Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

Şuşanın  qaynar mədəni həyatı  dahi bəstəkar,  Azər- 

baycan peşəkar musiqisinin banisi  Üzeyir bəy Hacıbəy- 

linin  yaradıcılığına  mühüm  təsir  göstərmişdir.  Dahi 

bəstəkar  ilk yaradıcılıq  addımlarını  Şuşada  atmışdır. 

Azərbaycan musiqisinin  beşiyi olan Şuşa,  eyni zamanda 

bütün  «Qafqazın  konservatoriyası»  kimi şöhrət qazan- 

mışdır.  Bu  şərəfli adı  Şuşaya Xarrat  Qulu,  Əbdülbağı 

Zülalov,  Hacı Hüsü,  M əşədi M əm m əd Fərzəliyev,  Cab- 

bar  Qaryağdıoğlu,  Seyid Şuşinski,  Xan  Şuşinski,  Zülfü 

Adıgözəlov,  Bülbül,  Rəşid Behbudov kimi  ölməz sənət- 

karlar,  Sadıqcan  (M irzə  Sadıq  Ə səd  oğlu),  M əşədi 

Cəmil  Əmirov,  Qurban  Pirimov  kimi əvəzolunmaz tar- 

zənlər,  Zülfüqar Hacıbəyli,  Fikrət Əmirov,  Soltan Ha- 

cıbəyli,  Niyazi,  Ə şrəf Abbasov,  Süleyman  Ələsgərov  və 

başqa məşhur bəstəkarlar qazandırmışlar.

Bu gün  qədim  və  təkrarsız  m ədəniyyət  beşiyi  olan 

Şuşa Azərbaycan Respublikasımn işğal olunmuş 20 faiz- 

dən çox torpaqları ilə birlikdə erməni vandallarının əsa- 

rəti  altındadır.  Erməni  təcavüzkarları  X IX  yüzilliyin 

əw əllərində köçüb gəldikləri Azərbaycan torpaqlarında

-   İrəvan  xanlığımn  ərazisində,  Zəngəzurda  və  başqa 

yerlərdə olduğu kimi Qarabağdakı,  o cümlədən Şuşadakı 

qədim  Azərbaycan  abidələrini  də  məhv  edirlər.  Şuşa 

kimi qədim mədəniyyət beşiyini dağıdan müasir vandal- 

lar unudurlar ki,  Dağlıq  Qarabağ düyünü sülh yolu  ilə 

açılmazsa,  Üzeyir  Hacıbəylinin,  Xan  qızı  Natəvamn, 

Bülbülün  güllələnm iş  heykəllərini  Şuşaya  -Qarabağa 

Azərbaycan  xalqının  özü  qaytarıb  aparacaqdır.  O gün 

gələcək! O gün  uzaqda deyil!

Y aqub  M ahm udov,

AMEA-nın müxbir üzvü, 

Əməkdar elm xadimi

ŞƏHƏRİN YARANMASI VƏ İNKİŞAFI

Şuşa şəhərinin  salındığı  Qarabağ torpağı Azərbaycanın ayrdmaz tərkib his- 

səsidir.  Bu  diyarın  ən  qədim  sakinləri  -   aborigen  əhalisi  Azərbaycan  xalqının 

ulu  babaları  olmuşlar.  1828-1829-cu  illərdə  Rusiya  imperiyasınm  erməniləri 

İrandan  və  Osmanlı  dövləti  ərazisindən  Şimali  Azərbaycan  torpaqlarına  kö- 

çürm əsinə qədər Qarabağ əhalisi Azərbaycan türklərindən  ibarət olmuşdur.

Q ədim  Azərbaycan torpağı olan Qarabağ olduqca zəngin tarixə malikdir.

Çox zəngin flora və faunası ilə seçilən Qarabağ, tədqiqatçdarın fikrincə, Ara- 

lıq  dənizi  hövzəsi  və  Şimali  Afrika  ilə  birlikdə  Yer kürəsində  ən qədim  insan- 

ların  yaşayış  məskənlərindən  biri  olmuşdur.1  Qarabağın  Xocavənd  rayonunda 

y erləşən  Azıx  mağarası  ən  qədim  insanların  yaşayış  məskənlərindən  biri  kimi 

m əşhurdur.  Bu mağaradan tapılmış arxeoloji materiallar Azərbaycan tarixininən 

qədim   dövrlərini,  bu  torpaqda  yaşamış  ən  qədim  insanların  maddi  və  mənəvi 

m ədəniyyətinin  yaranması  və  inkişafım  öyrənmək  üçün  çox  böyük  elmi  əhə- 

m iyyətə  malikdir.  Azıx  mağarasında aşkar edilmiş yaşı  təqribən  700  min  il  əv- 

v ələ  aid  olan  ocaq  yeri,  350-400  min  il  bundan  əvvəl  yaşamış  qədim  insanın -  

Azıx  adamınm  (Azıxantropun)  alt çənə  sümüyü,  40-a  qədər müxtəlif növ  hey- 

vanlara məxsus sümüklər, üzərində xətlər çəkilmiş ayı kəlləsi və başqa tapıntılar 

hələ qədim daş (paleolit) dövründə Qarabağda yaşayan  insanların maddi və mə- 

nəvi  dünyası  haqqında qiymətli  məlumatlar verir.2



Azıx m ağarası


Yaqub Mahmudov,  Camal Mustafayev

Şuşa  m ağarası  (A ğzıyastı  kaha)

Şuşa  şəhərinin  sahndığı  ərazi  Qarabağın gözəl guşələrindən biri  olmaqla ya- 

naşı, həm də Azərbaycanın ən qədim insan məskənlərindən biridir.  1971—1975-ci 

illərdə Şuşa şəhəri yaxınlığmda,  Cıdır düzünün aşağı hissəsində aparılan arxeo- 

loji  qazıntılar zamanı  qədim  daş  dövrünə  aid  çoxlu  müdafıə tikililəri  və  qədim 

yaşayış  məskəni  olan  təbii  mağaralar aşkar  edilmişdir.  Hazırda  Şuşa  şəhərinin 

yaxınlığında, Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən  1500 m yüksək- 

likdə  yerləşən  Şuşa  mağarasmın  uzunluğu  125  m,  eni  20  m,  hündürlüyü  isə 

10 metrdir.  Həmin mağaradan tapılan arxeoloji materiallar sübut edir ki, bu ərazi 

daş dövrünün sonlarına qədər qədim insanların yaşayış məskəni olmuşdur.3

Qarabağda tarixin ən qədim  dövrlərindən başlayaraq Azərbaycan  xalqı,  ha- 

belə digər türk xalqları üçün xarakterik olan yaylaq-qışlaq maldarlığı və əkinçilik 

inkişaf etmişdi. Qarabağın dağlıq və düzən yerləri vahid iqtisadi məkanın ayrıl- 

maz tərkib  hissələri  idi.4  Başqa  sözlə,  Azərbaycanın  ən  qədim  tarixi  vilayətlə- 

rindən  biri  olan  Qarabağda  heç  zaman  «DağIıq  Qarabağ»  adlı  ayrıca  məkan 

olmamışdır.

Başqa Azərbaycan  torpaqları  ilə  birlikdə  yadelli  təcavüzlərinə  məruz  qalan 

Qarabağ ərazisi ayrı-ayrı tarixi  dövrlərdə m üxtəlif imperiyaların tərkibinə daxil 

edilmişdi.5

E.ə.  III əsrdən başlayaraq  K ür və Araz çayları  arasındakı  bütün torpaqlar,  o 

cümlədən tarixi Qarabağ ərazisi Azərbaycan dövləti olan Albaniyanm tərkibinə

14

c' 



fSTl 

«

WHÜ2 



•/c,B u cəH >xanü$ı

VII 


/   G,Se 

 

xowltffı

xanLığl

/  Ağ$u

 

\



*  O ŞAMAXI 

Şamaxı 

xanUğt,

RƏVAN

•  


Ağdcun 

Q a za b a ğ  xanUğt

q ş u ş a

 

,



NcmçLvan

  ~ ^ „


xanUğt.

 

\



 

A . ©  NAXÇIVAN 

| 

MA* y  


AƏLütcə  \

XAnLtğt

 

/_

©XOY 


!

 

_____



----- 



/M azənd  •

S A L Y A N

X © \LƏ N K Ə ftA N

ƏHƏR

ƏR0Ə6IL

/

Istaza.

© Təefiız

Təbzlz

xanL ığt

SAHAB


" ç  

O

marağa



\  

M a z a ä a  

Soucbutacf.

 

ı 

x a n L ığ i

T I F L İS  

G r

ıv 

m i

  r

Ua.KƏn

  i  

^ A R.A

 N  ı 

/

r \

V ' ı .  ftU  J A v  

| QU

6

A  W

DƏR8ƏND

Q arabağ xanlığı



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə