Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   ...   26

KHOJALY  REGION

Ashagh'

thchularo 

<\o Mahht

Geybalyj

nhalfalıA

ıishlar0

fafıkhanlar

KHOJAVAND

REGION

LACHIN  REGION

Şuşa -  P ən ahabad

M

Ş U Ş A - P Ə N A H A B A D

daxil  idi.6 Bu vəziyyət VIII əsrin əvvəllərində Albaniya dövləti ərəblər tərəfın- 

dən aradan  qaldırılana qədər davam etmişdir.

Albaniya dövründə tarixi  Qarabağ ərazisində yaşayan qədiırı sak-türk tayfa- 

larının adı ilə Qarabağın dağlıq hissəsi Ərsak*  (Arsak) adlanmağa başladı. Ərsak 

bütün  erkən  orta  əsrlər dövründə  siyasi,  iqtisadi,  dini  və  mədəni  baxımdan AI- 

baniyanın ən mühüm vilayətlərindən biri olmuşdur.  Bu vilayət inzibati cəhətdən 

12 kiçik ərazi  vahidinə  bölünürdü.  Vilayətin əhalisinin əsas  məşğuliyyəti  mal- 

darlıq və əkinçilik idi. Xristianlığın qəbul edilməsinə qədər Ərsakda bütpərəstlik 

yayılmışdı.  Albaniyanın  bəzi  ərazilərində  xristianlığın  qəbul  edilməsi  ilə  bağlı 

olaraq ölkənin bu vilayətində də yeni din yayıldı. Vilayətin əhalisi qədim saklarla 

yanaşı, alban-türk mənşəli qarqarlar, utilər,  hunlar, xəzərlər, barsillər və başqa- 

larından  ibarət  idi.7

Orta əsrlərin sonrakı  dövrlərində Qarabağ həm işə Şimali Azərbaycanda ya- 

ranan  və  yaxud  Şimali  Azərbaycan  torpaqlarını  da  əhatə  edən  türk-müsəlman 

dövlətlərinin tərkibində olmuşdur.

IX-XII əsrlərdə Qarabağ Azərbaycan dövlətləri olan Sacilər, Salarilər, Şəd- 

dadilər və Eldənizlər (Atabəylər) dövlətlərinin ən  inkişaf etmiş vilayətlərindən 

biri  idi.

XIII-XIV  əsrlərdə  mövcud  olmuş  Elxanilər  (Hülakilər)  və  Cəlairilər döv- 

lətlərinin  tərkibində  olan  Qarabağın  ictimai-siyasi  və  iqtisadi  əhəmiyyəti  daha 

da artmışdı. Elxani şahzadələrindən ikisi -  Qazan xan və Arpa xan özlərini məhz 

Qarabağda hökmdar elan etmişdilər.8

Qarabağ sonrakı tarixi dövrlərdə -  Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və 

Səfəvi dövlətlərinin hökmranlığı dövründə də öz əhəmiyyətini qoruyub saxlamışdı.

Təsadüfı deyil ki, Səfəvi hökmdarlannm Azərbaycan torpaqlarında yaratdıq- 

ları  dörd bəylərbəyilikdən biri məhz Qarabağ bəylərbəyiliyi  idi.  Bu bəylərbəyi- 

liyə  300  il  ərzində  -  XVIII  əsrin  ortalarında  Qarabağ  xanlığı  yaranana  qədər, 

müəyyən fasilələrlə, Azərbaycanın m əşhur Ziyadoğlular nəslindən olan hakim- 

lər başçılıq  etmişdilər.9

1747-ci  ildə  böyük  Azərbaycan  sərkərdəsi  Nadir  şah  Əfşarın  ölümündən 

sonra keçmiş  Qarabağ bəylərbəyiliyinin ərazisində  iki müstəqil  xanlıq -  Gəncə 

və Qarabağ xanlıqları  yarandı.

* «Ərsak» A zərbaycan dilində «ər», yəni «igid» v ə  «sak» sözlərinin birleşm əsindən yaranmışdır. 

M ü xtəlif dövrlərdə  A zərbaycanda  m övcud  olm uş  «Sakan»,  «Sakasena»,  «Balasakan»,  «Zakatala», 

«Şeki»  v ə   s.  toponim lər ö z  m ənşələrini  sak-türk  tayfalarının  adından  götürmüşlər.

Azərbaycaıı  Flespubliknsı  Prezidontini

İi,-İBr İd3r9si



PRE2İDENT  KİTABXANASI


Yaqub Mahmudov,  Camal Mustafayev

Şuşa -  Pərıahabad 

qalasım n  əsasını  qoymuş 

P ənahəli xan

K ür  və  Araz  çayları  arasındakı  torpaqları  əh atə 

edən  Qarabağ  xanlığı  Azərbaycanın  digər xanlıqları 

ilə -   Şəki,  Gəncə,  İrəvan,  Naxçıvan,  Qaradağ  və  Şa- 

maxı  xanlıqları  ilə  həm sərhəd  idi.  Ə vvəllər  olduğu 

kimi,  Qarabağ  xanlığınm  mövcud  olduğu  dövrdə  də 

bu  ərazi  özünün  sıx meşələri,  başı  daima  qarla örtülü 

dağları,  gur  sulu  çaylan,  büllur bulaqları,  məhsuldar 

torpaqlan, rəngarəng bitki və heyvanlar aləmi ilə şöh- 

rət qazanmışdı.

Qarabağ xanlığmın əsasmın qoyulması və Şuşa şə- 

hərinin onun paytaxtına çevrilməsi Azərbaycanın gör- 

kəmli  dövlət xadimi  Pənahəli  xanın  (1748-1763)  adı 

ilə bağlıdır.  Pənahəli xan  Cavanşirlər tayfasmın  Sarı- 

calı oymağından idi.  Bu Azərbaycan tayfası Qarabağın 

qədim sakinlərindən olmuş və uzun müddət bölgənin 

ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Nadir 

şahın  sarayında  eşikağası  vəzifəsini  tutmuş  Pənahəli 

xan  1738-ci  ildə  Qarabağa  qayıtmış,  1748-ci  ildə  isə 

müstəqil Qarabağ xanlığının əsasını  qoymuşdur.

Azərbaycanın  digər xanhqlarmdan  fərqli  olaraq, 

yenicə  yaranmış  Qarabağ  xanlığının  ilk  dövrlərdə 

möhkəmləndirilmiş  paytaxt  şəhəri  yox  idi.  Xanlığın 

daxilində  gedən  çəkişm ələr,  xüsusilə  xristian  məlik- 

lərin  xəyanəti,  qonşu  xanhqların  və  İranda  taxt-tac 

mübarizəsi  aparan  ayrı-ayrı  hakimlərin  hücum  təh- 

lükəsi  şəraitində  bu,  olduqca təhlükəli  idi.  Buna  görə 

də  Pənahəli  xan  paytaxt  üçün  güclü  müdafıə  imkan- 

lanna malik olan bir qala tikdirmək qərarına gəldi.  Bu 

qala-şəhər həm də  xanlığın  paytaxtı  rolunu oynamalı 

idi.

Pənahəli  xanın  hakimiyyəti  dövründə  Qarabağ  xanlığı  ərazisində  salınmış 



ilk qala Bayat qalası olmuşdur.  Kəbirli mahalında -  Ağcabədi yaxınlığında inşa 

edilmiş  bu  qalanın  əsası  1748-ci  ildə  qoyulm uşdu.10  Mirzə  Camal  Qarabaği 

yazırdı:  «Hələ  Qarabağın X əm sə  mahalları  (xristianlığı  qəbul  etmiş  alban  mə- 

liklikləri  nəzərdə  tutulur -   Y .M .,  C.M.)  ona  tabe  olmadığı  zaman  Pənah  xan



P ən ahəli xanın neştəri

Ş U Ş A - P Ə N A H A B A D

ətraf xanlarm öz üzərinə hücum edəcəkləri təq- 

dirdə  ailə  və  qohumlarının,  qulluqçu  və  yaxın 

adamlarının və el  böyüklərinin qorunması üçün 

ellərin arasında münasib bir yerdə qala tikilmə- 

sini  lazım bilmişdi».n  Bayat  qalasının,  ilk  növ- 

bədə,  müdafıə  m əqsədilə  inşa  edildiyini  lap 

əvvəldən  onun  ətrafına  bişmiş  kərpicdən  qalın 

qala  divarlarmın  çəkilməsi  də  sübut  edir.  Qala 

divarlarının  dövrəsində  isə  düşmən  hücumları 

zamanı  içərisi  su  ilə  doldurulan  dərin  və  enli 

xəndək  qazılmışdı.  Yalmz  bundan  sonra  Pəna- 

həli  xan qalanın əhali  tərəfındən  məskunlaşdı- 

rılmasına icazə vermişdi.  Xan ailəsindən başqa 

buraya ətraf kəndlərdən,  hətta Təbriz və Ərdə- 

bil  şəhərlərindən  də  çoxlu  sənətkar  köçürül- 

m üşdü.12

Bayat  qalasının  tikilməsi  və  Qarabağ  xanlı- 

ğının  getdikcə  güclənməsi  həm  mərkəzi  haki- 

miyyətin güclənməsini istəməyən alban-xristian 

məliklərinin, həm də Şəki və Şamaxı xanlarının 

ciddi narahatlığına səbəb oldu. Qarabağın alban- 

xristian məlikləri xüsusilə böyük təlaş keçirirdi- 

lər.  Onlar  hələ  Nadir  şahın  hakimiyyəti 

dövründə  əldə  etdikləri  nisbi  müstəqilliyin  Pə- 

nahəli  xan  tərəfındən  məhdudlaşdınlacağından 

qorxuya  düşdüklərindən,  onun  güclənm əsinə 

hər  vasitə  ilə  mane  olmağa  çalışırdılar.  Elə  bu 

səbəbdən  onlar  Şəki  hakimi  Hacı  Çələbi  xana 

müraciət  edərək  bildirdilər  ki,  «Pənah  xan  bu- 

rada taxta çıxmış, qala və səngərlər tikdirmişdir. 

Əgər dəfində  bir qədər təxir edilsə,  sonra  onun 

qarşısında  durmaq  mümkün  olm ayacaqdır».13 

Bununla da Pənahəli  xana qarşı Qarabağın xris- 

tian məlikləri,  Şəki və Şamaxı xanlarından  iba- 

rət  ittifaq  yaranmış  oldu.  Qarabağ  xanlığının



Q arabağ xanlığının 

gümüş pulu

k i


Şuşanın -  Pənahabadın 

gerbi


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə