22
qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə də onu
başqa nökərlər sevərdi.”
“Məktəb” jurnalında var. 1927-ci ildə aĢağıda seçilmiĢ
cümlə əsərdən çıxarılıb.
“Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət
etmişdi.
Ġmdi də tezdən dəstamaz alıb sübh namazını qıldı.”
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb:
“Piri kişi təcrübə edib bu bağda qələm vasitəsilə təbiətə
müğayir öylə peyvənd etmişdi ki, bu iş cümləni heyrətə gətirirdi;
bir əzgil ağacına qələm ilə alma peyvənd etmək ilə bir ağacda iki
cür meyvə bitirirdi. Hüseynqulu ağanın bu bağı mülkədarlar
arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya bir qonaq
gələndə cürbəcür ziraət maşınalarını qoyub qabağına, bağına
tamaşa aparardı. Bağın böylə Cənnət kibi olmasına səbəb yalnız
Piri kişi idi; Buna görə də Hüseynqulu ağa onun xatirini çox
istəyirdi: Hər nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə on-
dan ancaq bircə şey təvəqqe edirdi: Ağalardan başğa kimsə bağa
girməsin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi.”
“Məktəb” jurnalında yoxdur. 1927-ci ildə əsərə artırılıb:
“Hüseynqulu ağa üzünü arvadına tərəf dutub dedi:
-
İndi sapsağ qızı azarlı edəcəksən.
-
Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.
-
Nə üçün, mən ata deyiləm?
-
Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə
götürə bilər?
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğu-
nu
masaya elə vurdu ki, boşqablar bir-birinə dəydi:
-
Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm...
– Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə
çaxdı.
-
Get,
piyan soldat, - deyə Pəricahan xanım bağırdı.
-
Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı
tökməyə başladı.”
“Məktəb” jurhalında yoxdur. 1927-ci ildə əsərə artırılıb:
Hüseynqulu ağa:
“- Dəli ananın sözünə qulaq asma.”
23
1927-ci ildə dəyiĢdirilib:
“Məktəb” jurnalında:
“Ağca xanım atasını çox-çox istəyirdi, onun sadəliyi çox
xoşuna gəlirdi, ona görə də atasına yoldaş və sirdaş olmuşdu,
ondan
heç şey gizləməzdi.”
“Zərafət” kitabında:
“Ağca xanım atasının belə mehriban rəftarından istifadə
edərək onun qucağına atıldı.”
“Məktəb” jurnalında var. 1927-ci ildə əsərdən çıxarılıb:
“Hüseynqulu ağanı görüb qorxuya düşdü. Amma onun çox
mehriban bir tərzdə:
-
Kefin necədir, Qaraca qızım? – soruşmasından yürəyi sakit
olub, - “Ağam sağ olsun” – deyə cavab verdi.”
1927-ci ildə dəyiĢdirilib, əlavələr olub:
“Məktəb” jurnalında:
“Bir dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib çoxlu adam
çağırmışdı. Bu qonaqlıqda oxuyub, çalan da var idi. Hüseynqulu
ağa Qaraca qızı qonaqlara göstərmək qəsdi ilə onu gözəl geyin-
dirib və əlinə özünün cınqıralı qavalını verib onu oynatdı. Qaraca
qız çoxdan idi ki, oynamamışdı. Yürəyində oynamaq həsrəti çox
idi, o imdiki məclisə mübarizə istəyən pəhləvan kibi atıldı. Böylə
bir tərzdə oynadı ki, məclisdə cümləni özünə valeh etdirdi. Məc-
lisdə bütün danışıq və səs kəsilmişdi: Uşaqdan böylə fövqəladə
oynamaq görünməmişdi. Qaraca qız böylə eşqə gəlmiş ki, orada
olan adamlar gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən
gözünün önündə durmuşdu. Birdən Qaraca qız öylə bir tərzdə
fırlandı ki, baxanlar nəzərində bir şar kibi görünürdü. Qəflətən
Qaraca qız bir dizi üstə çökdü, əlinin birini qaval ilə yuxarı dutub,
o birini də belinə qoyub durdu. Oyunu belə tamamlamağı Qaraca
qızın şakəri idi. Qonaqlar bunu böylə gördükdə əvvəl oynamağın
heyrətində olub bir müddət sakit dayandılar, sonra da qonaqlar
tərəfindən alqışlanmaq səsi otağı götürdü. Sonra hamı təvəqqe etdi
ki, bu oyunu təkrar etsin, amma Qaraca qız qəbul etmədi, hətta
Hüseynqulu ağanın da sözünə baxmadı.”
“Zərafət kitabında: