T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
61
realistlər də (N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov),
romantiklər də (M.Hadi, Ə.Hüseynzadə, H.Cavid, A.Şaiq,
A.Səhhət), satiriklər də (C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Nəzmi, Ə.Qəmküsar), sentimentalistlər (Ə.Divanbəyoğlu,
S.S.Axundov) əqidə etibarilə maarifçi olmuşlar” (45, 120).
Əsrin əvvəllərinin ədəbi-mədəni proseslərini izləyən tədqiqat-
çıların, demək olar ki, hamısı bu və ya digər şəkildə ədəbi
prosesin maarifçiliklə bağlı olduğunu, bir çox hallarda isə bu
ideyaların ruporu olduğunu qeyd edirlər.
Əsrin əvvəllərində xalqımızı əhatə edən və onları
məktəbə, təhsilə, maariflənməyə sövq edən güclü oyanma dal-
ğası, əsasən aşağı təbəqələrdə və bəylərin dairələrində hiss
olunurdu. Şübhəsiz ki, hələlik bu dalğa cəmiyyətin bütün
təbəqələrini əhatə etmirdi, çünki “varlı tacir sinfi və iri mülkə-
darlar hələlik kənarda dayanır, daha doğrusu, öz var-dövlət-
lərinə güvənərək və öz əqli zənginlikləri haqqında qətiyyən
düşünməyərək – guya ki, ciblərinin əbədi dolu olmaları məhz
başlarının boş olması ilə bağlıdır – məktəb də adi həyata vəsi-
qə kimi, rus dilində söhbət etmək, tost demək və “saratovlu
xanımlara” eşq elan etmək bacarığı kimi baxırdılar” (93).
Yüksək ədəbi dairələrdə yaradıcılıq proseslərinə bu və ya
digər dərəcədə hopan maarifçilik ideyaları praktik həyatda
Əhməd bəy Ağaoğlunun yuxarıda sitat gətirdiyimiz “Ağrılıdır”
adlı məqaləsində göstərildiyi kimi, müxtəlif təbəqələrdə
müxtəlif səviyyələrdə qəbul olunurdu. Şübhəsiz ki, maarifçili-
yin ən konkret şəkildə geniş xalq kütlələrinə çatması məktəb
vasitəsilə baş verməliydi və verirdi. Hansı məktəb tipinin,
təhsil sisteminin xalqın maariflənməsi prosesində nə dərəcədə
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
62
səmərəli olduğu mübahisə doğururdu. Belə bir fikirdə dövrün
görkəmli ziyalıları ümumi razılığa gəlirdilər ki, vaxtilə köhnə
müsəlman təhsil sisteminin, məktəb və mədrəsələrinin çox
böyük, nəhəng xidmətləri olmuşdur, bu cür məktəblərin
Axund İrəvani, Fazil Dərbəndi, Mirzə Əbülqasım Qarabağlı,
Nizami Gəncəvi, Xaqani Şirvani və b. yetişdirdiyi qeyd olu-
nurdu.
Lakin buna baxmayaraq, Azərbaycanın şimalının Rusiya
tərəfindən işğal olunaraq rus imperiyasının tərkib hissəsinə
çevrilməsindən sonra varlı siniflər, əvvəlcə bəylər, sonra isə
tacirlər tədricən, daha həyatın tələblərinə cavab vermədikləri
üçün bu cür müsəlman tipli məktəbləri tərk etməyə başladılar
və nəticədə bu məktəblər ən yoxsul təbəqələrin sığınacağına
çevrildi. Köhnə məktəblərdə təhsilin əvvəlki qaydada, ənənəvi
tədris metodikası əsasında aparılmasının lüzumsuzluğu aydın
göründüyündən, onlarda dövrün tələblərinə cavab verən isla-
hatların keçirilməsi zəruriliyi, artıq heç kəsdə şübhə doğur-
murdu. Ən azı iki istiqamətdə, iki tip məktəblərdə təhsil alın-
ması arzu olunurdu. Bunların birində “rus və türk təhsili, oxu-
maq və yazmaq bacarığı, geniş yayılmış kitabları dərk etmək
zərurəti” qeyd olunurdu. Bu arzu gerçəkləşə bilərdisə, türk
dilində oxuyub yazmağı elə köhnə molla məktəbləri də öyrədə
bilərdilər, lakin bu şərtlə ki, “çubuq” və “falaqqa” aradan götü-
rülsün, fiziki cəza ləğv edilsin, köhnə təhsil üsul və vasitələri-
nin əvəzinə, daha müasir və məqsədəuyğun metodlardan isti-
fadə olunsun. Əhməd bəy Ağaoğluna görə, Quranın zorla,
mexaniki şəkildə beyinə yeridilməsi, Hafizin və Sədinin zorla
əzbərlədilməsi əvəzinə xalq eposlarından didaktik mövzuların
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
63
mütaliəsini öyrətmək lazım idi.
Ənənədən ayrılmadan təhsilin müasirləşdirilməsi qayğısı
maarifpərvər ziyalıların daim diqqət mərkəzində dururdu.
Lakin millətin bu qədər təhsilə, məktəblərə ehtiyac duyduğu
bir zamanda məktəb yerlərinin olmaması, bu qədər savadsız-
lığın müqabilində Qori və İrəvan seminariyalarını qurtarmış
bir çox diplomlu müəllimlərin “özlərini sevdikləri peşəyə həsr
etmək əvəzinə, müəllim yerləri olmaması üzündən məmur və
ya başqa kargüzar işlərinə getmələri” (93) geniş xalq kütlə-
lərinin maariflənməsinə ağır zərbə vururdu. Ənənəvi mədrəsə
tipli məktəblərin yaşaması və inkişafı üçün elmi islahatlarla
yanaşı, çox ciddi təşkilati islahatların da keçirilməsinin zəru-
riliyi qeyd edilirdi: “...xəzinə əhalinin yalnız bir hissəsini əhatə
edən məktəblər üçün pul buraxa bilir; lakin bu zahiri çətinlik-
dir; diqqətlə yanaşdıqda asanca görünür ki, bu çətinliyi dəf
etmək olar. Məsələ burasındadır ki, bizim vilayət islahatları
həyata keçirməyə başladıqda bunu xəzinənin vəsaiti hesabına
deyil, cəmiyyətin vəsaiti hesabına etməlidir. Yuxarıda deyil-
diyi kimi, indi mövcud olan məktəblər havayı deyil, pulludur;
bu sistemi saxlamaq olar, yalnız haqqı natura ilə ödəməyi pulla
ödəməklə əvəz etmək lazımdır. Bu, birinci mənbədir. İkincisi,
şəhər idarəsi müsəlmanların daşınmaz mülkiyyətinə bu məq-
sədlə xüsusi təhsil vergisi qoya bilər. Əlbəttə, bu verginin
həcmi çox az olacaq və bizə elə gəlir ki, bu qədər vacib mə-
sələdə heç bir müsəlman yaxasını kənara çəkə bilməz. Və
nəhayət, üçüncüsü, hər bir məhəllədə varlı şəhərlilərdən ibarət
hami şuralar yaratmaq olar” (91).
Yuxarıda qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərindəki
Dostları ilə paylaş: |