Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

 137
rәni başa düşdük, ey Allahın rәsulu, bәs öldürülәn necә olsun?” 
Peyğәmbәr dә: “O da yoldaşını öldürmәyә can atırdı”, – deyә 
cavab vermişdi. Allahın rәsulu onlara başa salmışdı ki, yolda-
şını öldürmәyә can atdığı üçün öldürülәn dә cәhәnnәmә layiq-
dir.  
Soruşuram: qız uşağını diri-diri basdıran qadını başa 
düşdük, bәs basdırılan qız necә olsun? Axı qızın da cәhәnnәm-
lik olmağına hökm vermәk Quran ayәsinә ziddir: 
“Diri-diri torpağa gömülәn körpә  qızdan: “Axı o hansı 
günaha görә öldürüldü?” soruşulacağı zaman” (әt-Tәkvir, 8-9). 
Hәdisi necә başa düşdüklәrini, necә izah etdiklәrini öy-
rәnmәk üçün şәrhçilәrin kitablarına müraciәt etsәm dә, orada 
dәrdimә әlac tapa bilmәdim.  
 
“Atam da, atan da cəhənnəmdədir” hədisi 
 
Aşağıdakı hәdis dә bu qәbildәndir. Әnәs ibn Malikә isti-
nadәn İmam Müslim rәvayәt edir ki, “Atam haradadır?” – deyә 
soruşan  şәxsә Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı 
olsun!) belә cavab veribmiş: “Atam da, atan da cәhәnnәmdә-
dir”
1
.  
Sual verirәm: Abdullah ibn Әbdülmüttәlibin nә günahı 
var ki, cәhәnnәmә düşsün? O ki “fәtrәt”  әhlindәndir
2
 vә  sәhih 
görüşә görә, belә insanlar cәhәnnәmә düşmәzlәr.  
Ola bilsin ki, Peyğәmbәr “Atam...” dedikdә babası  Әb-
dülmüttәlibin vәfatından sonra onun qayğısına qalan әmisi 
Әbu Talibi nәzәrdә tutub. Çünki әrәb dilindә  vә Quranda 
                                                 
1
 İmam Müslim. Came әs-Sәhih, “İman” fәsli, hәdis № 347. 
2
Fәtrәt (әrәb. “zaman kәsiyi”): peyğәmbәrlәrin göndәrilmәdiyi vә  vәhyin 
kәsildiyi zaman kәsiyini; bir peyğәmbәrin vәfatından digәr peyğәmbәrin 
göndәrilmәsinә  qәdәr olan müddәti; xüsusilә  dә  İsa peyğәmbәrlә 
Mәhәmmәd peyğәmbәrin arasındakı dövrü ifadә edәn dini termin – 
tərcüməçinin qeydi.   


 138
“әmi” dedikdә ata da başa düşülür. Mәsәlәn, ayәlәrin birindә 
Yaqub peyğәmbәrin övladlarının dilindәn oxuyuruq: 
“...onlar: “Sәnin Allahına vә ataların – İbrahimin, İsmai-
lin vә İshaqın Allahı olan tәk Allaha tәslim olacağıq (Ona ibadәt 
edәcәyik)!”- dedilәr” (әl-Bәqәrә, 133). 
Halbuki,  İsmayıl peyğәmbәr Yaqub peyğәmbәrin  әmisi 
idi. Quran isә onu ata adlandırır.  
Әbu Talibin cәhәnnәm әhlindәn olmağında tәәccüblü bir 
şey yoxdur. Çünki o, ölüm anında belә  şәhadәt gәtirmәkdәn 
imtina etmişdi. Habelә, onun cәhәnnәmdә  әn xәfif  әzab görә-
cәyi haqda bir çox sәhih hәdis mövcuddur. 
Ancaq bu ehtimal mәnә görә, o qәdәr dә tutarlı deyil. 
Çünki bu, hәm ilk baxışdan ağıla ziddir, hәm dә ki belә bir sual 
yaranır: sual verәnin atasının nә günahı var ki, cәhәnnәmә düş-
sün? Hәdisin zahiri mәnası göstәrir ki, o, islamdan qabaq ölüb
yәni, “fәtrәt” әhlindәndir.   
Mәhz bu sәbәbdәn mәn könlümә şәfa tapanadәk hәmin 
hәdis haqda son sözü demәyә tәlәsmәdim.  
Ustadımız Şeyx Mәhәmmәd Qәzali (Allah rәhmәt etsin!) 
bu hәdisi aşağıdakı ayәlәrә zidd bilәrәk rәdd etmişdir:  
- “...Biz, peyğәmbәr göndәrmәmiş (heç bir ümmәtә) әzab 
vermәrik!” (әl-İsra, 15); 
- “Әgәr Biz onları (Mәkkә müşriklәrini) bundan (Pey-
ğәmbәr vә Quran gәlmәzdәn) әvvәl әzabla mәhv etsәydik, (qi-
yamәt günü) mütlәq belә deyәcәkdilәr: “Ey Rәbbimiz! Nә üçün 
zәlil vә rüsvay olmazdan әvvәl bizә bir peyğәmbәr göndәr-
mәdin ki, Sәnin ayәlәrinә (hökmlәrinә) tabe olaydıq?!” (Taha, 
134); 
- “...Bizә  nә bir (Cәnnәtlә) müjdә verәn, nә  dә bir (cә-
hәnnәm әzabı ilә) qorxudan kimsә gәldi”, - demәmәyiniz üçün 
sizә Peyğәmbәrimiz (Mәhәmmәd) gәldi. Artıq sizә müjdә verәn 
vә qorxudan (xәbәrdarlıq edәn)  şәxs gәlmişdir...” (әl-Maidә, 
19). 


 139
Mәhәmmәd peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә 
salamı olsun!) qabaq әrәblәrә  nә bir peyğәmbәr, nә  dә  xәbәr-
darlıq edәn bir şәxs göndәrilmişdi. Bunu Quranın bir sıra 
ayәlәri dә tәsdiqlәyir: 
- “(Onunla Cahiliyyәt dövründә) ataları (Allahın  әzabı 
ilә) qorxudulmamış  vә (Allahın hökmlәrindәn, imandan, töv-
hiddәn) qafil olan bir tayfanı  xәbәrdar edib qorxudasan!” (Ya-
sin, 6); 
- “...Xeyr, o sәndәn әvvәl peyğәmbәr göndәrilmәmiş bir 
qövmü (Allahın әzabı ilә) qorxutmağın üçün Rәbbindәn (nazil) 
olan bir haqdır. Bәlkә, doğru yola yönәlәlәr!” (әs-Sәcdә, 3); 
- “Halbuki (Ya Rәsulum!) Biz onlara oxuyacaqları bir 
kitab vermәmiş vә sәndәn әvvәl dә özlәrinә (Allahın әzabı ilә) 
qorxudan bir peyğәmbәr göndәrmәmişdik” (Sәba, 44). 
Ancaq mәn bizә qaranlıq qalan digәr mәnalarının olma-
sından ehtiyatlanaraq sәhih hәdislәri qәtiyyәtlә  rәdd etmәyin, 
tәlәsik qәrar vermәyin tәrәfdarı deyilәm.  
Yaxşı ki, bu mәsәlә ilә әlaqәdar olaraq mәn İmam Müs-
limin “Came әs-Sәhih” hәdis toplusunun şәrhçilәrinin kitabla-
rını araşdırdım. Mәsәlәn, gördüm ki, şәrhçilәrdәn Әllamә Übbi 
vә  Әllamә  Sәnusi sözügedәn hәdisin zahiri mәnasının olduğu 
kimi saxlanılmasının tәrәfdarıdırlar. Digәr şәrhçi İmam Nәvәvi 
isә deyib: “Peyğәmbәr bu sözü hәmin  şәxsә  tәsәlli vermәk
onun dәrdinә şәrik olmaq üçün, gözәl әxlaqından dolayı söylә-
yib. Hәmçinin, bu hәdisdәn “Kafir kimi ölәn şәxs cәhәnnәmlik-
dir. Ona qohumlarının yaxınlığı fayda vermәz” mәnasını da 
çıxarmaq olar”.  
Übbi narazı halda yazır: “Sәn bir bu ümumilәşdirmәyә 
(Nәvәvinin ümumilәşdirmәsindәn söhbәt gedir – mütərcim
bax! Halbuki Süheyli deyib: “Biz bu cür düşünmürük. Çünki 
Peyğәmbәr buyurub: “Ölülәri söymәklә dirilәrә  әziyyәt etmә-
yin”. Allah tәala da buyurur: “Allahı  vә Onun peyğәmbәrini 
incidәnlәrә Allah dünyada vә axirәtdә lәnәt elәmiş (Öz rәhmә-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə