Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

137 
 
birinə  salıb  bir  müddət  diqqət  ilə  baxışdılar.  Bu  iki  uşağın 
arasında böyük fərq vardı: birinin ata-anası bəyzadə, o birinin 
yoxsul  idi.  Biri  zəif,  zərif,  hər  bir  şeydə  özgəyə  möhtac 
olduğu kibi, o biri isə  polad kibi sağlam bədənli, az  yaşında 
çox  görmüş,  öz  zəhməti  ilə  məişət  edən  bir  çocuq!  Birinin 
baxışı  sanki  özgələri  köməyə,  o  birinin  nəzəri  isə  hamını 
qovğaya çağırırdı. Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, 
o da kobud barmaqları ilə onun əlini sıxdı. 
Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra 
güldü.  Bir  az  çəkmədi  ki,  şirin  söhbətə  başladılar.  Bu  vaxt 
Hüseynqulu  ağa  Qaraca  qızı  unudub  otaqda  bəylər  ilə  av 
bəhsinə  girmişdi.  Ağca 
xanım  ilə  Qaraca  qızın 
söhbəti  çox  çəkmədi. 
Pəricahan  xanım  ota-
ğından  həyətə  endi  və 
qızını  Qaraca  qız  ilə 
şirin söhbət edən görüb 
çox  bərk  acıqlandı  və 
mürəbbiyəsini  çağırıb 
dedi: 
-  Nə  üçün  öz 
vəzifənizi unudursunuz, 
xanım? Baxın tərbiyə verdiyiniz qız kimin ilə dostluq etmiş-
dir? Otağına aparın!Bu gecə şamsız qalacaqdır.  
Mürəbbiyə  gözü  yaşlı  zavallı  Ağca  xanımın    əlindən 
dutub  otağına  apardı.  Qaraca  qıza  da  Pəricahan  xanım  – 
Dalımca gəl, qaraçı qızı! – deyib Hüseynqulu ağanın otağına 
apardı və rişxənd ilə dedi:  
-
 
Bu  şahzadə  qızını  haradan  tapıb  gətimisən?  Qızın  ilə 
də tanış olub çox şirin söhbət edirdilər. 
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi: 


138 
 
-
 
Pəricahan! Qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu 
nə  hala  salmışdır?  Qoy  bu  qız  ilə  oynasın,  atlansın,  qol-
qanadı  açılsın,  bədəni  bərkisin,  keyfi  açılsın!  Bu  qız  qaraçı 
qızı  deyildir,  və  olsa  da  nə  eybi  vardır?  Xanımın  yanında 
qarabaşı  olmazmı?  Mürəbbiyəsi  yanında  olacaqdır.  Bir  fəna 
iş edərlərsə, tərbiyə edib qoymaz. 
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi.  
 
-
 
Sən  mənə  söz  vermişdin  ki,  tərbiyə  məsələsinə 
qarışmayacaqsan, indi  nə üçün  sözündə dəvam etmirsən? Bu 
qız buradan gedəsidir! Artıq söz lazım deyil.  
-
 
Xayr.  Bu  qız  burada  qalasıdır,  -  deyə  Hüseynqulu 
səsini yücaltdı.  
-
 
Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir, yoxsa 
mən burada qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.  
Səlim bəy fürsəti fotə verməyib dedi: 
-
 
Onda verin mən aparım. 
Hüseynqulu ağa dedi: 
-
 
Səlim  bəy!  Heç  vaxt  ona  razı  olmaram!  Necə  ki,  sizə 
demişdim, elə də edəcəgəm. Qaraca qız bağbanım Piri baba-
nın yanında olacaqdır. 
Pəricahan xanım dedi: 
-
 
Bu  şərtə  mən  də  razıyam,  ancaq  Ağca  xanım  ilə  bil-
mərrə  əlaqəsi  olmayacaqdır.  Çünki  ondan  pis  xasiyyət  götü-
rər. 
Bu şərt ilə Qaraca qızı aparıb Piri kişiyə tapşırdılar. Piri 
kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. Piri 
kişi yetmiş yaşında bir qoca idi. Heç bir kəsi yox idi, özü də 
Hüseynqulu  ağanın  rəiyyəti  olub  onun  atası  zamanından  bu 
bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb işi 
düşməsə  ağalıq  qapısına,  gəlməzdi.  Xidmətçilər  Hüseynqulu 
ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsə-
dən  qorxmazdı  və  bacardığı  qədər  qulluqçuları  ağaların  zül-
mündən  mühafizə  edərdi.  Ona  görə  onu  başqa  nökərlər 


139 
 
sevirdi.  Qaraca  qızın  saxlanmaq  üçün  Piri  kişiyə  verilməsi 
onu  çox  şad  etdi.  Öz  komasında  Qaraca  qız  üçün  yer 
hazırladı. Onu yedirib rahat etdi. 
Qaraca  qız  yatağına  girib  bir  müddət  yata  bilmədi. 
Sonra Piri kişidən soruşdu: 
-
 
Baba, o xanım, qızını  nə üçün mənimlə oynamağa və 
söhbət etməgə qoymayır? 
-
 
Qızım,  onlar 
bəydirlər,  biz  rəiy-
yət,  onlar  ağadırlar, 
biz  nökər!  Bizim  ilə 
onların nə yoldaşlığı. 
Qızım,  sən  Ağca  xa-
nımı yadından çıxart. 
O  sənə  yoldaş  deyil-
dir.  
Qaraca qız bu sözlər ilə sakit olmayıb düşünürdü:  
-
 
Mən  Ağca  xanıma  nə  etdim  ki,  anasının  mənə  acığı 
dutdu? Bu gecə ona yemək verməyəcəklər. Yazıq ac qalacaq-
dır! Anam sağ olanda məni də naharsız qoyardu, ancaq mən 
nadinclik edərdim. Bu ki heç zad etməmişdi.  
Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. 
O gecəsi haman fikirlər Ağca xanımı da sakit etməyirdi. 
Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamayırdı. 
-Nə  səbəbə  mən  o  qız 
ilə  oynayıb  danışa  bilmə-
rəm?  Mən  bəy  qızı  olanda 
nə olar? Məni nə üçün şam-
sız  qoydular?  Qaraca  qız 
çox  təəccüblü  sözlər  danı-
şırdı. O deyirdi ki, sənə qa-
val  çalmaq,  oynamaq  öyrə-
dəcəgəm.  Ah!  Nə  üçün 


140 
 
anam məni qoymadı ki, onunla çoxluca danışam?  
Ağca  xanım  yorğanı  başına  çəkib,  gizlincə  ağlamağa 
başladı və bir azdan sonra yuxuya getdi. 
 
                                  *** 
Piri  kişi  hələ  uşaqlıqdan  gün  çıxmamış  yuxudan 
durmağı  adət  etmişdi.    Indi  də  qalxıb  ocağı  qaladı,  özü  kibi 
ömrü  keçmiş  hisdən  qaralmış  çaydanı  su  ilə  doldurub  ocağa 
qoydu  və  daxmadan  çıxdı  ki,  bağı  dolansın.  Piri  kişi  bu 
bəslədigi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz 
əlilə əkib becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi 
ki,  bu bağda olmasın. Hüseynqulu ağanın bu bağı mülkədar-
lar  arasında  xeyli  şöhrət  qazanmışdı.  Hüseynqulu  ağaya  bir 
qonaq  gələndə  o  öz  qonaqlarını  bağına  tamaşa  etməyə  apa-
rardı.  Bağı  oğrudan  qorumağa  Piri  kişinin  bircə  köməkçisi 
vardı,  o da Qaraca qızı mağaradan çəkib çıxaran Qara köpək 
idi.  Qara  köpək  qayət  heybətli  və  hünərli  bir  it  idi.  Onun 
qorxusunda  heç  kəs  bağa  dolana  bilməzdi.  Bu  köpəkdə  bir 
qəribə  hal  vardı:  Hər  kəs  ki  Piri  kişiyə  düşman  idi,  Qara 
köpək onu sevməyib yaxına qoymazdı. Piri kişi bir yeni şəxs 
ilə  tanış  olanda  Qara  köpək  o  adama  quyruq  bulayıb 
yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Əksinə o 
adama  dişlərini  ağardıb  mırıldasaydı,  onu  özünə  düşman 
bilərdi.  Qara  köpəyin  bu  hissini  Piri  kişi  dəfələrlə  imtəhan 
etdigi üçün belə deyirdi: 
- Dost-düşmənimi Qara köpək ilə tanıyırım.  
Piri  kişi  Qara  köpəgi  heç  vaxt  zəncirləmirdi.  Gecə  və 
gündüz  Qara  köpək  asudə  idi.  Bununla  belə  Qara  köpək, 
bağdan  kənara  çıxmazdı.  Ancaq  bəzi  vaxt  Hüseynqulu  ağa 
ava getdikdə o da həvəslənib av tulalarına qoşulardı; bu vaxt 
onu  geri  qaytarmaq  üçün  gərək  Piri  kişi  özü  gələydi,  yoxsa 
kimsəyə qulaq asmazdı. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə