabah bağdan tapmışam! 
-
 
Ah!  Nə gözəl pişikdir!.. – deyə  Ağca xanım köksünü 
ötürdü. 
-
 
İstəyirsən, sənə bağışlayım? 
-
 
Çox yaxşı, gətir bu deşikdən ver! 
-
 
Oraya  nə  tövr  gəlim?  Qapıdan  gəlsəm,  məni  görərlər 
və qoymazlar!..  
-
 
Gör çəpərdən keçə bilərsənmi? 
-
 
Yaxşı,  görüm  keçə  bilərəmmi?  –  deyə  Qaraca  qız 
ağacdan  düşüb  çəpərdən  keçməyə  bir  yer  aramağa  başladı. 
Gəzərkən  çəpərin  altından  su  arxının  yolunu  gördü;  bu 
deşikdən Qaraca qızxeyli çətinlik ilə evin dal həyətinə çıxdı. 
Sonra  gizlincə  gəlib  pəncərənin  qabağına  çıxdı.  Ağca  xanım 
sevinə-sevinə dedi: 
-
 
Haradan keçdin? 


103 
 
-
 
Su arxının deşiyindən! Al, gör nə yaxşı pişikdir! Ağca 
xanım  pişigi  alıb  bağrına  basdı.  Qaraca  qız  deşikdən  içəri 
baxıb dedi: 
-
 
Nə gözəl otaqdıır!? Nə çoxlu yaraq asılmışdır?!  
Ağca xanım dedi: 
-
 
Mən  buranı  sevmirəm,  özüm  də  qorxuram.  Pəncərəni 
aça bilsəydim, sən də gələrdin, burada söhbət edərdik. Ancaq 
onu yuxarı qalxızmaq lazımdır, bənim də gücüm çatmır. Qoy 
görüm  Mariya  İvanovna  qapını  daldan  bağlamış,  ya  yox?  -
bunu deyə Ağca xanım qapını çəkdi, o da açıldı. 
-
 
Ah! Nə yaxşı oldu! Tez ol, gəl!  
Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi 
sevinərək  biri-birini  qucaqladı.  Sonra  da  şirin  söhbət  etməyə 
başladılar.   Bu vəqt Mariya İvanovnanın oxuduğu kitab xeyli 
maraqlı olduğundan başı qarışıb Ağca xanımı bir saət əvəzinə 
iki  saatdan  artıq  dustaq  etdiyindən  xəbəri  yox  idi.Lakin  bu 
unudulmağa Ağca xanım çox şad idi. O Qaraca qızı vaxtında 
qaçırmaq üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün bonası 
gəlirmi?  Bir  dəfə  dəçıxanda anasını  yanında  hazır  gördü.  Bu 
ittifaqdan Ağca xanımın rəngi qaçıb bədəninə titrətmə düşdü. 
Özünü öylə itirmişdi ki, anasının sualına cavab verə bilmirdi. 
Pəricahan  xanım  baba  otağını  açıq  görüb  fikir  etdi  ki, 
Hüseynqulu  ağa  içəridə  olar,  bu  qəsd  ilə  də  oraya  girmək 
istədikdə Ağca xanım lap özünü itirib onun qabağını kəsdi: 
 –  Ana,  buraya  girmə,  girmə!-  deyəözü  də  ağlamağa 
başladı.  Pəricahan  xanım  təəccübdə  ikən  Mariya  İvanovna 
gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan 
xanım, bona və onların arxasınca Ağca xanım otağa girdilər. 
Pəricahan xanım pişigi görüb soruşdu: 
-
 
Bundan  ötrümü  qorxurdun?Nə  gözəl  pişikdir!  Bunu 
saxlamağa sənə izn verirəm. Ağca xanım Qaraca qızı içəridə 
görməyib bir qədər  yürəkləndi. Qaraca qız isə divanın altına 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə