Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

125 
 
qızı,  ərinə  söz  verdiyi  kibi,  yaxşı  geyindirib,  oxumaq  və 
oynamaq  öyrətmişdi.  Tamaşaçılar  Qaraca  qızın  gözəl  səsinə 
və  oynamağına  təəccüb  edib  heyrətdə  qalırdılar.  Qaraca  qız 
balaca  qavalını  açıb  tamaşaçılara  tərəf  tutanda  dərhal  onun 
üçün pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif 
bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə hər 
ikisini xasiyyətinin pisliyindən çox incidərdi.  
Qaraca qızın təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə 
görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən 
əl  götürməzdi.  Qaraca  qız  ancaq  Yasəmənin  sözündən  çıx-
mazdı,  çünki  Yasəmən  onunla  çox    mehriban  dolanardu. 
Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına diyərdi: 
-
 
Bu  zorbalıqda  ayı  mənim  qamçımın  qorxusundan  hər 
cür  oyun  çıxardır,  amma  bu  balacalıqda  qızın  əlində  aciz 
qalmışam!Yasəmən  ona  böylə  cavab  verərdi:Bunun  səbəbi 
odur  ki,  ayı  heyvandır,  bu  isə  insandır.  Heyvan  ilə  edilən 
rəftar  insan  ilə  edilməz.  Heyvana  yoğun  çubuq  lazım  isə, 
insana mehriban rəftar, mülayim söz lazımdır. 
Yusif arvadının bu doğru sözünə inanmayıb deyərdu: 
-
 
Yox,  bu  bir  səbəb  deyildir,  sən  olmasan,  bən  onu  iki 
günün ərzində mum kibi edərəm!  
Ər  ilə  arvadın  arasında  olan  belə  söhbətin  nəticəsi  o 
olardı  ki,  Yusif  Qaraca  qızı  daha  da  artıq  kötəklərdi.Qaraca 
qız  bu zülmdən xilas olmaq üçün neçə dəfə  qaçmaq fikrinə 
düşmüşdüsə dəlakin qaçmağa heç vəch ilə imkan tapa bilmə-
mişdi.  
İki  ildən  artıq  idi  ki,  Qaraca  qız  qaraçı  dəstəsində  ya-
şayıb,  mahnı  oxumağı  və  oynamağilə  ətrafda  məşhur  ol-
muşdu. Hər kəs Qaraca qızın oxumaq və oynamasını bəyənib, 
tərif  edərdi.  Yusif  Qaraca  qızı  çox  incidəndə  Yasəmən  onu 
qorxudub deyərdi:  


126 
 
-
 
Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız 
səni  qoyub  qaçar  və  sənin  də  əlin  böylə  böyük  mənfəətdən 
çıxar.  
Bu  sözlər  həmişə  Yusifə  təsir  edib  Qaraca  qızı  döyül-
məkdən bir müddət çəkinərdi. 
 
 
                                       *** 
Yayın orta ayı idi. Günün istisində insanlar,  heyvanlar, 
quşlar  kölgə  yer  və  sərin  su  arayırdı.  Qaraçı  dəstəsi  bir  dağ 
üzərindən  axan  çayın  kənarında  çadırlarını  qurub  mənzil 
etmişdi. Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. 
Yusif  ayısını  götürüb  yaxın  kəndə  getmişdi.  Yasəmən  çayın 
qırağında  su  qızdırıb,  paltar  yuyurdu.  Qaraca  qız  da  çayda 
çimirdi.  Çay  dağ  döşündən  gəldiyinə  görə  xeyli  iti  və 
xarıldaya-xarıldaya axırdı; amma suyu az olduğundan Qaraca 
qız  üçün  qorxusu  yox  idi.  Yasəmən  paltarı  yuyub  kolların 
üstünə  qurumaqçün  sərmişdi.  Özü  də  başını  yumaq  fikri  ilə 
uzun və qara saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən 
Qaraca  qızı  səslədi  ki,  gəlib  onun  başına  su  töksün.  Qaraca 
qız  iki  arşın  yucalıqdan  tökülən  şəlalənin  altında  durub 
çimdiyinə  görə  Yasəmənin  səsini  eşitmədi.  Bir  azdan  sonra 
Yasəmən  Qaraca  qızı    çağırdı,  bu  dəfə  də  cavab  almadı, 
Yasəmən  saçlarını  döşündən  yığıb  belinə  atdı;  bu  halda 
qulağına  çay  tərəfdən  sel  gurultusu  gəldi.  Bunu  eşitcək 
Yasəmən  dik  atılıb  çaya  tərəf  yüyürdü.  O  vaxt  Qaraca  qız 
şəlalənin  altında  idı.  Yasəmən  çayın  yuxarısından  daşları  və 
kolları  yumalaya-yumalaya,  gurultu  və  nərilti  ilə  gələn  seli 
görüb, var gücilə qışqırdı: 
-
 
Qızım, tez ol qaç, sel gəlir! 


127 
 
Qaraca  qız 
Yasəmənin  səsini 
eşidib,  şəlalənin 
altından 
çıxdı, 
ancaq  bir  neçə 
addım  atmamışdı 
ki, sel onun üstü-
nü  cəllad  kibi 
aldı. Yasəmən işi 
belə 
gördükdə 
alıcı  quş  kibi 
özünü  çaya  atdı.  Yasəmən  özünü  Qaraca  qıza  yetirincə  sel 
qızı götürdü və bir neçə saniyə suda itirdi.  
Bir az sonra qı-
zın  başı  göründü. 
Yasəmən  özü  də  bir 
neçə  dəfə  suya  batıb 
çıxandan sonra,  üzüb 
Qaraca  qıza  çatdı  və 
saçlarından 
dutub 
çiyninə aldı. Hərçənd 
Yasəmən çox yüzücü 
idi,  amma  bu  iti 
axan,  daşları,  böyük 
kolları  yumalayan  seldəüzmək  mümkün  deyildi.  Qaraçılar 
Yasəmənin qışqırığını eşidib köməyə töküldülər; sel getdikcə 
artırdı.  Axırda  sel  bunları  bir  böyük  daşa  çırpdı.  Qaraca  qız 
Yasəmənin  əlindən  çıxıb  daşın  üstündə  qaldı,  amma  onun 
özünü sel götürüb üzü aşağı axıtdı. Qaraçılar çaya tökülüb hər 
ikisini sudan kənara çıxartdılar. Bunların ikisi də bihuş qalıb, 
yerə  sərilmişdi.  Üzlərinin  rəngi  ölü  rəngi  kibi  idi.  Qaraçılar 
xeyli  çalışdıqdan  sonra  hər  ikisini  huşa  gətirdilər.  Qaraca 
qızın bədəni bir neçə yerdən daşlara dəyib qaralmışdı, amma 


128 
 
bir qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə 
yerdən  yaralanmışdı.  Lakin  rəhmdil    arvad  özünə  gələn  kibi 
yaralarını unudub tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçı-
lardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi. 
-
 
Bax,  Yasəmən,  budur  Qaraca  qız  sağdır,  arxayın  ol.  
Yasəmən bir qədər ona baxdı. Sonra yenə bihuş olub, gözləri 
yumuldu. Qaraçılar Yasəmənin yaralarını bağlayıb Qaraca qız 
ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahat 
etdilər. Axşamçağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu 
xəbəri eşidib çox qəzəbləndi və dedi: 
-
 
Mən  bilirdim  ki,  bu,  uçuqdan  çıxmış  qız  axırda  bizim 
başımıza bəla gətirəcəkdir!  
Qaraçılar Yusifi sakit edib dedilər: 
-
 
Qorxma, heç bir şey olmaz. İndi hər ikisinə rahatlıq la-
zımdır; durun bayıra çıxalım, səs-küy olmasın. Burada yalnız 
Yasəmənin dostu Hüsniyə qalar, ona qulluq edər. Qaraçıların 
hamısı  Yusif  ilə  bərabər  bayıra  çıxdılar,  çadırda  ancaq  
Hüsniyə qaldı.  
 Qaraca  qız  tamam  gecəni  ufultu  və  zarıltı  ilə  keçirib 
sübhə  yavuq  yuxuya  getdi,  amma  Yasəmən  qızdırma  içində 
bir dəqiqə rahat olmadı.Vəfalı Hüsniyə rəfiqəsinin yanını kəs-
dirib  səhərə  kibi  gözlərini  yummadı.  Yasəmənin  qız  dırması 
getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. 
Yazıq  Yasəmən  qızdır-
manın  əsərindən  tora 
düşmüş  quş  kibi  yerin-
də  çabalayırdı.  Onun 
gözləri  həmişə  yumulu 
idi.  Gecə  yağış  yağdı-
ğına görə səhərin hava-
sı  çox  saf  və  təmiz  idi. 
Dünənki  bəlanı  törədən 
çaylağın suyu indi enib 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə