T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
76
cə verdilər. Lakin onlar tərəddüd etmədən daima irəlilədilər,
bəşəriyyəti öz qanları, işgəncələri hesabına xilas etdilər. Bu isə
sizin Avropada heyran qaldığınız, Qərbdə bəşəriyyətin fəxr
etdiyi şeylər – elmlər, incəsənət, heyrətamiz hüquq mühafizəsi,
misli görünməmiş maddi və mənəvi zənginlik – bütün bunlar
bəşəriyyətin ölməz apostollarının qanı bahasına başa gəlib...
Siz bu yola düşərkən onlara oxşayırsınız; bunun qədrini bilin,
dostlar, bizim zəmanəmizdə bu hamıya qismət olmur! Bir çox
xoşbəxt dairələrdə insana daha heç nə etmək lazım olmur,
çünki artıq hər şey edilmişdir, və insan bütün kədəri ilə öz
faydasızlığını, öz mövcudluğunda boşluğunu hiss edir. Bizdə
isə, müsəlmanlar içərisində ziyalı müsəlmanın təkcə istəməsi
kifayətdir ki, onun həyatı və mövcudluğu onun həyatında ən
yüksək, ən xeyirxah bir məna kəsb etsin. ... sxolastika və
nadanlıq kimi əcaiblərlə mübarizədəyik. Onlar bizim vəzifə-
mizi artıq onunla asanlaşdırırlar ki, biz onların hansı mərhələ-
lərdən keçdiklərini, onların nələrdən istifadə etdiklərini bilirik”
(101).
Ağaoğlu sxolastikaya qarşı sərt və ifşaedici tarixi idrakla
işıqlanmış dini və ikiüzlülüyü yerlə-yeksan edən kəskin
satiranı qoyurdu. Onun dini-fəlsəfi konsepsiyasına belə bir
fikir hakim idi ki, bəşəriyyətin dönüş nöqtələrində, böhranlı
anlarında “Allah insanlara öz tələblərini xatırladır” və bu
“xatırlama” onun göndərdiyi peyğəmbərlər vasitəsilə həyata
keçirilir.Hər yeni dinin göndərilməsi ərəfəsində bu böhran son
həddə çatır, insanların əksəriyyəti bütün əxlaqi-mənəvi dəyər-
ləri inkar edir və əcaib “mütləq azadlıq” pərdəsi altında əxlaq-
sızlığa, vəhşiliyə məhkum olurlar. Onun fikricə, xristian dini-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
77
nin meydana gəlməsi ərəfəsində Roma belə idi: “Roma –
məğrur və amansız Roma, ətrafındakı bütün mənəvi və dün-
yəvi hakimiyyət prinsipcə hər cür zorakılığın, dəhşətin, sui-
istifadənin, pozğunluğun mənbəyi idi... O zamankı Roma
ağılsızlığın və şarlatanlığın nəhəng yuvası idi” (101).
Tarixdən məlum olduğu kimi, islam dininin başlanğı-
cında da vəziyyət təxminən eyni idi. İslam tarixinin və
Məhəmməd peyğəmbərin həyatının tədqiqatçısı Mahmud
Buzuzunun yazdığı kimi: “...Onun dünyaya gəldiyi zaman
Ərəbistan heç bir ölkədə təsadüf edilməyən ən düşgün və pəra-
kəndə bir vəziyyətdə idi. Bütün təbəqələr arasında böyük-kiçik
saymamaq geniş yayılmışdı. Varlı adamlar öz dövlətləri ilə
lovğalanırdılar. Heç bir əxlaq kodeksi fəaliyyət göstərmirdi.
Ehtiraslar cilovlanmırdı, hərəkətlər başlı-başına buraxılmışdı.
İctimai yerlərdə ədəbsiz şeir və mahnılar oxuyurdular.
Uşaqbazlıq nə cəzalanır, nə də pislənirdi. Fahişəlik ayıb sayıl-
mırdı. Qadınlar Hindistanda mani qanunları ilə yaşayanlardan
daha pis vəziyyətdə idilər. Qadın yaxşı bir ev əşyasından
fərqlənmirdi. Onun vərəsəlik hüquqi yox idi, varis isə onunla
istədiyi kimi rəftar edə bilərdi. Özü necə istərsə, ona elə də
malik ola bilərdi. Nikah və ailə qurmaq o qədər də vacib sayıl-
mırdı” (9, 3).
Ümumiyyəilə, Şərqin də, Qərbin də tarixi onların özünə-
məxsus spesifik cəhətlərini inkar etməmək şərti ilə vahid
bəşər, ümumdünya tarixinin tərkib hissəsi olduğundan müəy-
yən mərhələ fərqləri ilə oxşar yollar keçdiyi şəksizdir. Tarixin
müəyyən mərhələlərində dünya sivilizasiyasının qabaqcıl
mövqeyinə gah Şərq, gah da Qərb çıxmışdır. Bu mənada XX
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
78
əsrin mütərəqqi ziyalılarının Qərbə münasibətlərində bəsit bir
“aludəçilik” axtarmaq qətiyyən yolverilməzdir. Bu, dünya
sivilizasiya tarixini bilməkdən, bir çox səbəblərə görə milli
tərəqqinin çox ləng inkişafını dərk etməkdən irəli gəlirdi və
çıxış yollarından biri kimi, ümumdünya tarixi inkişafının son
mərhələsini daha əvvəl keçmiş bir nümunədən, mövcud
təcrübədən bərhələnməyə əsaslanırdı.
XX əsrin əvvəllərində ictimai-siyasi, ədəbi-mədəni
gerçəklik elə bir səviyyədə idi ki, hər hansı bir maarifçi
hərəkat, tərəqqiyə canatma meyilləri dinə münasibət bildir-
mədən ondan yan keçə bilməzdi, çünki din amili həmin vaxt
fəaliyyət göstərən aparıcı ziyalıların başında durrduqları
hərəkatın ən mühüm tərkib hissələrindən idi. Bu mənada İslam
dini və cəmiyyət, İslam dini və tərəqqi, İslam dini və müa-
sirlik, İslam dini və elm və s. bu kimi problemləri işıqlandır-
madan, onları şərh etmədən öz ideyalarını yaymaq, təbliğ
etmək çox mürəkkəb məsələ idi. Xüsusilə, Şərq-Qərb prob-
lemlərinin izahında bu məsələdə son dərəcə diqqətli olmaq
tələb olunurdu. Ona görə də mütərəqqi ziyalılar əsrin əvvəl-
lərinin problemlərində sxolastikanın da mövcudluğunu görür,
onun tərəqqiyə maneçiliyini dərk edirdilər. Onlar tərəqqinin
xalqa çatdırılma üsullarına görə isə bir-birlərindən fərqlənir-
dilər. Məsələn, Əhməd bəy Ağaoğlu din tarixini, bəşəriyyətin
həyatında dinin rolunu şərh edərək bu cəhətə xüsusilə diqqət
yetirirdi ki, əsas bəla – dinlərdən, onların təhrif olunmuş
formasından bir vasitə kimi istifadə edib, bu dinləri insanların
böyük əksəriyyətini əzmək alətinə çevirməkdədir. Bu halı o,
bütün dinlərə xas olan bir əlamət kimi qiymətləndirirdi.
Dostları ilə paylaş: |