T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
79
Məsələn, xristianlığın tarixi təcrübəsinə müraciət edərək,
Əhməd bəy papalığın xristian tarixindəki mənfi, əzici rolunu
göstərirdi: “Papalıq – əslində insan ağılsızlığının təcəssümü-
dür, onun bizim yalnız mücərrəd şəkildə təsəvvür edə biləcəyi-
miz şeyləri konkret həyata keçirmək arzusudur, – yer üzündə
qeyri-mümkün bir mütləqlik yaratmaq cəhdidir. Həqiqətən də,
əgər papalıq – yerdə mütləq hakimiyyət kimi mücərrəd ideyanı
həyata keçirmək cəhdi, hər şeyi əhatə edərək nəhayətsiz
dərəcədə müxtəlif olan insan fikirləri, hissləri, hərəkətlərini
qabaqcadan görmək, müəyyənləşdirmək cəhdi deyildisə, bəs
nədir? Nəhəng, ağılsız cəhd, o dərəcədə ağılsız ki, elə bil,
kimsə gözəllik, xeyirxahlıq, şər və s. haqqındakı ideyanı sim-
volik şəkildə həyata keçirmək istəyirdi. Elə gözəllik, elə xeyir,
elə şər yoxdur ki, ondan o taya insan təxəyyülü təsəvvür edə
bilməsin. Bu axırıncının sərhədləri ilahi sahələrdədir. Ən
böyük ağıllar, şairlər, sənətkarlar onu dərk etmək, əhatə etmək
istədikcə çaşıb qalmışlar, sayıqlamışlar; Papalıq isə nəinki onu
əhatə etmək istəyir, hətta ondan o tərəfə keçmək istəyir, – bu
isə onu mütləq antropomorfizmə gətirməliydi və bu IX Piyin
vaxtında baş verdi” (95).
Bu vəziyyətin xristianlığın daxilindən deyil, onun təhrif
olunmuş təqdimatından irəli gəldiyini yazan Əhməd bəy
Ağaoğlu onu da göstərirdi ki, bu ikibaşlı proses möminlərin
dünyagörüşündə o qədər ciddi iz salmışdı ki, onlar özləri də
artıq itaətsiz keçinə bilmirdilər.
İslam və xristianlıq paralelləri Əhməd bəy Ağaoğlunun
Şərq-Qərb münasibətləri konsepsiyasında mühüm yer tuturdu.
Bu konsepsiya həmin münasibətlərin keçmişini araşdırmaqla
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
80
onun gələcəyini proqnozlaşdırmaqdan tutmuş, əsrin əvvəllərin-
dəki sxolastikadan xilas yollarını aramaqda Qərb təcrübəsinə
istinada qədər geniş imkanlar spektrini ehtiva etməklə, həm də
Qərbi Şərq naminə, onun gələcəyi, tərəqqisi naminə öyrən-
məyin ən parlaq nümunəsini verirdi. O göstərirdi ki, xristian-
lıqdakı kimi islamda da ifratçılıq, təzyiq dinin özündən yox,
onun təhrifindən, hakim ideologiyaların əslində dinin özünü
əsarətə alaraq, ondan kütlələrə təzyiq vasitəsi kimi istifadə
etmək cəhdindən irəli gəlirdi.
Əhməd bəy Ağaoğlu İslam dini ilə, İslam mədəniyyəti ilə
bağlı köklü məsələlərin izahında qəsdən bir dolaşıqlıq
yaradıldığını da aydın dərk etdiyindən, öz ədəbi-fəlsəfi yaradı-
cılığında bu məsələləri elmi-tarixi istiqamətdə, konseptual
şəkildə araşdırır və bu araşdırmaların ilk növbədə xristian
dünyasının özündə yayılmasına çalışırdı. O, dövrünün dünya,
Avropa dini-fəlsəfi fikrini, mədəniyyətini dərindən öyrəndiyi
üçün xristian aləmində İslama qarşı çox vaxt haqsız olaraq,
tarixi həqiqətlərlə hesablaşmadan mübarizə aparıldığını yaxşı
bilirdi və bu vəziyyəti aradan qaldırmaq üçün bir insan
qüvvəsi xaricində olan işlər görürdü.
Orta əsrlərdən başlamış XX əsrin əvvəllərinə qədər
xristianlıq dünyasının bir çox alim, yazıçı və filosofları islam
dininə mənfi münasibət bildirirdilər. Əhməd bəy Ağaoğlu
vaxtilə Parisdə müəllimi olmuş fransız filosofu Ernest Renanın
bu sözlərini misal gətirirdi ki, orta əsrlər öz qəzəbini heç vaxt
yarımçıq bildirmirdi. Karvan bələdçisi Məhəmməd papa
olmağa müyəssər olmayan kardinal idi, – öz yoldaşlarından
intiqam almaq üçün yeni din fikirləşmişdi və s. Əsrlər keçir,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
81
lakin kütlə dedi-qoduları əvvəlki kimi ən yaxşı ağıllara təzyiq
göstərməkdə davam edir. Bibliander, Qottinger, Marat və baş-
qaları bəri başdan inkarçılıq mövqeyi tutaraq Quranla məşğul
olmağa başlayırlar. Leybniç və Şekspir kütlələri məzələndir-
mək üçün müsəlman peyğəmbərini ələ salırlar. Volter öz
məşhur “Məhəmməd” pamfletində Papanın əfvini diləyir.
Pamfletdə o, Məhəmmədin dininin xarakterinə tam yad olan
aşağıdakı şeiri onun dili ilə söyləyir:
Mən dünya üzərində Allah kimi hökmranlıq etməliyəm,
Əgər insanı saysam, imperiyam dağılar.
(95)
Heç bir bəşər övladının yanından onun dərdini bölüşmə-
miş keçməyən, şəxsiyyəti, həyat yolu ilə qayğıkeşlik, əzab-
keşlik mücəssəməsi olan islam peyğəmbəri haqqında belə
demək – orta əsrlər Avropa şüuruna hakim kəsilmiş fikirlərin
ifadəsi idi. Lakin çox təəssüf ki, İslama qarşı aparılan bu
mübarizələr orta əsrlərlə bitmirdi və daha incə, riyakar üsul-
larla ən müasir dövrdə də davam etdirilirdi. Əhməd bəy
Ağaoğlu buna səciyyəvi misal olaraq fransız yazıçısı
Şatelyenin “İslam XX əsrdə” kitabının xanım Kalmıkova
tərəfindən tərcüməsi üzərində dayanırdı. Hər iki dili: fransız və
rus dillərini mükəmməl bilməsi Əhməd bəyə tərcüməni
orijinalla müqayisə etməyə imkan verdiyi üçün o, tərcümədən,
tərcümə etmək imkanından istifadə etməklə islama qarşı öz
ləyaqətsiz münasibətini bildirən xanım barədə yazırdı:
“Kalmıkovanın tərcüməsi uğurlu sayıla bilməz. Biz onu
Dostları ilə paylaş: |