T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
64
yaradıcı ziyalıların əksəriyyəti maarifçiliyi nəinki bədii ədə-
biyyatdan ayırmır, əksinə, bədii ədəbiyyatın ən əsas vəzifə-
lərindən birini maarifçiliyin təbliğində, xalqı elmə, biliyə,
təhsilə qovuşdurmaqla onu Qərb və dünya mədəniyyətinə
inteqrasiya etməkdə görürdü. Həmin ziyalıların fikricə, bu ədə-
biyyat tərbiyəvi, bədii-estetik funksiya daşımaqla yanaşı, eyni
zamanda, tarixi həqiqətləri, tarixi keçmişi xalqa çatdırmağın
və cəhalətə, nadanlığa qarşı mübarizə aparmağın da ən təsirli
vasitəsi idi. Maarifçilik onlar üçün həyati bir qayğı idi, ziya-
lının əsas vəzifəsi idi. Əhməd bəy Ağaoğlu “Bizim ziyalıların
vəzifələri” adlı məqaləsində yazırdı: “Bəli, bu kədərli, ağrılı
faktdır: Qafqazda diplomlu adamların sayı artır və paralel
olaraq ziyalı, ideyalı-inamlı adamların sayı azalır. Bizdə
həkimlərin, vəkillərin, müəllimlərin, mühəndislərin sayı nisbə-
tən çoxdur, lakin eyni zamanda, biz onları yedirdən və
yetişdirən mühitin yüksəlməsi haqqında fikirləşən, bu qayğı ilə
yaşayan adamların son dərəcə az olduğunu hiss edirik” (92).
Bu böyük şəxsiyyətlərin ən ümdə arzularından biri –
xalqı maarifləndirməklə ictimai həyatı, sosial mühiti yüksəl-
dən, Qərbin elmi-mədəni tərəqqisindən nümunə götürən,
dünya xalqları ilə ayaqlaşmağa can atan yeni ziyalı nəslinin
yetişməsi idi.
1.3. Qərbçilik meyillərində İslam dini məsələləri
XX əsrin əvvəllərində maarifçiliyin uğurunu dinə istinad
etmədən təmin etmək mümkün deyildi. Bu – həyatın, reallığın
özündən irəli gəlirdi. Maarifçiliyə ehtiyacı olan xalq kütlə-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
65
lərinin özündə hələ millət anlayışı dəqiq deyildi, qeyri-
müəyyən idi. “Hansı millətdənsən?” – sualına – “müsəlman
millətindənəm” – cavabı verilirdi.
Belə bir şəraitdə təbii olaraq milli-mədəni dəyərlərimizin
mühafizəsində müstəsna rol oynamış və oynayan islam dininin
tükənməz potensialından həm də milli tərəqqi naminə istifadə
etmək dövrün bütün mütərəqqi ziyalılarını düşündürürdü və
onlar da bu istiqamətdə böyük işlər görürdülər.
Əslində cəmiyyətdə dinə qarşı iki tendensiya – meyil və
münasibət meydana çıxmışdı: 1) köhnə dini sxolastikanın
bütün qayda-qanunlarını, ənənələrini qoruyub saxlamağı tələb
edən, islam fanatizmi mövqeyindən olan (Mirzə Cəlilin,
Sabirin və digər “Molla nəsrəddin”çilərin böyük ürək yanğısı
ilə təsvir və tənqid etdikləri) mühafizəkar-mürtəce münasibət;
2) İslamın müasirləşdirilməsini, tərəqqiyə xidmət edən mənəvi
istinadgah olmasını arzulayan, yeni platformada birləşən
mütərəqqi-modernist bir tendensiya ki, onun da başında
Əhməd bəy Ağaoğlu dururdu.
Əhməd bəy Ağaoğlunun həyatı və şəxsiyyəti ilə əlaqədar
görkəmli ədəbiyyatşünas-alim, akademik Kamal Talıbzadənin
qeydləri maraqlıdır. O yazır: “Əhməd bəy Həsən oğlu Ağayev
(sonralar Əhməd Ağaoğlu) 1868-ci ildə Şuşa şəhərində bəy
ailəsində anadan olmuşdur. Atası Mirzə Həsən bəy Qarabağın
Qurdlar elindən idi, xalis bəy həyatı keçirən, yeyib-içən, tez-
tez ova çıxan bu əhli-kef insan yazıb-oxumağı da bacarır,
Füzuli şeirlərinə həvəs göstərir, yeri düşəndə Abdallar kəndin-
dən aşıq dəstəsi çağırtdırıb “Koroğlu” və “Əsli-Kərəm”dən
şərqilərə də qulaq asardı. Ailə-məişət işlərinə həvəs göstər-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
66
mədiyi üçün Mirzə Həsən bəyin ailəsinin bütün qayğıları ilə
balaca Əhmədin anası Nailə xanım və böyük əmisi Hacı Mirzə
Məhəmməd məşğul olurdu” (151, 134).
Yaşadığı mühitə, din xadimlərinə tənqidi münasibət
bəsləyən anasından fərqli olaraq, əmisi ərəb və fars dillərini,
şəriəti yaxşı bilən dindar və mütəəssüb bir müsəlman idi. Gün-
ləri axund və mollalarla keçər, evinə toplanan din nümayən-
dələri ilə saatlarla mübahisələr edərdi. Balaca Əhməd belə bir
mühitdə göz açıb böyümüşdü. Beləliklə, iki şəxsin – anası ilə
əmisinin müxtəlif mövqeləri Əhmədin təlim-tərbiyəsinin iki
ayrı-ayrı istiqamətdə davam etməsinə səbəb olur. Bir tərəfdən,
anası onun atası və əmisindən gizli olaraq evdə rusca təhsil
almasını təşkil edir, riyaziyyat, tarix, coğrafiya fənlərindən
ilkin məlumata yiyələnməsinə nail olur. Digər tərəfdən, əmisi
xüsusi müəllim tutaraq altı yaşından ona ərəb və fars dillərini
öyrətməyə çalışır, molla məktəbində təhsilini davam etdirən
Əhməd Qurandan başqa “Leyli və Məcnun”u, “Gülüstan” və
“Bustan”ı oxuyur. Bu iki təlim-tərbiyə və bilik sistemi bütün
həyatı boyu Ə.Ağaoğlunun ictimai-siyasi və ədəbi fəaliyyəti-
nin ümumi ideya məzmununu, səciyyəsini müəyyənləşdirmiş,
ondakı bu iki dünyagörüş çarpışa-çarpışa, bir-birinə kömək
edə-edə, bir-birinə mane ola-ola davam etmiş və gələcəkdə 67
yaşlı mütəfəkkir ədibin daxili böhranlarının səbəblərini etiraf
etmək məqamına gətirib çıxartmışdı.
Bu arada Şuşada onsinifli litsey-gimnaziya açılır, Əhməd
Ağaoğlu müvəffəqiyyətlə 4-cü sinfə imtahan verir, beləliklə,
Hacı Mirzə Məhəmmədin qardaşı oğlunu müctəhid etmək
arzusu baş tutmur, balaca Əhmədin və anasının sevinci isə
Dostları ilə paylaş: |