95
5. Sәxavinin “әl-Mәqasid әl-Hәsәnә fima İştәhәr min әl-
Hәdis әlal-Әlsinә”
1
adlı bu cür kitabları vardır.
Belә sanballı kitablardan biri dә Әcluninin “Kәşf әl-Xәfa
vә Müzil әl-Әlbas әmma iştәhәr min әl-Hәdis әla Әlsinә әn-
Nas” kitabıdır.
İbn әl-Cövzi, Süyuti, Qari, Şövkani, Lәknәvi, İbn Әrraq,
Әlbani vә başqaları uydurma ( mövzu) hәdislәrdәn bәhs edәn
әhәmiyyәtli әsәrlәr qәlәmә almışlar.
Qeyd edәk ki, tәsәvvüf, öyüd-nәsihәt vә qәlb mәnәviy-
yatı kitablarında çoxlu uydurma hәdislәr var. Odur ki, oxucu
bundan ehtiyat etmәlidir.
Habelә, surәlәrin fәzilәtinә, peyğәmbәrlәr vә әmәlisaleh-
lәrin qissәlәrinә, nazil sәbәblәrinә aid hәdislәrin әksәriyyәti uy-
durmadır; bu cür hәdislәrә әsasәn tәfsir kitablarında rast gәli-
rik.
Yadıma gәlir, konfransların birindәki çıxışında bir tәdqi-
qatçı öz fikrini әsaslandırmaq üçün Sә`lәbә ibn Hatib qissәsini
dәlil göstәrmişdi. Tәfsirçilәrә görә, bu qissә aşağıdakı ayәlәrin
nazil olma sәbәbidir:
“(Münafiqlәrin) bәzisi dә Allahla belә әhd etmişdir:
“Әgәr Allah bizә Öz nemәtindәn (mal-dövlәt) bәxş etsә, biz
mütlәq sәdәqә (hәmin malın zәkatını) verәcәk vә sözsüz ki,
әmәlisalehlәrdәn olacağıq”.
(Allah) Öz nemәtindәn onlara (istәdiklәrini) ehsan bu-
yurduqda xәsislik etdilәr vә (әhdә vәfa etmәyib itaәtdәn dә) üz
döndәrdilәr. Onlar elә zatәn dönükdürlәr!
(Allaha) verdiklәri vәdә xilaf çıxdıqlarına, yalan danış-
dıqlarına görә Allah da onların ürәyinә qarşılaşacaqları günә
(qiyamәt gününә) qәdәr (davam edәcәk) nifaq saldı” (әt-Tövbә,
75-77).
1
Kitabı İmam Zәrqani ixtisar etmiş vә “Müxtәsәr” adlandırmışdır.
96
Hafiz ibn Hәcәr müfәssirlәrdәn Zәmәxşәrinin “Kәşşaf”
tәfsirindәki hәdislәri saf-çürük edәrkәn bu qissәnin istinadının
hәdsiz “zәif” olduğunu bildirib
1
.
Əksər moizəçinin səhvi
Bәla burasındadır ki, әksәr islam ölkәlәrindәki moizә-
çilәr, mәscid imamları “qaranlıqda odunla birlikdә ilan da top-
layırlar”. Onlara nә var hәdis sәhihdir ya yox, tәki hәdis xalqı
riqqәtә gәtirsin, insanları tәsirlәndirsin; İştirak etdiyim elә bir
cümә xütbәsi, moizә dәrsi yoxdur ki, orada “zәif” vә ya “hәdsiz
zәif”, ya da uydurma sayılan bir neçә hәdis eşitmәyim.
Yadıma gәlir, deyәsәn, Peyğәmbәrin hәyatına hәsr edil-
miş bir xütbәni dinlәdiyim zaman eyni şeyin şahidi olmuşdum.
Xütbәni söylәyәn şәxs Peyğәmbәrin şәxsiyyәtindәn, saf hәya-
tından, әxlaqından danışırdı. Qeyd edim ki, Quranda vә sәhih
Sünnәdә bu mövzu ilә bağlı kifayәt qәdәr zәngin, mötәbәr mә-
lumat vardır. Ancaq xәtib nәdәnsә bir-iki sәhih vә ya “hәsәn”
hәdislә kifayәtlәndi. Әvәzindә isә xütbәsini başdan-ayağa uy-
durma, ya da alimlәrin dediyi kimi, “noxtasız-xaltasız” hәdis-
lәrlә “bәzәdi”. Mәsәlәn:
- Allahın ilk yaratdığı şey Peyğәmbәrin nurudur;
- Allah Peyğәmbәrin xәtrinә onun valideynlәrini dirilt-
miş, onlar da onun vasitәsilә islama gәlmişlәr;
1
Çünki qissәni Әli ibn Yezid әl-Әlbani rәvayәt edib. İmam Buxari bu şәxs
haqqında “Hәdislәri “münkәr”dir (zәifdir)” sözlәrini işlәdib. Hәmçinin,
onun haqqında Nәsai “Mötәbәr ravi deyil”, Dariqutni dә “Qissәnin әl-Qa-
sim әbu Әbdürrәhmana istinadәn rәvayәt edilmiş variantı da “zәif”dir ( mət‐
ruk)” – deyib. İmam Әhmәd dә qeyd edir ki, Әli ibn Yezid, Әbu Әbdürrәh-
mandan qәribә rәvayәtlәr nәql edib. İbn Hibban isә onun haqqında deyib:
“Sәhabәlәrin adından problemli rәvayәtlәr nәql edib. Mötәbәr şәxslәrin dә
adından istinadları dәyişdirilmiş rәvayәtlәr ( məqlubat) danışıb”.
97
- Kimә “Mәhәmmәd” adı qoyularsa, şәfaәt ona vacib sa-
yılar;
Vә Peyğәmbәrin doğulduğu zaman baş vermiş xariqü-
ladә hadisәlәrә dair neçә-neçә uydurma hәdis...
Hәmin xәtibdәn eşitdiyim әn әcaib hәdis isә bu idi:
“Ümmәtimin alimlәri İsrailoğullarının peyğәmbәrlәri kimidir”.
Bu, mәşhur uydurma hәdisdir, alimlәr onu “mәkzub” (uydur-
ma, yalan) adlandırmışlar.
Qәribәdir ki, bu xәtib hәmin hәdisi aşağıdakı hekayәni
danışmaqla әsaslandırmağa çalışırdı:
“İmam Әbu Hamid әl-Qәzali röyada (ya da ruhlar alә-
mindә) Musa peyğәmbәrlә rastlaşır. Musa peyğәmbәr soruşur:
- Adın nәdir?
- Mәhәmmәd ibn Mәhәmmәd ibn Mәhәmmәd әl-Qәzali
әt-Tusi.
- Sәndәn adını soruşdum, soyadını deyil!
- Yaxşı, Allah sәndәn sağ әlindә nә var deyә soruşanda
Ona bәs nә üçün belә cavab vermişdin: “O, mәnim әsamdır.
Ona söykәnir, onunla qoyunlarıma xәzәl silkәlәyirәm. O, başqa
işlәrdә dә karıma gәlir!”
Xәtib bu hekayәni danışdıqdan sonra dedi: “Bununla da
Qәzali mübahisәdә Musa peyğәmbәrә qalib gәldi”.
Göründüyü kimi, o, bu hekayәni danışmaqla yuxarıdakı
uydurma hәdisi әsaslandırmağa çalışır.
Belәliklә, sәhih vә “hәsәn” hәdis sәrmayәsinin әvәzinә,
qәribә hekayәtlәrdәn, röyalardan, yәhudi qissәlәrindәn ( israi‐
liyyat) ibarәt kasad sәrmayә tәdavülә buraxılır; iqtisadçıların
dediyi kimi, çirkli pullar tәmiz pulları dövriyyәdәn sıxışdırıb
çıxarır!
Bu, köhnә bәladır. Hәtta hәdis rәvayәtindә hәdsiz diq-
qәtli olan bәzi mötәbәr alimlәr moizә (öyüd-nәsihәt) kitablarını
qәlәmә alarkәn yumşaqlıq göstәrmişlәr. Mәsәlәn, İmam Әbu
Fәrәc ibn әl-Cövzi “Zәmm әl-Hәva” kitabını yazarkәn “әl-Möv-
98
zuat” vә “әl-İlәl әl-Mütәnahiyә fil-Әhadis әl-Vahiyә” kitabları-
nın yazılması zamanı göstәrdiyi diqqәti әsirgәyib.
Tәnqidçi İmam Şәmsәddin әz-Zәhәbi dә “әl-Kәbair” adlı
öyüd-nәsihәt kitabında yersiz yumşaqlıq göstәrib.
Hәmçinin, Münziri (Allah rәhmәt etsin!) kifayәt qәdәr
sәhih hәdis qala-qala “әt-Tәrğib vәt-Tәrhib” adlı kitabında xeyli
“zәif”, uydurma hәdis toplayıb. Ancaq yaxşı ki, o, kitabına yaz-
dığı müqәddimәdә bu mәqama aydınlıq gәtirmәklә bizlәri xә-
bәrdar edib, bununla da özünü mәsuliyyәtdәn qurtarıb. Çox tә-
әssüf ki, xüsusәn dә dövrümüzün oxucuları bu müqәddimәdә
deyilәnlәri diqqәtlә oxumur, mәsәlәdәn qafil qalırlar.
Bütün bunları nәzәrә alaraq, Münzirinin adı keçәn ki-
tabını araşdırdım, ondakı sәhih vә “hәsәn” hәdislәri ayırd et-
dim. Kitaba xüsusi izahlar yazdım. “әl-Müntәqa min әt-Tәrğib
vәt-Tәrhib” adlandırdığım bu kitab iki cilddә әvvәlcә Qatarın
“Sünnә vә Peyğәmbәrin hәyatı” Mәrkәzi tәrәfindәn çap edildi.
Daha sonra kitabım üzәrindә bir qәdәr işlәdim, әlavәlәr etdim,
qeydlәr apardım, tәkmillәşdirdim. Tәkmillәşdirilmiş bu kitab
әvvәlcә Beyrutun “әl-Mәktәb әl-İslami” mәtbәәsindә, sonra isә
Qahirәnin “әd-Dar әl-İslamiyyә vәt-Tövzi” nәşriyyatında çap
olunub.
Hədisləri səhv salan xətiblərin
vəzifələrindən uzaqlaşdırılması haqda
İbn Həcər əl‐Heysəminin fitvası
Mәşhur şafei fәqihi Әllamә İbn Hәcәr әl-Heysәmi ravi-
lәrinin kimliyindәn söz açmayan, sәhih vә uydurma hәdislәri
dolaşıq salan xәtiblәrin vәzifәdәn uzaqlaşdırılmasını öz dövrü-
nün hakimlәrindәn (liderlәrindәn) açıq şәkildә tәlәb etmişdi.
Bununla da o, tәqdirәlayiq bir iş görmüşdü. Heysәmi fitvala-
rının birindә yazır:
Dostları ilə paylaş: |