Yaqub Mahmudov, Camal Mustafayev
müstəqilliyi üçün ciddi təhlükə yaradan bu ittifaqa Hacı Çələbi xan başçılıq
edirdi.
Xristian məliklərinin fitnəsindən vaxtında xəbər tutan Pənahəli xan qalaya
hücumun qarşısmı almaq üçün tədbirlər gördü. N əticədə Hacı Çələbi xanın və
onun müttəfiqlərinin Bayat qalasını ələ keçirmək cəhdi baş tutmadı. Qalanı bir
aydan artıq mühasirədə saxlayan Hacı Çələbi xan məqsədinə çatmayıb geri çə-
kildi. Bununla Qarabağ xanımn nüfüzu daha da artdı. Bunu hətta Hacı Çələbi
xanın özü də etiraf etmiş və geri çəkilərkən demişdi: «Pənah xan bu vaxtacan
bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq».14 Bayat sava-
şından sonra Pənahəli xan xristian məliklərini də özündən asılı vəziyyətə saldı.
Bayat qalası beş il ərzində Qarabağ xanlığının paytaxtı oldu.15 Geniş tikinti
və abadlıq işlərinin aparılmasına baxmayaraq, Bayat qalası paytaxt üçün o qədər
də əlverişli mövqedə deyildi. Odur ki, Pənahəli xan strateji cəhətdən daha əl-
verişli mövqeyə malik olan yeni paytaxt-qala tikdirmək qərarma gəldi. Xanlığın
yeni paytaxtı üçün Ağdamdan 10 km aralıda yerləşən Şahbulaq adlı yerdə tikinti
işlərinə başlanıldı. Şahbulaq qalasınm tikintisi çox sürətlə aparıldı və 1751/52-ci
ildə, əsasən, başa çatdırıldı. M irzə Camal Qarabaği yazırdı: «Şahbulağındakı
Şuşa - P ən ah abad qalasının gümüş açarları
20
Ş U Ş A - P Ə N A H A B A D
böyük çeşmə yanında qala tikərək, onun ətrafında yüksək yerdə geniş hasar
hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər».16 Şahbulaq qalası
hazır olduqdan sonra Pənahəli xanın əm rilə Bayat qalası uçurduldu.17
Lakin Şahbulaq qalası da cəmi üç-dörd il ərzində Qarabağ xanlığınm paytaxtı
oldu. Qarabağ xanlığının məruz qaldığı aramsız hücumlar nəticəsində Pənahəli
xan daha etibarh, daha əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir
paytaxt-qala tikdirməyə məcbur oldu. Bunun üçün toplanmış məşvərət məcli-
sində Pənahəli xan əyanlara müraciətlə demişdi: «Biz gərək dağların içində,
möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü
düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfı dağlarda olan ellərin
üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz bir an belə kəsilmə-
məlidir».18 Azərbaycanın dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə olan
qədim yaşayış məskəni Şu-
şanın yerləşdiyi əlçatmaz
dağ yaylası bütün bu tələb-
lərə cavab verirdi.
« Q a ra b a ğ n a m ə lə r» d ə
Pənahəli xanın yeni şəhər-
qalanın salınması üçün çağır-
dığı məşvərət məclisinin
tarixi göstərilmir. Çox gü-
man ki, bu hadisə xanın iqa-
mətgahınm Bayat qalasından
Şahbulaq qalasına köçürül-
düyü vaxt, daha doğrusu,
1750-ci illərin əvvəlində baş
vermişdi. Görünür, Şahbulaq
qalasının təhlükəsizlik baxı-
mından xeyli z əif olduğunu
tez başa düşən Qarabağ xanı
daha etibarlı qala tikdirmək
m əqsədilə göstərilən məş-
vərət məclisini çağırmış və
elə həmin vaxt da Pənaha-
bad - Şuşa qalasının salınması
Şuşaya - Pənahabada gedən y o l
21
Yaqub Mahmudov, Camal Mustafayev
barədə əmr vermişdi.* B elə-
liklə, azərbaycanlıların q əd im
yaşayış m əskəni olan Ş uşa
ərazisində Qarabağ xanlarının
yeni iqamətgahının tikintisinə
başlanıldı. Yeni şəh ər-q ala
mövcud olduğu ilk illərdə öz
banisinin adı ilə Pənahabad,
sonralar isə bu yerin qədim adı
ilə Şuşa adlandırıldı və Q ara-
bağ xanlığınm daimi paytax-
tına çevrildi.
Şəhərin adının etim oloji
mənasımn Azərbaycan türk
dilinə mənsub olması heç b ir
şübhə doğurmur. Bu ad şə h ə -
rin salındığı relyefə uyğun
olub qədim türk dilində «yay-
la», «piramida», «şiş qaya»
mənasım daşıyır. Təsadüfi de-
yildir ki, bu şəhər xalq
arasmda və bir sıra ədəbi əsər-
lərdə «Şişə» kimi də m əşhur-
Şuşanın - Pənahabadın qala divarları
^Ur‘
Beləliklə, ilk mənbələr təs-
diq edir ki, Azərbaycanm qədim yaşayış məskənlərindən biri olan Şuşa (Şişə)
ərazisində - m əşhur yaylaq yerində müasir Şuşa şəhər-qalasmı Azərbaycan
hökmdarı Pənahəli xan Cavanşir saldırmışdır. 1756-cı ildə Qarabağ xanlığının
paytaxtı Pənahabada - Şuşaya köçürüldü.
Şuşa XVIII əsrin sonlarında artıq Azərbaycanın iri şəhərlərindən biri idi. Şə-
hərin belə sürətlə böyüməsi, ilk növbədə, onun çox əlverişli strateji mövqeyə
malik olması ilə bağlı idi. Təxminən, 3-4 kvadrat verst ərazini əhatə edən Şuşa
üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdu. Şəhərə yalnız dördüncü tərəfdən
* Pənahabad - Şuşa qalasımn salınması haqqmda, həmçinin bax: Mirzə Adıgözəl bəy'9, Mirzə Camal20,
Əhməd bəy Cavanşir2', «Qafqaz» qəzetinin 185022 və 187123-ci il sayları.
22
Daşaltı çayı
Q ızıl qaya
Ş U Ş A - P Ə N A H A B A D
-
şimal-şərqdən keçən dar və çox dolanbac cığırla qalxmaq mümkün idi. Heç də
təsadüfı deyil ki, bəzi müəlliflər bu cığırı qədim Yunanıstandakı Fermopil keçidi
ilə müqayisə edir və göstərirdilər ki, burada mövqe tutmuş bir neçə adam böyük
bir ordunun qabağını saxlaya bilər.24
XVIII
əsrin sonu - XIX əsrin əvvəllərində Şuşada olmuş bütün müəlliflər
onun strateji mövqeyindən və təbii mənzərəsindən çox böyük heyranlıqla bəhs
edirlər.25 Şəhərin salındığı ərazinin relyefı onun möhkəm müdafıə qalası kimi
inşa olunmasına və memarlığına da çox güclü təsir göstərmişdi.
Şuşa şəhərinin salınması üçün nəzərdə tutulan ərazi yalnız hərbi-strateji ba-
xımdan deyil, iqtisadi cəhətdən də əlverişli idi. İri hakimlərin bir-biri ilə apardıqlan
ara müharibələrinin fasiləsiz davam etdiyi bir şəraitdə istənilən yaşayış məntəqəsi
üçün qala divarları həyati əhəmiyyətə malik idi. Lakin o zaman qala divarlarının
tikintisi olduqca böyük vəsait tələb edirdi. Şuşanın salındığı ərazi üç tərəfdən sıl-
d ın m qayalarla əhatə olunduğundan onun bu hissələrinə qala divarlannın çəkil-
m əsinə ehtiyac qalmırdı. Bu da Pənahəli xanı əlavə xərclərdən azad edirdi.
Şuşa - Pənahabad qalasından b ir görünüş
25