Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

120 
 
-
 
Xəstənin  halı  çox  fənadır,  çünki  soran  zamanı  zəhəri 
udmuşdur,  o  qanına  qarışıb  bədəninə  yayılmışdır.  Sağalması 
müşküldür.  
Bu xəbərdən Piri kişi məyus olub dedi: 
-
 
Həkim,  öz  balasını  ölümdən  xilas  etmək  üçün  başqa 
bir balanı ölümə verən qadına nə deyərlər? 
-
 
Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına taymı 
edirsən, - deyə Hüseynqulu ağa hayqırdı. 
Həkim  onları  sakit  edib  gətirdiyi  dərmanı  Qaraca  qıza 
içdirdi və  Piri  kişiyə  tapşırdı ki, bundan  xəstəyə  tez-tez  ver-
sin.  
-
 
Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, 
sağalar, - deyə həkim ağalar ilə bərabər getdi. 
 
                                   *** 
Piri  baba  daxmanın  qapısını  açıb  Qaraca  qızın  başı 
tərəfində  oturdu.  Sonsuz  qoca  Qaraca  qıza  artıq  dərəcədə 
məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir 
həyat,  yeni  bir  şölə  gətirmişdi.  İndi  o  şölə  sönür...  Ona  da 
səbəb tam çocuqluğundan zülmünü çəkdiyi ağalar olmuşdu. 
Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində 
günəşin  şöləsinə  bir  müddət  baxdı,  sonra  gülümsündü, 
gözlərini yenə yumdu. Qaraca qız öldü! 
-Daxmanın  bülbülü  uçub  getdi,  -  deyə  Piri  baba  göz 
yaşını tökdü. 
 
 
 
 
 
 
 
 


121 
 
 
 
 
 
 
 
 
 


122 
 
QARACA QIZ 
(S. Axundov. Qaraca qız. Bakı, AzərnəĢr,  
Tədris-Proqram Ģöbəsi, 1934) 
 
Qafqaz  şəhərlərinin  birində  usta  Zeynal  adlı  bir  sərrac 
öz  arvadı  Şərəfnisa  ilə  yaşıyırdı.  Bunlar  İran  əhli  idilər,  öz 
vilayətlərində  məişətləri  məşəqqət  ilə  keçməyə  görə  vətənlə-
rini  buraxıb  buraya  gəlmişdilər.  Usta  Zeynal  sərraclıq  et-
məklə külfətini birtəhər dolandırırdı.  
Usta  Zeynalın  övladdan  yalnız  altı  yaşında  Tutu  adlı 
bircə qızı var idi. Tutu çox qara və çirkin idi. Anası ona körpə 
vaxtından “Qaraca qız” deyib çağırdığına görə əsl adı unudu-
lub, hər kəs onu bu ad ilə çağırırdı. Qaraca qız çox nadinc idi 
və özü qız tayfası ikən qızlar ilə oynamağı sevməzdi; həmişə 
oğlan  uşaqları  ilə  oynayardı.  Uşaqlar  Qaraca  qızdan  qor-
xardılar, çünki o, çox cürətli idi və yumruğunun da qabağında 
heç  kəs dura  bilməzdi. Qaraca  qız həmişə  zəifin tərəfini du-
tardı. Qaraca qız çox nadinc idi, anası  ondan  qonşulara şika-
yət edib deyərdi: 
-
 
“Qaraca qızı su batırmaz, od yandırmaz”. 
Bununla belə, Qaraca qız çox rəhimli, səxavətli qız idi: 
hər nə əlinə düşsəydi, yoldaşları ilə bölüşərdi.  
Usta Zeynal sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı. 
Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir 
dəfə  zəlzələ  gecə  yarısı,  xalq  şirin  yatan  zaman  ittifaq 
düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf 
oldu.  Səhər  açıldıqda  ətrafdan  xalq  tökülüb  şəhərə  köməyə 
gəldi.  Adamlar  dəstə-dəstə  olub  əllərində  kürək,  bel,  külüng 
uçuqları  qazımağa  başladılar.  Ata  oğulu,  oğul  ananı,  qardaş 
bacını səsləyə-səsləyə daş torpağı ayırırdılar. Bir dəstə də usta 
Zeynal  olan  evi  qazıyırdı.  Əvvəlcə  Şərəf  Nisanın,  bunun  da-
lınca usta Zeynalın meyiti çıxdı. Bir az da qazıyandan sonra 
bir deşik açıldı, buradan çıplaq   balaca birqız sıçrayıb çıxdı. 


123 
 
Bu qız haman Qaraca qız idi. O, ata-anasının meyitlərini gö-
rüb ağlamağa başladı. Hər kəs öz qohum əqrabasını aramağa 
məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. 
       Zəlzələdən  iki  gün 
qabaq  bir  dəstə  qaraçı 
bu  şəhərin  kənarında 
çadır  qurub  düşmüşdü. 
O  dəstədən  bir  qaraçı 
arvadının  Qaraca  qıza 
yazığı  gəlib  çadırlarına 
apardı  və  orada  ona 
yemək  və  paltar  verib 
ocağın  qırağında  oturtdu.  Qaraçılar  Qaraca  qızın  yetim 
qalmağını  və  onun  burada  heç  bir  kəsi  olmayıb  qərib  ol-
duğunu bilib öz yanlarında saxlamağa naçar qaldılar.  
Qaraca  qızı  qızlığa  götürən  qaraçı  arvadı  Yasəmən 
iyirmi  yaşında  gözəl  surətli,  yumşaq  təbiətli,  şad  ürəkli  bir 
qadın  idi.  Xasiyyətinin  yaxşılığına  görə  Yasəməni  hamı 
sevərdi; amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox 
bədxasiyyət,  tündməcaz,  zalim  bir  şəxs  idi.  Yasəmən  qaval 
çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox  mən-
fəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. 
 Yasəmən  Qaraca  qızı  çadıra  gətirən  zaman  əri  Yusif 
orada  yox  idi,  çünki  dəstə-
nin bir hissəsi onunla  bəra-
bər  sübh  tezdən  buradan 
çıxıb  yola  düşmüşdü.  Yer-
də  qalanı  da  getməyə  yığı-
şırdı. Yasəmən ərindən çox 
qorxurdu,  ona görə bilmir-
di  ki,  o,  Qaraca  qızı  qəbul 
edəcək,  ya  yox.  Bunun 
üçün Yasəmən iztirabda idi.  


124 
 
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. 
Yasəmənin  iztirabı  bihudə  deyil  imiş,  çünki  geridə 
qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən xəbər 
dutub çox acıqlandı və bir kəndə çatan kibi Qaraca qızı orada 
qoyub gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, o, belə 
iş  etməsin,  lakin  Yusif  onu  dinləmək  belə  istəmədi.  Qaraca 
qız  isə  yürəgində  bu  işə  şad  idi,  o,  Yusifdən  qorxurdu  və 
qorxmağa  da  haqlı  idi:  Yusifin  heybətli  sifəti,  hələ  qara  və 
pərtlək  gözləri  nəinki  uşağı,  hətta  böyük  adamı  da  qorxuya 
salırdı.  
Yasəmən  əri-
nin  tamahkarlığını 
bilirdi,  ona  görə 
Qaraca  qızın  gələ-
cəkdə  onlara  bö-
yük  mənfəət  ver-
məyini söylədi: 
-
 
Yusif,  bilir-
sənmi  mən  nə  fi-
kirdəyəm?  Mən  Qaraca  qıza  mahnı  oxumaq,  özüm  kibi  oy-
namaq öyrədəcəyəm və üst-başını bəzəyib, kəndlərdə, şəhər-
lərdə oynadacağam. Sənin üçün pul yığacağam. 
 Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına 
razı oldu.  
 
*** 
Qaraçıların  məişətini  Qaraca  qız  çox  bəyənirdi  və  bu 
gün  burada,  sabah  bir  təzə  yerdə,  çay  qırağında,  meşə 
kənarında mənzil edib çadır qurma, ocaq çatıb xörək bişirmə, 
bir  yerdə  mahnı  oxuma,  nağıl  söyləmə  -  bunların  hamısı 
Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin 
ayısından qorxurdu, amma sonralar öyrəşib, onunla çox dost 
olmuşdu.  Ayı da onun ilə oynamağı sevirdi, Yasəmən Qaraca 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə