T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
58
bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki,
malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür” (20,
290).
Yenə də “Əkinçi”də N.Vəzirov qəzəl və həcv aludəçilə-
rinə müraciət edərək yazırdı: “Pəs hər zəmanənin bir qanacağı
var ki, bu qanacağı ol zəmanənin kitablarından, xalqının adət-
lərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olur. Gələcəkdə
bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda
məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət, bizim əsbablar və
qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etmə-
yib.
Kitablarımız... Bu halda bizlərdə kitab inşa edən yoxdur.
Kitab əvəzinə həcv inşa edirik... Lakin indi yazılan həcvlər
məst çəkməçi danışığına oxşadığına... adam olan kəs onu
oxuyanda əti ürpərir... Şüəra qardaşlarımızdan ki, onlar əlhəqq
xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə
müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan
danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf
yoxdur” (21, 371).
“Əkinçi”nin bu çağırışından sonra poeziyada kəskin bir
dönüş əmələ gəlmiş, şairlər bülbülü və gülü tərif, bir-birlərini
həcv etməkdən əl çəkib, elm təhsil etməyin nəflərindən bəhs
edən şeirlər yazmağa başlamışdılar. Lakin o illərdə bir çox
şairlərin maarifçi şeirlər yazmağa aludə olması kütləvi hal
aldığından həm belə şeirlərin özünə, həm də çox ciddi və
həyati bir məsələ olan elm, maarif təbliği məsələsinə bir
sünilik, qeyri-ciddilik gətirirdi və bu da dövrün bir sıra
mütərəqqi ziyalılarını narahat edirdi. Bu narahatçılığı Firudin
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
59
bəy Köçərli “Şərqi-rus” qəzetindəki məqaləsində ümumiləş-
dirərək yazırdı: “...indiki şairlərimizə gəldikdə onların təbiət
şeirləri barəsində bir sözümüz yoxdur... Ancaq şeirə lətafət və
məlahət gətirən hissiyati-həqiqi və zövqi-təbii yoxdur. Və
buna səbəb anladığımıza görə odur ki, bu ərbabi-bəlağətləri-
miz bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarələr ilə onu
tərif və tovsif etməyə sərfi-hümmət qılırlar. Məsələn, elm: bu
halda bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun
cümləyə zəruri olmasını inkar edə... Belə olan surətdə uzun-
uzadı şeirlərdə elmi və kamalı tərif etməyə nə hacət var?”
(118). Bütün bu daxili ziddiyyətlərə baxmayaraq, maarifçilik
hərəkatı təbii-tarixi bir proses kimi yetişdiyi üçün getdikcə
daha geniş vüsət tapır, cəmiyyətin yeni-yeni təbəqələrini əhatə
edirdi.
XIX əsrin ikinci yarısından başlanan maarifçilik, daha
dəqiq desək, Rusiyanın ucqarlarında təşəkkül tapmağa başla-
mış maarifçi fikir, məktəb, təhsil və elmə diqqətin, qayğının
artması bir tərəfdən, milli-tarixi inkişafın bəhrəsi idisə, digər
tərəfdən, çar imperiyasının özünün bu istiqamətdə müəyyən
fəaliyyəti ilə bağlı idi.
Əyalətlərdə, xüsusilə, inkişaf etmiş sənaye mərkəzlərində
hökumətə xidmət etmək üçün savadlı məmurlar lazım idi.
Onların mühüm bir hissəsi elə əyalətlərdə yaşayan əhalinin
içərisindən çıxmalı, yetişməli idi, çünki mərkəzi şəhərlərdən
əyalətlərə işləməyə getmək arzusunda olanların sayı, adətən, o
qədər də çox olmur. Bundan başqa, hökumət həm də öz müs-
təmləkə siyasətində yerlərdə rusca savadlı ziyalı təbəqəsinin
yetişməsinə rus dilinin, rus mədəniyyətinin yayılması və bu-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
60
nun nəticəsi olaraq imperiyanın möhkəmlənməsi kimi baxırdı.
Lakin bütün bunlarla bərabər, yerli xalqın savadlanması
üçün çar hökumətinin məktəblər açması, təhsili maliyyələş-
dirməsi, həm də istər-istəməz bu xalqın maariflənməsinə
göstərilən bir xidmət idi və mütərəqqi ziyalılar bu məqamdan
səmərəli istifadə edərək ciddi işlər görməyə çalışırdılar.
A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi ədiblərin
fəaliyyəti buna misal ola bilər. XIX əsrin klassik ənənələr
üzərində təkamül yolu ilə inkişaf edən, əsasən də poeziyada və
publisistikada, daha sonralar isə dramaturgiya və nəsrdə
pərvəriş tapan bu yeni istiqamət gələcəyə yollar açırdı. XX
əsrin əvvəllərindəki böyük, möhtəşəm maarifçilik hərəkatı və
qərbçilik meyilləri məhz XIX əsrdə yaşayıb yaratmış bu
görkəmli şəxsiyyətlərin, habelə H.Zərdabi, S.Ə.Şirvani,
N.Vəzirov, Ünsizadə qardaşları, M.M.Nəvvab, M.Ə.Talıbov
və başqa qabaqcıl dünyagörüşlü insanların adı ilə bağlı olan
özül üzərində yetişdiyindən belə vüsət tapa bilmişdi.
XX əsrin əvvəllərində maarifçilik həqiqətən də
“...ümummilli hərəkat səviyyəsinə qalxır və bu hərəkat öz
sıralarında pedaqoji xadimlərdən yazıçılara və mətbuat xadim-
lərinə, milli burjuaziya və rəsmi din və hökumət dairələrinin
ən mütərəqqi nümayəndələrinə, siyasi xadimlərəcən – hamını
birləşdirir. Millətin geriliyini aradan qaldırmaq və bunun əsas
(bəlkə də yeganə!) vasitəsi kimi maarifçi fikri yaymaq – milli
mənafe barədə az-çox düşünə bilən hər kəsin əqidəsinə və
fəaliyyətinin əsas istiqamətinə çevrilir. Bədii ədəbiyyatın da
qarşısında, demək olar ki, bütünlüklə bu məsələyə xidmət
etmək vəzifəsi qoyulur. Ən müxtəlif üslublu yazıçı və şairlər:
Dostları ilə paylaş: |