T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
73
ictimai-siyasi-mədəni inkişafın yeni mərhələsində müəyyən
keyfiyyət dəyişiklikləri ilə əlaqədar olaraq baş vermişdi. Bu
mənada ən kəskin dönüş dinə olan münasibətdə idi.
M.F.Axundzadənin traktatlı əslində ilk dəfə olaraq dinə qarşı
çıxır, onu milli tərəqqiyə maneə törədən, milli şüuru ətalətdə
saxlayan bir qüvvə kimi təqdim edirdi. Kəmallüdövlənin
“Külli-ədyanı puç və əfsanə hesab edirəm” sözləri (“Kəmalüd-
dövlə məktubları”) əslində Axundzadənin öz əqidəsini ifadə
edirdi. Bu zaman o, ifrata vararaq dinin milli mənəviyyatımı-
zın, mədəniyyətimizin tərkib hissəsi olduğunu inkar edirdi. Bu
mənada XX əsrin əvvəllərində yetişmiş ziyalılarımızın bir
qismi: Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əli
bəy Hüseyenzadə və b. həmin məsələdə bir növ Axundzadənin
səhvini düzəltməyə çalışırdılar. Lakin bu məsələdə ən ardıcıl,
konseptual bir platformadan çıxış edən Əhməd bəy Ağaoğlu
idi. Qeyd etmək lazımdır ki, XX əsrin aparıcı ziyalılarının ən
yaxın sələflərinin – A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh,
M.F.Axundzadə, S.Ə.Şirvani, H.Zərdabi və başqalarının bö-
yük xidmətləri nəticəsində yaranmış bir ideya rəngarəngliyi
mövcud olsa da, əslində bu rəngarənglik eyni reallığın müx-
təlif qütbləri və tərəfləri idi. Və belə bir geniş spektrin mərkə-
zində milli-tarixi dəyərlərə münasibət bildirmədən, onlara
söykənmədən nə irəli getmək, nə də xalqın hansı yolla gələ-
cəyə gedəcəyini müəyyənləşdirmək mümkün deyildi. Təsadüfi
deyildi ki, Əhməd bəy Ağaoğlu M.F.Axundzadənin haqlı oldu-
ğu məqamları etiraf edir, lakin bunun mahiyyətcə İslam dininə
şamil edilməyinin qəti əleyhinə çıxırdı. O, bunu ümumiyyətlə
dinlərə aid edərək belə düşünürdü ki, tarixin müəyyən
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
74
mərhələlərində din özünün ən böyük missiyasından süni olaraq
uzaqlaşdırılmış və nadanlıq nəticəsində doqmatik – rəhbər
davranış norması kimi təqdim edilmişdir. Bu mənada mütəfək-
kir ədib qaragüruhların mənəviyyata, şüurlara vurduğu güclü
zərbələri ifşa edirdi. Əhməd bəy Ağaoğlu “Müsəlmanın arzu-
ları” adlı ədəbi-fəlsəfi traktatında yazırdı: “Mən müsəlman
qardaşlarım haqqında çoxlu xəyallara daldım. Və düşün-
cələrim qəlbi ilhamlandıran, ürəyə təsəlli gətirən işıqlı, sevinc
gətirən obrazlar yaratmadı, yox, qətiyyən! Onlar nə əvvəli, nə
də axırı olan, formasız, qaranlıq, qarma-qatışıqlarla dolu
uçuruma bənzəyir. Təxəyyülü qorxudan, ümidsizlik və dəhşət
aşılayan bu uçurum eyni zamanda məni cəlb etdi, necə ki,
əsəbi adamları uçurum cəlb edir. Məni ora nə isə anlaşılmaz,
kortəbii bir şey cəzb etmişdi və mən tam ümidsizlik, qorxu
içərisində əsə-əsə ondan aralanmağa özümdə güc tapmırdım.
Mən şadlıq və kədər, ümidsizlik və ümid, qorxu və
cəsurluq kimi tam ziddiyyətli hisslərin təsiri altında durub seyr
edirdim. Mən bu qaranlıq uçurumun dərinliklərinə nüfuz
etməyə çalışır və gözlərim qaranlığa öyrəndikcə onların gör-
məyi güclənir və mən qaranlığın formasında, kütləsində onda
güclə görünən formaları fərqləndirməyi bacarırdım. Hər
şeydən əvvəl, sxolastikanın nəhəng, əcaib forması göründü. O,
necə dəhşətli və iyrəncdir! Nəhəng, iyrənc sxolastika ağzını
açıb məni udmaq üçün yaxınlaşırdı. Mən instinktiv olaraq geri
çəkildim.
– Budur, o əcaib!
O deyir:
- Rədd ol, sağlam düşüncə! Rədd ol, elm və maarif!
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
75
Rədd ol, hər cür yenilik, irəliyə doğru hərəkət! Rədd ol, ağıl və
ürək!
Onun ardınca başqa tanış sifət, nadanlıq görünür” (101).
Görkəmli publisist, mütəfəkkir ədib öz fikirlərinə belə
davam edirdi:
“O daha zülmətlidir, daha əcaibdir. Onun formasız,
dəhşətli kütləsi nəhayətsiz məkanlara yayılır. O kütlələri elə
kütləşdirir ki, nəticəsi güclə görünür. İnsan surəti onda güclə
sezilir. Onların bütün fikirləri, hissləri və oyanışları şikəstləş-
mişdir, kökündən ayrılmışdır.
Ayrı fiqurlar da görünür. Lakin mən dəhşətə gəldim və
qaçmağa başladım. Məni bir səs qəflətən saxladı:
- Hara qaçırsan? Ətrafına nəzər sal, sən tək deyilsən!
Mən ətrafıma nəzər saldım və ürəkaçan bir mənzərə
gördüm. Qabaqda İslamın ilk dövrlərini özündə təcəssüm
etdirən ruhanilərin işıqlı çöhrəsi görünürdü. Onun ətrafında
Elm və Maarif durmuşdular” (101).
O daha sonra yazırdı ki, biz çox ümidsiz bir işin dalınca
gedirik. Düşmən güclü və qüdrətlidir. Sxolastika ilə nadanlıq
ittifaqda çətin məğlub edilən düşmənlərdir. Onlar bizim bütün
qəlbimizi, ağlımızı işğal ediblər. Bizə qarşı hamı, hətta bizim
öz övladlarımız, qardaşlarımız, qohumlarımız, dostlarımız
birləşəcəklər. lakin ümidsizliyə qapılmayaq, dostlar! Avropa
bizə nümunədir. Orada da əvvəllər maarifin, işığın, inkişafın
tərəfdarları hətta bizdən də az idi. Sxolastika və nadanlıq isə
daha güclü idi və daha sıx ittifaqda idilər. Nəticəsi necə oldu?
Müqəddəs iş uğrunda cəsurlar bir-birinin ardınca həlak
oldular. Onları yandırdılar, qovdular, təqib etdilər, əzab, işgən-
Dostları ilə paylaş: |