Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

 121
dan başqa ilahın olmadığını, Mәhәmmәdin dә Onun rәsulu ol-
duğunu tәsdiqlәyәn elә bir kәs yoxdur ki, Allah ona cәhәnnәm 
odunu haram etmәsin”. Müaz soruşur: “Ey Allahın rәsulu, bu-
nu insanlara xәbәr vermәyimmi? Verim ki, sevinsinlәr”. Pey-
ğәmbәr deyir: “Elә isә onlar bundan arxayınlaşıb laqeydlәşә-
cәklәr”.  
Sonralar Müaz gizli saxladığı üçün günah qazana bilәcә-
yindәn ehtiyatlanaraq ölüm döşәyindә hәmin hәdisi yanındakı-
lara danışmışdı.  
Hәmçinin,  İmam Buxari heç bir istinad göstәrmәdәn 
Hәzrәti Әlidәn rәvayәt edir ki: “Allahı vә rәsulunu yalançı say-
malarını istәmirsinizsә. Insanlar qavraya bilәcәklәri  şeyi danı-
şın”.  
İbn Mәsudun da dediklәri bu qәbildәndir: “Ağıllarının 
kәsmәdiyi bir hәdisi insanlara danışsan, bәzilәri üçün fitnә-fә-
sad çıxar”
1
.  
Hafiz ibn Hәcәr deyib: 
“İmam Әhmәd, İmam Malik, Әbu Yusif vә Әbu Hüreyrә 
bәzi hәdislәrin rәvayәtindәn xoşlanmamışlar. İmam Әhmәd za-
hiri mәnası  әmirә qarşı  çıxmağı ifadә edәn,  İmam Malik ilahi 
atributlara (sifәtlәr) aid, Әbu Yusif dә “qәribә” hәdislәri rәvayәt 
etmәkdәn xoşlanmazdı.  Әbu Hüreyrәdәn “iki heybә” hәdisi
2
 
rәvayәt edilib (Әbu Hüreyrә bu hәdislәrdәn yalnız birini rәva-
yәt edib). Onların bu cür hәdislәrin rәvayәtindәn çәkinmәlәri-
nin sәbәbi fitnә-fәsaddan ehtiyatlanmaları olub.  
                                                 
1
 Hәdisi İmam Müslim rәvayәt edib.  
2
 İmam  Әhmәdin “Müsnәd” kitabında  Әbu Hüreyrәnin dilindәn deyilir: 
“Peyğәmbәrdәn üç heybәdolusu elm әxz etdim. Onlardan yalnız ikisini 
yaydım...”. İmam Buxarinin “Came әs-Sәhih” kitabında da Әbu Hüreyrәnin 
belә dediyi nәql olunub: “Allahın rәsulundan iki heybәdolusu elm әzbәr-
lәdim. Onlardan yalnız birini yaydım. İkincisini yaysaydım, bu hülqumumu 
kәsәrdilәr”.  


 122
Mәsәlәn, Hәsәn әl-Bәsri, Әnәs ibn Malikә ürәnilәrin
1
 әh-
valatını  Hәccaca danışmağı qadağan etmişdi. Ehtiyatlanırdı ki, 
bu  әhvalatı  eşidәn Hәccac onu özü bildiyi kimi yozar, zül-
mündә daha da ifrata varar, daha çox qan tökәr.  
Yәni, elә hәdislәr var ki, onların zahiri bidәt halları güc-
lәndirir. Halbuki hәdisin mәzmunu başqa şeyi deyir. Arzu olu-
nur ki, bu cür hәdislәr zahiri mәnadan yapışan şәxslәrin yanın-
da rәvayәt edilmәsin”
2
.  
Peyğәmbәr bu qadağası insanların xeyrinәdir. Bu sәbәb-
dәn Müaz ibn Cәbәl dәvәt vәzifәsinin ümumi mәzmunundan 
çıxış edәrәk, yuxarıdakı  hәdisi ölümündәn qabaq sәhabәlәrә 
danışmışdı.  
Bәzilәri belә düşünürlәr: Peyğәmbәrin “Onları müjdәlә-
mә”  әmrindәki qadağa müәyyәn  şәxslәrә aiddir. İmam Buxari 
bu hәdisi dәlil gәtirәrәk bildirir ki, bir alim bildiyi hәr şeyi yal-
nız müәyyәn şәxslәrә öyrәtmәlidir. Çünki dediyi şey bәzilәrinә 
qәribә  gәlә bilәr. Bәzәn bәdxah sehrbazlar
3
 vә  hәr  şeydә  sәr-
bәstlik tәrәfdarları öhdәliklәrdәn qurtulub hökmlәri lәğv etmәk 
                                                 
1
 Ürәnilәr Peyğәmbәrin yanına gәlib müsәlman olmuş  şәxslәr idi. Mәdi-
nәnin havası onlara düşmәmiş, onlar da xәstәlәnmişdilәr. Peyğәmbәr gös-
tәriş verir ki, sәdәqәlik dәvәlәri gәtirsinlәr, yaxşılaşmaları üçün hәmin dәvә-
lәrin südündәn vә sidiyindәn içsinlәr. Ürәnilәr deyilәnlәri yerinә yetirdilәr 
vә sağaldılar. Ancaq daha sonra dinlәrindәn dönüb çobanları öldürdülәr, 
dәvәlәri dә  mәnimsәdilәr. Peyğәmbәr onların arxasınca adam göndәrdi vә 
onlar yaxalanıb geri qaytarıldılar. Allahın rәsulu ürәnilәri  şiddәtli  şәkildә 
cәzalandırdı  vә onlar öldülәr. Hәdisi  İmam Buxari, İmam Müslim vә 
qeyrilәri rәvayәt edib. Bax: İbn Hәcәr. Fәth әl-Bari, cild XII, sәh. 98. 
2
 İbn Hәcәr. Fәth әl-Bari, cild I, sәh. 225.  
3
 Әrәb dilindә batil, puç әmәl işlәmәk haqqında “әbtәlә” sözü işlәdilir. Ba-
tilbazlar dedikdә isә sehrbaz vә şeytanlar nәzәrdә tutulur. Әhmәd ibn Hәn-
bәlin “Müsnәd” kitabında  Әbu Ümamәyә istinadәn bu hәdis rәvayәt olu-
nub: “әl-Bәqәrә” surәsini oxuyun. Çünki onu oxumaq bәrәkәt, tәrk etmәk dә 
hәsrәt gәtirәr. Ona sehrbaz vә şeytanların gücü yetmәz”. Hәmçinin, bu hә-
disi  İmam Müslim “Came әs-Sәhih” kitabının “Namaz” fәslindә  rәvayәt 
edib.  


 123
mәqsәdilә bu vә bu qәbil hәdislәri әllәrindә alәtә çevirirlәr. Nә-
ticәdә hәm dünyalarını, hәm dә axirәtlәrini әldәn çıxarırlar. İn-
di haradadır, müjdәlәndiklәri zaman ibadәtlәrindә daha da cid-
dilәşәn o insanlar?! Peyğәmbәrә “Allah sәnin günahlarını ba-
ğışladığı halda yenәdәmi gecәlәri namaz qılırsan?” – deyildiyi 
zaman “Layiqi ilә şükür edәn bәndә olmayımmı?!” – deyә bu-
yurmamışdımı?!”
1
  
Bu sәbәbdәn  heyrәtә gәlirәm ki, bәzi dәvәtçilәr:  
- “Yemәyә düşәn milçәyin ona bütövlükdә batırılması” 
hәdisindәn; 
- “Musa peyğәmbәrin Ölüm mәlәyini döymәsi” hәdisin-
dәn; 
- “Atam haradadır?” – deyә soruşana cavabәn deyilmiş 
“Atam da, atan da cәhәnnәmdәdir” hәdisindәn; 
- Allahın tәalanın “xәbәr” vә “fel” atributlarına aid sәlәf 
vә xәlәfin ixtilafda olduğu hәdislәrdәn; 
- Zahiri mәnaları bütün növ islah işindә ümidsizlik yara-
dan, fәsada qarşı müqavimәt şüurunu öldürәn “fitnә” hәdislә-
rindәn; 
-  İnsanların çoxunun başa düşmәyәcәyi incә  mәqamları 
özündә birlәşdirәn, ömürlәri boyu bilmәsәlәr dә, dinlәrindәn 
zәrrә  qәdәr heç nә itirmәyәcәklәri, heç bir ehtiyacın da du-
yulmadığı, heç bir hökmü dә ifadә etmәyәn hәdislәrdәn kütlә 
qarşısında böyük hәvәslә söz açırlar. 
Әgәr müәyyәn sәbәbdәn dәvәtçi belә hәdislәrdәn birinә 
ehtiyac duyarsa, müxtәlif izah vә açıqlamalarla onun mәnasına 
aydınlıq gәtirmәli, qaranlıq vә şübhәli mәqamları dinlәyәnlәrә 
başa salmalıdır.  
 
 
                                                 
1
   Hәdisi Müğirә ibn Şöbәyә istinadәn  İmam Buxari, Müslim, Tirmizi vә 
Nәsai rәvayәt etmişlәr.    


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə