128
olanlardan kömәk istәmәli, hәr bir fürsәtdәn faydalanmalıdır.
Faydalanmalıdır ki, batilә haqla, zülmkara da әdalәt tәrәfdar-
ları ilә qarşı çıxsın!
Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!)
on üç il Mәkkәdә, bütlәr vә bütpәrәstlәrlә sәbirli davrandı; Kә-
bәnin içәrisindә vә çölündә üç yüz altmış büt olduğu halda ora-
da namaz qılmış, tәvaf etmişdi. Hәtta hicrәtdәn yeddi il sonra
Kәbәdә hәmin bütlәr ola-ola sәhabәlәri ilә birlikdә qәza ümrә-
sini yerinә yetirmişdi. Ta ki münasib gün – Böyük Fәth gәlәnә-
dәk! Hәmin әzәmәtli gündә o, bütlәri qırmışdı.
Bu sәbәbdәn alimlәrimiz aşağıdakı qaydanı qoyublar:
ƏGƏR BİR ŞƏRİN ARADAN QALDIRILMASI DAHA BÖ‐
YÜK ŞƏRLƏ NƏTİCƏLƏNƏRSƏ, MÖVCUD SİTUASİYA
DƏYİŞİLƏNƏDƏK SUSMAQ VACİBDİR!
Sәbir göstәrmәyi tövsiyә etmәk zülm vә azğınlıq qarşı-
sında mütlәq mәnada tәslim olmaq kimi başa düşülmәmәlidir.
Әksinә, bu, Allah öz hökmünü verәnәdәk gözlәmәdir, vәziy-
yәtә nәzarәtdir. Çünki Allah hakimlәrin hakimidir!
Dördüncü. Özü, ailәsi vә әtrafındakılar üçün qorxanlara
vacib olmasa da, haqq sözü dilә gәtirmәyә, yaxşılığa çağırıb
pislikdәn çәkindirmәyә sәbir mane deyildir. Aşağıdakı hәdislәr
dә bunu tәsdiqlәyir:
“Әn böyük cihad zalım hökmdarın hüzurunda haqqı
söylәmәkdir”
1
;
“Әn böyük cihad şәhidlәrin böyüyü Hәmzә ibn Әbdül-
müttәlibin etdiyidir; hüzurunda zalım hökmdara yaxşılığı әmr
1
Hәdisi Әbu Sәidә istinadәn İbn Macә, Hümeydi vә Hakim; Әbu Ümamәyә
istinadәn İmam Әhmәd, İbn Macә, Tәbәrani vә “Şüәb” kitabında Beyhәqi;
Tariq ibn Şihaba istinadәn İmam Әhmәd, Nәsai vә “Şüәb” kitabında Bey-
hәqi; Ömәr ibn Qәtadәyә istinadәn Hakim vә qeyrilәri rәvayәt etmişlәr. Bax:
Әlbani. Sәhih әl-Came әs-Sәğir vә Ziyadәtuh, hәdis № 1100.
129
edәn, onu pislikdәn çәkindirәn vә bu üzdәn dә öldürülәn şәxs-
dir”
1
.
1
Hәdisi Cabirә istinadәn Hakim vә Ziya rәvayәt etmişlәr. Әlbani hәdisi “hә-
sәn” sayıb. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 3575.
130
Üçüncü fәsil
SÜNNƏNİ DÜZGÜN BAŞA
DÜŞMƏDƏ MEYAR VƏ QAYDALAR
Sünnənin Qurani‐Kərim əsasında öyrənilməsi
Bir mövzu ilə bağlı bütün hədislərin öyrənilməsi
Zahirən bir‐birinə zidd hədislərin uyğunlaşdırılması
və münasib variantın seçilməsi
Deyilmə səbəbləri, şəraiti və məqsədləri baxımından
hədisləri öyrənmə
Hədislərdəki sabit məqsədlərin dəyişkən vasitələrdən
fərqləndirilməsi
Hədisləri başa düşmədə müstəqim və məcazi
mənaların fərqləndirilməsi
Qeyb aləminin reallıqdan fərqləndirilməsi
Hədislərdəki sözlərin mənalarına dərindən bələd
olmaq
131
Sünnənin Qurani‐Kərim
əsasında öyrənilməsi
Sünnәni tәhriflәrdәn, uydurma vә yanlış yozumlardan
uzaq, doğru-dürüst başa düşmәk üçün onu Qurani-Kәrim vә
ondakı ilahi tәlimatlar әsasında nәzәrdәn keçirmәk lazımdır. O
Qurani-Kәrim ki, xәbәrlәri doğru, hökmlәri dә әdalәtlidir, qәti
vә şübhәsizdir:
“(Ya
Rәsulum!) Rәbbinin sözü düzgün vә әdalәtli şәkildә
tamam oldu. Onun sözlәrini dәyişdirә bilәcәk bir kimsә yox-
dur. O, (hәr şeyi) eşidәndir, bilәndir!” (әl-Әnam, 115).
Quran islamın ruhu vә әsasıdır. O, bütün islam qanun-
larının mәnbәyi hesab olunacaq konstitusiyadır. Quran qanun-
ların şahıdır!
Sünnә isә bu konstitusiyanı şәrh edir, tәfsilatına varır. O,
Quranın nәzәri açıqlaması, әmәli tәtbiqidir. Peyğәmbәrin vәzi-
fәsi ona endirilmiş hökmlәri, göstәrişlәri... insanlara açıqlamaq
olmuşdur.
Nә açıqlanan açıqlayana, nә dә budaq kökә ziddir; Pey-
ğәmbәrin açıqlamaları Әziz Kitabın hәndәvәrindә dolanır, on-
dan kәnara çıxmır.
Bu sәbәbdәn Quranın möhkәm ayәlәrinә, açıq-aşkar dә-
lillәrinә tәrs düşәn sәhih hәdisә (Sünnәyә) rast gәlinmir.
Әgәr bәzilәri belә bir ziddiyyәtin olduğunu iddia etsәlәr,
onda ya onların göstәrdiklәri hәdis sәhih deyil, ya onu doğru-
dürüst başa düşmәyiblәr, ya da hәmin ziddiyyәt әsassızdır.
Sünnәni Qurani-Kәrimin әsasında öyrәnmәyin mәnası budur.
132
Qurana zidd olduğu üçün
“qəraniq” hədisinin rədd edilməsi
Qurana zidd olduğu üçün mәlum “qәraniq” hәdisi, heç
şübhәsiz, rәdd edilmәlidir. Çünki heç bir dәyәri olmayan tan-
rıların eyni kontekst daxilindә hәm ayıblanıb tәnqid edilmәsi,
hәm dә tәriflәnmәsi qeyri-mümkündür. Әlaqәdar ayәlәrdә
oxuyuruq:
“(Ey müşriklәr!) Bir deyin görәk (sizin ibadәt etdiyiniz)
Lat vә Uzza nәyә qadirdirlәr?!
Digәr üçüncü (büt) olan Mәnat da hәmçinin?!
Mәgәr oğlanlar sizin, (bәyәnmәdiyiniz) qızlar Onundur-
mu?! (Allahındırmı)?!
Elә isә bu әdalәtsiz bölgüdür!
Onlar (bütlәr) sizin atalarınızın (özlәrindәn uydurub)
qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız
quru adı var, heç bir şeyә qadir deyillәr). Allah onlara (ibadәt
edilmәsinә) dair heç bir dәlil endirmәmişdir. Onlar (müşriklәr)
yalnız zәnnә vә nәfslәrindәn gәlәn istәklәrә uyarlar. Halbuki
Rәbbindәn onlara haqq yolu göstәrәn rәhbәr (Quran vә Pey-
ğәmbәr) gәlmişdir” (әn-Nәcm, 19-23).
Bütlәrin tәkzib edilib ayıblandığı bu ayәlәr kontekstindә
onları tәriflәyәn “Bu bütlәr uca “qәraniq”lәrdir (durnalardır) vә
onların şәfaәti arzuedilәndir” sözlәrinin Peyğәmbәrә aidliyi
qәtiyyәn ağlabatan deyildir
1
.
1
Böyük alim, mәrhum Mәhәmmәd Sadiq Әrcun yazdığı “Mәhәmmәd
Allahın rәsuludur” kitabının “Qәraniq” әhvalatı sәfeh vә batil yalandır”
fәslindә bu “hәdis”in әsassızlığını tutarlı dәlillәrlә sübut etmişdir. Bax:
sözügedәn kitab, cild II, Dәmәşq: “Dar әl-Qәlәm” nәşriyyatı, sәh. 30-155.
Dostları ilə paylaş: |