Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

 99
“Bir dәfә mәndәn hәr cümә minbәrә qalxan, çoxlu hәdis 
söylәyәn, ancaq hәmin hәdislәrin mәnbәyi vә ravilәri haqda bir 
kәlmә dә kәsmәyәn xәtib barәdә soruşdular. Onlara dedim: 
“Bir xәtibin ravilәrin adını  çәkmәdәn hәdis rәvayәt et-
mәsi o şәrtlә “caiz”dir
1
 ki, әvvәla, hәmin şәxs hәdis elmini yaxşı 
bilsin, sonra da hәdislәri mühәddislәrin kitablarından nәql et-
sin. Ancaq hәdislәrdәn baş  çıxarmayan bir xәtibin müәllifi hә-
dis alimi olmayan bir kitabdan sadәcә baxıb oxumaqla hәdis 
danışması caiz deyildir. Kim buna yol verәrsә, bәrk mәzәmmәt 
edilmәlidir. Bu, bir çox xәtibin düşdüyü vәziyyәtdir. Onlar hә-
dislәrlә dolu bir xütbә mәtni görәn kimi hәdislәrin sәhih olub-
olmadığına әhәmiyyәt yetirmәdәn xütbәni әzbәrlәyir, xalq qar-
şısında söylәyirlәr. Odur ki, hәr bir әyalәtin rәhbәri xәtiblәri bu 
cür şeylәrdәn çәkindirmәlidir. Yox görsә ki, xәtiblәr yenә dә ey-
ni işi edirlәr, onda onlara müdaxilә etmәli, mane olmalıdır... 
Hәmin xәtib sәhih hәdislәrin istinadlarını, mәnbәlәrini 
açıqlamalıdır ki, etirazlara tuş gәlmәsin. Yox bunu etmәzsә, eti-
razlara hazır olsun! Hәtta  әmr sahibi (hakimin, rәhbәrin...) bu 
yanlış hәrәkәtinә görә onu xәtiblikdәn azad edә bilәr”
2

Kaş bu hökm dövrümüzün xәtiblәrinә dә şamil olunardı. 
Belә baş verәrsә, hәdislәrdәn baş  çıxarmayıb mәqbulu qeyri-
mәqbulla qarışdıranlar xәtiblikdәn mәhrum edilmiş olacaqlar.  
 
                                                 
1
 Caiz: (әrәb. “icazәli”). Fiqh termini olub şәriәt baxımından icrası qadağan 
olunmayan әmәli, işi ifadә edir – tərcüməçinin qeydi. 
2
 әl-Fәtava әş-Şәr`iyyә. Livan: “Dar әl-Mәrifә” nәşriyyatı, sәh. 43-44.  


 100
 
Həvəsləndirmə və çəkindirmə mövzulu  
“zəif” hədislərin rəvayəti məsələsi 
 
 Düşünürәm ki, xәtiblәr vә moizәçilәr tәrәfindәn uydur-
ma, yalan hәdislәrin işlәdilmә intensivliyinin artmasına beş 
hökm (halal, haram, “mәkruh”
1
, vacib vә “müstәhәb”
2
) dairә-
sinә girmәyәn fәzilәtli  әmәllәrlә, qәlb mәnәviyyatı ilә  (rəqaiq), 
zöhdlә, rәğbәtlәndirmә  (tərğib) vә  çәkindirmә  (tərhib) mövzu-
ları ilә, qissәlәrlә bağlı “zәif” hәdislәrin rәvayәtinә  әksәriyyәt 
alimlәrin icazә vermәsi sәbәb olub.  
“әt-Tәrğib vәt-Tәrhib” kitabında İmam Münziri yazır: 
“Alimlәr hәvәslәndirmә vә çәkindirmә mәsәlәlәrinә dair 
hәdislәrin rәvayәtindә üzüyumşaqlıq göstәrmişlәr. Hәtta onla-
rın çoxu növünü bildirmәdәn uydurma hәdislәri rәvayәt etmiş-
dir”. 
 “әl-Müstәdrәk” kitabında İmam Hakim dә eyni qәnaәt-
dәdir:   
“Allahın izni ilә  mәn (kitabımın) “Dualar” fәslindә, 
İmam Buxari vә İmam Müslimin kitablarında olmayan hәdislәri 
Әbu Sәid  Әbdürrәhman Mehdinin qoyduğu sәhihlik  şәrtlәri 
çәrçivәsindә  cәm edәcәyәm. (Daha sonra o, Әbdürrәhman ibn 
Mehdinin belә dediyini rәvayәt edir:) “Peyğәmbәrin adından 
halal vә harama, hökmlәrә dair hәdislәri rәvayәt etdiyimiz za-
man istinadlara hәdsiz diqqәt yetirir, ravilәri dә saf-çürük edir-
dik. Ancaq ondan әmәllәrin fәzilәtlәri, savab vә cәza, “mübah” 
                                                 
1
Məkruh: şәriәtә görә, qәti surәtdә haram sayılmasa da, icrası xoş qarşılan-
mayan әmәl – tərcüməçinin qeydi. 
2
 Müstəhəb: (әrәb. “arzu olunan”). Dini baxımdan icrası vacib sayılmasa da, 
bәyәnilәn, xoş qarşılanan әmәllәr (yemәk, içmәk, yatmaq, gül qoxulamaq vә 
sair) – tərcüməçinin qeydi.  


 101
işlәr vә dualar haqda hәdis nәql etdiyimizdә yumşaqlıq göstә-
rirdik”
1
.   
Xәtib Bağdadi “әl-Kifayә fi Elm әr-Rivayә” kitabında 
İmam Әhmәdin belә dediyini yazıb:  
“Allahın rәsulundan halal vә haram, sünnәlәr vә hökm-
lәr haqqında hәdis rәvayәt etdiyimiz zaman istinadına olduqca 
diqqәt yetirәrdik. Ancaq onun adından rәvayәt etdiyimiz hә-
dislәrdә әmәllәrin fәzilәti haqqında danışılsaydı, hansı isә hök-
mü ifadә edәn, ya da bu ya digәr hökmü qüvvәdәn salan möv-
zulardan bәhs edilmәsәydi, istinadlarda yumşaqlıq göstәrәr-
dik... 
Hәtta hәr hansı bir hökm ifadә edәn qәlb mәnәviyyatı 
hәdislәrinin rәvayәtindә dә yumşaqlıq göstәrmәk olar”. 
Әbu Zәkәriyyә әl-Әnbәri deyib: “Әgәr hәr hansı bir hә-
dis halalı haram, haramı da halal bilmirsә, hökm qoymursa vә 
hәvәslәndirmә, çәkindirmә  vә rüsxәt ifadә edirsә, ona göz 
yummaq, ravilәri haqda da yumşaqlıq göstәrmәk lazımdır”
2

Ancaq göz yummaq, istinadlarda yumşaqlıq göstәrmәk 
hansı hәddә qәdәrdir?  
Bu sәbәbdәn bәzilәri elә başa düşmüşlәr ki, ciddi xәta-
lara yol verәn, çoxlu “zәif” hәdis rәvayәt edәn, yalançılıqda itti-
ham olunan ravilәrin hәvәslәndirmә  vә  çәkindirmә mövzulu 
hәdislәrini mәqbul saymaq olar.  
Hәtta bir sıra nadan sufilәr xeyrә  hәvәslәndirib  şәrdәn 
dә  çәkindirdiyi tәqdirdә uydurma hәdislәrin rәvayәtinә icazә 
vermişlәr. Bәzi sufilәr dә bu mәqsәdlә Quran surәlәrinin fәzilә-
tinә, müәyyәn xeyirli işlәrә dair hәdis uydurmağı özlәrinә rәva 
bilmişlәr! 
                                                 
1
 Hakim. әl-Müstәdrәk, cild I, sәh. 490. 
2
 әl-Xәtib әl-Bağdadi. әl-Kifayә fi Elm әr-Rivayә, Mәdinә: “әl-Mәktәbә әl-
Elmiyyә” nәşriyyatı, sәh. 134. 


 102
Bu insanlara Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә 
salamı olsun!) “Kim qәsdәn mәnim әleyhimә yalan söylәyәrsә, 
cәhәnnәmdәki yerinә hazırlaşsın!” “mütәvatir”
1
 hәdisini xatır-
ladanda onlar da hәyasızcasına: “Biz Peyğәmbәrin әleyhinә de-
yil, lehinә, xeyrinә yalan söylәyirik”, – deyә qarşılıq vermişlәr.  
Onların bu üzrxahlığı günahdan daha qәbahәtlidir. Çün-
ki dediklәrindәn belә çıxır ki, Peyğәmbәrin dini naqisdir vә on-
lar da bu naqisliyi aradan qaldırırlar. Mәgәr Allah tәala belә de-
mәyib:  
“Bu gün dininizi sizin üçün kamil etdim...” (әl-Maidә, 3).  
Tәdqiqatçı alimlәr istinadlarda sәhihliyin müәyyәnlәşdi-
rilmәsi zamanı göstәrilmiş yumşaqlığın sәbәbini izah etmişlәr. 
Mәsәlәn, “Şәrh  İlәl  әt-Tirmizi” kitabında  İbn Rәcәb  әl-Hәnbәli 
yazır: 
“Tirmizi deyib: “Tәqsirlәndirilәn ya da qafilliyi, xәtaları-
nın çoxluğu üzündәn “zәif” qәbul edilәn ravinin nәql etdiyi hә-
dis başqa ravilәrә mәlum deyilsә, dәlil sayıla bilmәz”. Bu, o de-
mәkdir ki, hәmin hәdisi dini hökmlәrdә, icbari mәsәlәlәrdә dә-
lil göstәrmәk olmaz. Amma ola bilsin ki, hәmin ravilәrdәn bәzi-
lәrinin nәql etdiyi hәdislәr qәlb mәnәviyyatı, hәvәslәndirmә vә 
çәkindirmә mövzusunda olsun. Bir çox imam “zәif” ravilәrdәn 
qәlb mәnәviyyatı vә bu qәbil mövzularda hәdis rәvayәtinә ica-
zә vermişdir. İbn Mehdi vә Әhmәd ibn Hәnbәl belә alimlәrdәn 
sayılırlar”.  
Rәvvad ibn әl-Cәrrah deyib:  
“Süfyan  әs-Sövrinin belә söylәdiyini eşitmişәm: “Halal 
vә harama aid bu elmi yalnız vә yalnız (hәdislәrdәki) çatışmaz-
lıqları, әlavәlәri bilәn mәşhur alimlәrdәn öyrәnin. Bundan qeyri 
                                                 
1
 Mütəvatir: yalan vә saxtakarlıqda hәmrәyliklәri mümkün olmayan bir 
qrup insanın eyni xarakterli digәr insanlardan nәql etdiklәri hәdis növü – 
tərcüməçinin qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə