194
hum sayılmasalar da, bir-birinә kömәk edir, arxa çıxırdılar. Elә
isә “aqilә” idilәr. Әn doğru olan – bu görüşdür. Yәni, vәziyyәt
dәyişәrsә, “aqilә” kimliyi dә dәyişәr. Günbatar ölkәlәrin bi-
rindә yaşayan şәxsi tәsәvvürünüzә gәtirin; “aqilә” dә mәhz hә-
min ölkәdә yaşayan, ona kömәk edib arxa çıxanlardır. Necә
mümkün ola bilәr ki, onun “aqilә”si gündoğar bir ölkәdә yaşa-
yan qohumları sayılsın?! Bәlkә dә onlar bir-birini heç tanımır-
lar.
Mirası, harada olmağı bilinmәyәn qohum şәxs üçün qo-
ruyub-saxlamaq mümkündür. Çünki Peyğәmbәr (Ona Allahın
xeyir-duası vә salamı olsun!) qatil bir qadının qanbahasını onun
“aqilә”sinә yüklәdiyi halda, mirasını da әrinә vә oğullarına ver-
mişdi. Yәni, vәrәsә vә “aqilә” fәrqli şeylәrdir”
1
.
Bu sәbәbdәn fitva vermişәm ki, peşә işçilәrinin hәm-
karlar ittifaqını günümüzün “aqilә”si adlandırmaq olar. Mә-
sәlәn, hәkim sәhvәn bir xәstәni öldürәrsә, xәstәnin qanbahası
Hәkim Hәmkarları İttifaqının boynuna düşür. Bu qayda Mü-
hәndis Hәmkarları İttifaqı vә digәr ittifaqlar üçün dә doğrudur.
4. Fitrə zəkatı (sədəqəsi)
Mәlumdur ki, Allahın rәsulu (Ona Allahın xeyir-duası vә
salamı olsun!) hәm özü fitrә sәdәqәsi vermiş, hәm dә bildirmiş-
di ki, fitrәni bayram günü, sübh namazından sonra, bayram na-
mazından qabaq vermәk lazımdır.
O dövrdә fitrәnin möhtac şәxslәrә çatdırılması üçün bu
müddәt (sübh vә bayram namazları arası vaxt) bәs edirdi. Çün-
ki hәm müsәlman icması o qәdәr dә böyük deyildi; hәm insan-
lar bir-birlәrini yaxşı tanıyır vә bilirdilәr ki, kimin daha çox eh-
tiyacı var, hәm dә ki evlәri bir-birinә yaxın idi. Odur ki, fitrәnin
1
Şeyxülislam İbn Teymiyyә. Mәcmu әl-Fәtava, cild XIX, sәh. 255-256.
195
belә bir qısa müddәt әrzindә möhtaclara çatdırılması çәtinlik
törәtmirdi.
Sәhabәlәrin zamanında isә cәmiyyәt böyüdü, bir-birin-
dәn aralı mәskәnlәr salındı, әhalinin sayı da artdı. Bu sәbәbdәn
sübh vә bayram namazları arasındakı zaman müddәti fitrәnin
verilmәsi üçün kifayәt etmәdi. Bunu dәrk edәn sәhabәlәr fitrәni
bayramdan bir-iki gün qabaq vermәyә başladılar.
Müctәhid tabein imamlarının zamanında vәziyyәt tam
dәyişdi; müsәlman cәmiyyәt genişlәnmiş, mürәkkәb forma al-
mışdı. Odur ki, hәnbәli alimlәri Ramazanın yarısından sonra,
şafei alimlәri isә ilk günündәn fitrәnin verilmәsi haqda fitva çı-
xardılar.
Habelә onlar hәdislәrdә fitrәnin çıxarıldığı qidalar (mәh-
sullar) haqda deyilәnlәrlә kifayәtlәnmәdilәr; hәr bir ölkәdә
daha çox istifadә edilәn qida mәhsulunu hәdislәrdәki qida növ-
lәri müqayisә edәrәk, onlardan da fitrә çıxarmağı “caiz” bil-
dilәr.
Hәtta bәzi fәqihlәr kasıblara çox faydası dәydiyi üçün
icazә verdilәr ki, fitrә pulla çıxarılsın. Әbu Hәnifә vә davam-
çıları belә fәqihlәrdәndir. Çünki fitrәni çıxmadakı mәqsәd belә
bir mübarәk gündә kasıb-kusubun ehtiyacını ödәmәkdir. Eh-
tiyacı ödәmәk qidalarla, yemәklәrlә yanaşı, pulla da mümkün-
dür. Xüsusәn dә dövrümüzdә kasıbların ehtiyaclarını, әsasәn
pulla tәmin etmәk daha münasibdir. Bәli, bu – Peyğәmbәr kәla-
mındakı mәqsәdin dәrk edilmәsidir, ondakı mәnanın praktik
tәtbiqidir. Doğru-dürüst fәhm, hәqiqi fiqh dә elә budur!
196
Sünnədə məzmun
(məqsəd) və forma (zahir)
Bәzәn hәdislәrin hәrfi mәnasından ikiәlli yapışmaq on-
lardakı ruhu öldürür, mәqsәdlәrindәn bizi bixәbәr edir ki, bu
da bәzәn hәdisin mәzmunu ilә üst-üstә düşmür.
Misal üçün götürәk, fitrәnin pulla verilmәsinә qәtiyyәtlә
qarşı çıxanları. Halbuki Әbu Hәnifә vә şagirdlәri fitrәnin pulla
verilmәsini münasib bilmiş, Xәlifә Ömәr ibn Әbdülәziz, bir sıra
sәlәf fәqihlәri dә bu fikrә tәrәfdar çıxmışlar.
Fitrənin pulla verilməsinə qətiyyətlə qarşı çıxanların də‐
lilləri:
Әvvәla, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı
olsun!) xurma, kişmiş, buğda vә arpa kimi qidalardan fitrә çıx-
mağı bizә vacib edib. Elә isә biz Peyğәmbәrin müәy-
yәnlәşdirdiyi şeyә әmәl edib şәxsi görüşümüzә әsaslanmaqla
Sünnәyә zidd getmәmәliyik.
Әgәr bu qardaşlarımız mәsәlә haqda yaxşıca düşünsәlәr,
görәrlәr ki, Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı ol-
sun!) sünnәsinә zahirәn bağlanmaqla, әslindә, ona әks hәrәkәt
edirlәr. Yәni, Sünnәnin “bәdәn”indәn ikiәlli yapışdıqları halda
“ruh”una bivec yanaşırlar.
Halbuki Allahın rәsulu (Ona Allahın xeyir-duası vә sa-
lamı olsun!) zaman vә mühitin şәrtlәrini, mövcud şәraiti nәzәrә
alaraq fitrәni insanların sahib olduğu qidalara kәsmişdi. Bu, ve-
rәnә asan, alana da faydalı idi.
Qızıl vә gümüş pul әrәblәr, xüsusәn dә sәhra әhalisi
üçün çox da әlә düşmәyәn şey sayılırdı. Bu sәbәbdәn qida mәh-
sullarından fitrә vermәk daha asan idi. Kasıbların da qidaya eh-
tiyacı vardı. Odur ki, asan başa gәlәn şeylәrdәn fitrә çıxarmaq
vacib edilmişdi.
197
Hәtta Allahın rәsulu (Ona Allahın xeyir-duası vә salamı
olsun!) dәvәsi, qoyun vә inәyi olan şәxslәrә fitrә zәkatını
“әqit”lә
1
çıxarmaq rüsxәti vermişdi. Çünki onların әsasәn bu
cür qidaları olurdu vә fitrәni onlardan çıxarmaq heç dә çәtin
deyildi.
Sonralar vәziyyәt dәyişdi: pul çoxaldı, qida mәhsullarına
isә hәr yerdә rast gәlmәk qeyri-mümkün oldu. Möhtaclar da
bayram günü qidaya deyil, başqa şeylәrә tәlәbat duydular. Fit-
rәsi verilәn qidanın pulla әvәzlәnmәsi verәnә asan, alana da
sәrfәli oldu. Peyğәmbәrin göstәrişlәrinin ruhuna, mәqsәdinә
uyğun gәlәn dә elә bu idi!
Misal üçün götürәk, on milyondan artıq әhalinin yaşa-
dığı Qahirә şәhәrini. Tәsәvvür edin ki, bu qәdәr әhaliyә on mil-
yon sa`
2
buğda (vә ya arpa, xurma, kişmiş) fitrә çıxarmağı tap-
şırmışıq. Onlar bu qәdәr әrzağı haradan tapacaqlar? Bu qәdәr
mәhsulu, ya da bir hissәsini әldә etmәk üçün kәndbәkәnd gәz-
diklәri zaman, kim bilir, hansı çәtinliklәrlә qarşılaşacaqlar. Hal-
buki Allah tәala islamı asan qılmış, insanlara çәtin deyil, asan
din göndәrmişdir.
Tutalım, onlar bu qәdәr mәhsulu, mәsәlәn, buğdanı
asanlıqla әldә etdilәr. Axı, kasıbın buğda nәyinә lazımdır? Ay-
dındır ki, o, buğdanı nә üyüdәcәk, nә xәmir yoğuracaq, nә dә
ki ondan çörәk bişirәcәkdir. Çünki indiki dövrdә çörәyi mağa-
zadan hazır şәkildә almaq daha ucuz vә asan başa gәlir.
Әgәr kasıba fitrәni buğda ilә versәk, onun başına әlavә iş
açmış olmuruqmu?! Belә ki, o, bu buğdanı asanlıqla satıb pula
çevirә bilmәyәcәk. Çünki çevrәsindәki bütün kasıblara fitrә
buğda ilә verildiyindәn, heç kimin buğdaya ehtiyacı qalmayıb.
Alimlәri tәrәfindәn pulla fitrә çıxmağın qadağan edildiyi
bәzi ölkәlәrdәki qardaşlar mәnә danışmışdılar ki, fitrә vermәk
1
Əqit: yağsızlaşdırılmış süddәn süzülmüş alıntı, şor, pendir, süzmә vә s.
2
Sa`: dörd ovuca bәrabәr çәki vahidi – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |