133
“Qadınlarla məsləhətləşin,
amma dediklərini etməyin” hədisi
Qadınlar haqda “Onlarla mәslәhәtlәşin, amma dediklә-
rini etmәyin” hәdisi yalan vә uydurmadır. Çünki bu hәdis vali-
deynlәr vә onların südәmәr uşaqları haqqında nazil olmuş ayә-
yә ziddir:
“Әgәr ata vә ana öz aralarında mәslәhәtlәşib, uşağı (iki
ildәn tez) süddәn kәsmәk qәrarına gәlsәlәr, ikisinә dә heç bir
günah olmaz” (әl-Bәqәrә, 233).
Ən doğru görüş Quranla
üst‐üstə düşən görüşdür
Sünnәdәn (hәdislәrdәn) hökm çıxardıqları zaman fәqih
vә şәrhçilәr ixtilafa varmışlar. Bu ixtilaflı görüşlәrin әn doğrusu
Quranla üst-üstә düşәn görüşdür.
Misal üçün aşağıdakı ayәyә nәzәr salaq:
“Yer üzünә sәrilmiş vә sәrilmәmiş bağ-bağatı (bostanları
vә bağları), dadları müxtәlif xurmanı vә taxılı, bir-birinә hәm
bәnzәyәn, hәm dә bәnzәmәyәn zeytunu vә narı yaradan Odur.
(Onların hәr biri) bar verdiyi zaman barından yeyin, yığım gü-
nü haqqını (zәkatını, sәdәqәsini) ödәyin...” (әl-Әnam, 141).
Mәkkәdә nazil olmuş bu ayә Yer üzündә yetişәn hәr bir
şeydә haqq müәyyәnlәşdirmiş, verilmәsini әmr etmişdir. Daha
sonra Quran vә Sünnә ayәdә ümumi şәkildә göstәrilmiş bu
haqqın “zәkat” adı altında tәfsilatını vermişdir.
Buna rәğmәn, görürük ki, bәzi fәqihlәr zәkatı ya normal
mühitdә әrzaq kimi yeyilәn, ya da qurudulması, çәkilib tәdarük
edilmәsi mümkün olan, Allahın yerdә bitirdiyi dörd növ dәnli
bitki vә meyvә ilә mәhdudlaşdırmışlar. Belәliklә, onlar sahiblә-
134
rinә milyonlar qazandıran digәr növ meyvә vә tәrәvәzi, qәhvә
vә çay plantasiyalarını, alma vә manqo bağlarını, pambıq vә şә-
kәr qamışı tarlalarını... verilmәsi vacib haqq dairәsindәn çıxar-
mışlar. Hәtta Asiya ölkәlәrinin birinә ziyarәtim zamanı eşitmiş-
dim ki, kommunistlәr “İslam fiqhi zәkat öhdәliyini qarğıdalı,
buğda, arpa vә düyü becәrәn kiçik әkinçilәrә (bәlkә dә onlar
әkib becәrdiklәri torpaqların heç sahibi dә deyillәr, icarәyә gö-
türәnlәrdir) yüklәyir, hindqozu, çay vә kauçuk plantasiyala-
rının sahiblәrini isә bundan azad edir” – deyә islamı ittiham
edirmişlәr.
Bu mәqamda biz dövrünün böyük maliki fәqihi İmam
Әbubәkr ibn әl-Әrәbinin dediklәrini tәqdirlә xatırlamaq istә-
yirik. “Ehkam әl-Quran” kitabında İbn әl-Әrәbi yuxarıdakı ayә-
ni tәfsir etmiş, zәkatı çıxarılması vacib olan vә olmayan bitkilәr
haqda üç mәzhәbin – malikiliyin, şafeilik vә hәnbәliliyin möv-
qeyini açıqlamışdır. Bunlardan biri dә onun öz mәzhәbinin –
malikiliyin görüşüdür. Ancaq Әbubәkr ibn әl-Әrәbi insaflı vә
obyektiv fәqihdir. Odur ki, bu üç mәzhәbin görüşünü tutarlı
saymamış vә yazmışdı: “Әbu Hәnifәyә gәlincә, o, bu ayәni özü-
nә güzgü etmiş, haqqı görә bilmişdir. Nәticәdә әrzaq növündәn
olsun-olmasın, bütün növ yeyilәn mәhsullardan zәkat çıxar-
mağı vacib saymışdır. Peyğәmbәr dә (Ona Allahın xeyir-duası
vә salamı olsun!) bunu ümumi mәzmunlu “Sәmanın suladığı
hәr bir mәhsula üşr (onda bir vergisi) düşür” hәdisindә açıq-
lamışdır.
İmam Әhmәdә görә isә zәkat bol bar gәtirәn meyvә vә
bitkilәrә düşür. Bu zaman o, Peyğәmbәrin “Beş vәsqdәn (647
kq) az mәhsula zәkat düşmür” hәdisini dәlil gәtirir. Amma bu
görüş tutarlı deyil. Çünki hәdisin zahiri mәnası göstәrir ki, zә-
katın verilmәsini zәruri edәn miqdar ( nisab) dәnli bitkilәr vә
meyvәlәr üçün nәzәrdә tutulub. Elә isә zәkatın bunların qeyri-
sinә aid olmamağı görüşü әsassızdır.
135
Zәkatı әrzaq qәbilindәn qidalarla mәhdudlaşdıran şa-
feilәrin görüşünә gәlincә, bu, әsassız fikirdir. “Qiyas” fәslindә
dә bildirdiyimiz kimi, fikir müәyyәn әslә әsaslanmırsa, heç bir
hökm ifadә etmir.
Hәm dә Allah qida bitkilәri vә meyvәlәrdәki nemәtini
bizlәrә xatırladır. Daha sonra isә onların hamısına, yaxud da: a)
üzüm vә xurmada olduğu kimi fәsilәsi; b) әkindә olduğu kimi
növü fәrqli olanlara; v) qaranlıqda nemәtlәrdәn lazımınca fay-
dalanması üçün görmәni tәmin edәn işıqlandırma vasitәlәrinә
(bitkilәrdәki yağ, ağaclardakı yağ vә sair) zәkatı vacib bilir...
Әgәr irad tutulsa ki, axı, Peyğәmbәrin Mәdinә vә Xey-
bәrdәki tәrәvәzlәrdәn zәkat almağı haqda bizә hәr hansı bir hә-
dis gәlib çatmayıb, deyәrik: alimlәrimiz dә mәhz buna әsas-
lanıblar. Mәsәlәnin mahiyyәti budur ki, әlaqәdar dәlilin olma-
mağı onlara öz fikirlәrini yeritmәk üçün әsas vermir.
Şayәd әgәr “Bu haqda bir şey olsaydı, mütlәq bizә gәlib
çatardı” – deyә etiraz edilәrsә, belә deyәrik: “Bunun bizә gәlib
çatmağına ehtiyac yoxdur. Quran bizә bәs edәr!”
1
Peyğәmbәrdәn rәvayәt olunmuş “Gör-göyәrtiyә zәkat
düşmür” hәdisinә gәlincә, istinadı zәifdir. Bu cür hәdislәrlә
ayәlәrin vә mәşhur hәdislәrin ümumi mәzmununu nәinki kon-
kretlәşdirmәk, heç onları dәlil göstәrmәk belә olmaz.
Qeyd edәk ki, bu hәdisi İmam Tirmizi rәvayәt edib. An-
caq o da bildirib ki: “...hәdisin istinadı sәhih deyil. Bu mәsәlәdә
Peyğәmbәrdәn heç bir sәhih hәdis gәlib çatmayıb”
2
.
1
Әbubәkr ibn әl-Әrәbi. Ehkam әl-Quran, cild II. “İsa әl-Hәlәbi” çapı, sәh.
749-752.
2
Bax: Tirmizi. Sünәn, “Zәkat” fәsli, “Gör-göyәrti zәkatı haqda varid olanlar”
bölümü; Sәhih әt-Tirmizi bi Şәrh ibn әl-Әrәbi, cild III, sәh. 132-133.
136
“Qız uşağını diri‐diri basdıran qadın da,
basdırılan qız da cəhənnəmlikdir” hədisi
Hәr hansı bir hәdisin Quranın “möhkәm” ayәlәrinә zidd
olduğunu görsәk vә münasib yozum variantı tapa bilmәsәk, hә-
min hәdis әsasında hökm çıxarmamalıyıq (vә ya hәdis barәdә
son sözü söylәmәyә tәlәsmәmәliyik). Misal üçün götürәk, Әbu
Davud vә qeyrilәrinin rәvayәt etdiyi “Qız uşağını diri-diri bas-
dıran qadın da, basdırılan qız da cәhәnnәmlikdir” hәdisini
1
.
Mәn şәxsәn bu hәdis haqda әvvәlcә heç bir konkret fikrә gәlә
bilmәdim. Amma hәdisi oxuduğum zaman çox sıxıldım vә öz-
özümә: “Yәqin ki, “zәif” hәdisdir. Bu işin әhli dә bilir ki, “Sü-
nәn” kitabında Әbu Davudun rәvayәt etdiyi heç dә hәr şey sә-
hih deyil”, – deyә düşündüm. Ancaq hәdisin sәhih olduğunu
deyәn müәlliflәr dә vardı. Mәsәlәn, “Sәhih әl-Came әs-Sәğir”
vә “Sәhih Әbu Davud” adlı kitablarında Şeyx Әlbani bunu id-
dia edib.
Hәmçinin, buna oxşar belә bir hәdis var: “Qız uşağını di-
ri-diri basdıran qadın da, basdırılan qız da cәhәnnәmlikdir. An-
caq hәmin qadın islam dövrünü görüb müsәlman olarsa, bu,
başqa mәsәlә!”
2
Yәni, qadının cәhәnnәmdәn qurtulma imkanı
olsa da, qızın heç şansı yoxdur!
Mәn dә sәhabәlәr kimi bu mәqamda soruşmaq istәyi-
rәm. O sәhabәlәr ki, Peyğәmbәrdәn “İki müsәlman qılınclarını
çәkib qarşı-qarşıya gәldiklәri zaman öldürәn dә, öldürülәn dә
cәhәnnәmlikdir” hәdisini eşitdiklәrindә soruşmuşdular: “Öldü-
1
Hәdisi İbn Mәsuda istinadәn Әbu Davud (Sünәn, 4717); әl-Hüseym ibn
Küleybә istinadәn İbn Hibban vә Tәbәrani rәvayәt etmişlәr. Heysәmi yazır:
“Hәdisin ravilәri Buxarinin “Came әs-Sәhih” kitabındakı ravilәrdir”. Bax:
Feyz әl-Qәdir, cild VI, sәh. 371.
2
Hәdisi Sәlәmә ibn Yezid әl-Cöfiyә istinadәn İmam Әhmәd vә Nәsai
rәvayәt etmişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir.
Dostları ilə paylaş: |