11
“QARACA QIZ” ƏSƏRĠNĠN ORTA MƏKTƏBDƏ
TƏDRĠSĠNƏ DAĠR
“Qaraca qız” niyə hələ də orta məktəb ədəbiyyat dərslik-
lərində tədris edilməlidir? Əlbəttə ki, bu suala cavab tapa bilən
pedaqoq əsərin uğurlu təhlilinə və şagirdlərə doğru izahına nail ola
bilər. Qarşıya qoyduğumuz sualın hələ ki konkret cavabı pedaqoji,
hətta deyərdik ki, elmi ictimaiyyətə məlum deyil. Ona görə də
məsələyə bir neçə istiqamətdə nəzər salmalı olacağıq:
1.Yalnız ona görə mi ki, “Qaraca qız” uşaq ədəbiyyatı fon-
dumuzun klassik nadir incilərindədndir? Xeyr, əgər belə olsaydı,
bu məntiqlə Azərbaycanın görkəmli hekayə ustası Seyid Hüseyn
Sadıqzadənin IV sininf “Oxu” dərsliyində bir neçə il ardıcıl olaraq
tədris edilən “Ağ at və ağ çuxa” əsəri son illərdə dərslikdən çıxa-
rılmazdı. Halbuki bu əsər də şagirdlərin milli-mənəvi tərbiyəsində
xüsusi rol oynaya biləcək nadir klassik bədii-tarixi əsərlərdən biri-
dir. Bununla yanaşı, hətta sovet hakimiyyəti illərində, məsələn, bi-
zə məlum olduğuna görə, 1965-ci ildə yazıçının “Kor kişinin arva-
dı” hekayəsi orta məktəb dərsliklərində tədris edilirdi. Görəsən,
bəs Seyid Hüseynin bədii irsinin orta məktəb dərsliklərində yer
almasına hansı xüssusiyyətləri mane olmağa başladı?
2. ... Yaxud, ona görə mi ki, “Qaraca qız” əsəri müəllifin
“Qorxulu nağıllar” seriyasına daxil olan bədii nəsr nümu-
nələrinin içində məktəblilərin təlim-tərbiyəsinə əhəmiyyətli dərə-
cədə təsir edə biləcək ən mükəmməl əsəridir? Amma son dövr IV
sinif “Azərbaycan dili” dərsliyinə əsərin daxil edilmiş hissələrində
Hüseynqulu ağa obrazının görünməməsi bunu demir...
3. ...Və nəhayət, pedaqoji aspektdən ən məntiqsiz görünə
biləcək sonuncu aksioma ilə üz-üzəyik: Sadəcə, “Qaraca qız”
əsərinin ədəbiyyat dərsliklərində tədrisinin qədim bir tarixçəsi
var və biz də bu ənənədən kənara çıxa bilmirik... Bunun da inkarı
üçün tutarlı dəlillər gətirə bilərik: səbəb bu olsaydı, ibtidai sinif
“Oxu” dərsliklərinin uzun illər bəzəyi olan Abdulla Şaiq, Abbas
Səhhətin bədii irsi son illərdə sıxışdırılmazdı. Bu məqamda özü-
müzü təkzib etməyə də hazırıq, Səməd Vurğunun “Vaqif” dramı-
nın XI sinif “Ədəbiyyat” dərsliyində tədrisi timsalında... Amma