T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
55 
rəkat  olduğu  üçün  o,  təkcə  sadə,  savadsız  kütlə  içərisində  de-
yil,  eyni  zamanda  xalqın  savadlı,  ziyalı  sayılan  təbəqəsi  ara-
sında aparılmalı idi. Bu, onunla əlaqədar idi ki, yerli ziyalıların 
bir  çoxunda  milli  şüur  zəif  idi,  bu  bir  tərəfdən  imperiya 
siyasətinə xidmət edən təhsil  sisteminin "xidməti" idisə, digər 
tərəfdən  fərdi  şəkildə  bəzi  ziyalıların  assimilyasiyaya  uğrama 
qabiliyyətinin yüksək olması ilə bağlı idi. Öz kökündən müəy-
yən  dərəcədə  ayrılmış  bu  cür  ziyalılarda  milli  şüur  oyatmaq 
heç  də  savadsız  kütləni  maarifləndirməkdən  az  zəhmət  tələb 
etmirdi.  Mirzə  Cəlilin  “Anamın  kitabı”  pyesindəki  iranpərəst, 
rusofil və osmanlılaşmış üç qardaşın obrazını xatırlamaq kifa-
yətdir. 
Əsrin  “əcnəbilərin  seyrə  balonlarla  çıxdığı”  bir  çağında 
“bizim  hələ  avtomobil  minməməyimiz”i  bir  tarix,  həyat  faktı 
kimi təsdiq etməkdə  müxtəlif ədəbi-estetik qütblərin  ziyalıları 
yekdil  olmaqla  yanaşı,  onun  səbəblərini  başa  düşüb  göstər-
məkdə də eyni həmrəylik nümayiş etdirirdilər. “İştə elmsizlik, 
sənətsizlikdəndir  ki,  bütün  balalarımız  kömürçü,  çayçı  və 
nəçi” (124). 
Böyük  milli-tarixi  mədəni  proseslərin  həyata  keçiril-
məsində  bütün  ictimai-siyasi  xadimlər,  elm  və  sənət  adamları 
ədəbiyyatın  müstəsna,  aparıcı  rolunu  istisnasız  olaraq  qeyd 
edirdilər.  Əslində  bu  –  dövrün  öz  xarakterindən  irəli  gəlirdi. 
Geniş xalq kütlələrinin demək olar ki, əksərən savadsız olduğu 
bir  mühitdə  xalqın  öz  milli-tarixi  yaddaşını  əsasən  folklor, 
bədii  ədəbiyyat  vasitəsilə  yaşatdığı  bir  dövrdə  yeni,  müasir 
maarifçi ideyaları da şüurlara məhz bu  yolla çatdırmaq müm-
kün  idi.  Bu  isə  ədəbiyyatın,  söz  adamlarının  qarşısına  xüsusi 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
56 
tələblər  qoyurdu.  Məsələnin  bu  tərəfini  nəzərdə  tutaraq 
M.Ə.Rəsulzadə  yazırdı:  “Mətbuat  və  ədəbiyyatı  mühitin,  baş-
qa  bir  təbirlə  millətin  həyat  və  hissiyatını  inikas  etdirən  bir 
ayinə  təsəvvür  edirsək  (şübhəsiz  ki,  böylədir),  onda  nöqsan-
larını islah üçün əsaslı bir vasitəyə müraciət olunmalıdır. 
Məlumdur ki, mağazaların camkanlarını dolduran yazılar 
əksəriyyətlə cavanlarımızın qələmlərindən çıxıyor. Cavanlar – 
içlərində  bəzi  xudpəsəndləri  olmaqla  bərabər  –  çox  kərədə 
səmimiyyət  və  hüsniyyətlə  qələmə  sarılıyorlar.  Arzu  olunan 
nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin 
əməli-nöqteyi  nəzərindəki  boşluğundadır.  Böyük  əməllərə 
malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir 
bir  əsər  gözləmək  xətadır.  Binai-aliyə  böyük  əməllər  nəşrinə 
xidmət  edəlim  ki,  bütün  nöqsanlarımızı  ancaq  bu  islah  edə 
biləcək,  diriliyimizə  milli bir dirilik bəxş edəcəkdir.  Digər  bir 
nəzərə görə, həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin 
ehtiyacına  cavab  versin  və  millətin  həyatını  və  həyati  yara-
larını necə ki, lazımdır, təsvir eləsin” (147, 67). 
O  daha  sonra  fikrinə  davam  edərək  aşağıdakı  nəticəyə 
gəlirdi:  “Şübhəsiz  ki,  bu  nöqteyi-nəzər  səhihdir.  Binai-aliyə 
istədiyimiz  bir  ədəbiyyatı  vücuda  gətirmək,  hüsulunu  arzu 
etdiyimiz fikir və məsləkin cərəyanını doğura bilmək üçün hər 
şeydən əvvəl, milli ehtiyacı öyrənib də ögrətməliyiz. Ehtiyac-
larımız lüzumi dərəcədə anlaşıldımı, sonra çarəsini düşünmək 
və  düşüncə  əsnasında  da  diriliyimizin  münəccisi  ola  biləcək 
böyük əməli tapmaq müşgül bir iş degildir” (147, 67). 
XX əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni tarixi-
nin ən böyük simalarından birinin ədəbiyyatımızın böyük milli 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
57 
amallara  xidmətdə  müstəsna  rolu  barədə  fikirləri  bu  cür 
sərrastlıqla ifadə olunurdu. “Ehtiyaclarımızı lüzumi dərəcədə” 
anladan, “sonra çarəsini düşünməyə” sövq edən əsərlər meyda-
na  çıxanda  bu,  əsrin  əvvəllərinin  həyatında  böyük  hadisəyə 
çevrilirdi. 
Və  yaxud  Cəlil  Məmmədquluzadənin  “Ölülər”  pyesinin 
tamaşaya  qoyulması  münasibətilə  Seyid  Hüseyn  yazırdı: 
“...həm də bu cür pyesalar bu cahil, bu avam, bu bədbəxt mil-
ləti ayıldar, huşyar edər, həm də bəzi şarlatanların nə olduğunu 
meydana qoyar” (126). 
Məsələ burasında idi ki, ənənəvi ədəbiyyat, xüsusilə, şeir 
bolluğu  olması  da  bir  fakt  idi,  lakin  bu  bolluq  zəmanəylə 
ayaqlaşan, milli tərəqqiyə xidmət edən bir bolluq olmayıb, epi-
qon  ədəbiyyatın  yerində  sayması  idi  və  o  artıq  öz  ömrünü 
yaşamış  bir  mərhələ  kimi  yenilik  tələb  edirdi:  “...Gah  gülün 
bülbülə  məhəbbətini,  gah  da  “ay  üzlü”,  “sərv  boylu”,  “tuti 
kimi  şirin  sözlü”  gözəlləri  dəbdəbəli  bir  dildə  tərənnüm  edən 
əldəqayırma şairlərin erotik şeirləri süni və yeknəsəq forma və 
məzmunu ilə hamının  zəhləsini tökmüşdür,  müasir oxucuların 
tələblərini ödəmir” (34, 58). 
Ədəbi-tənqidi  görüşləri  ictimai-siyasi  dünyagörüşü  və 
elmi-pedaqoji  fəaliyyəti  ilə  sıx  bağlı  olan,  dövrünün  çox 
görkəmli  mədəni  simalarından  biri  Firudin  bəy  Köçərlinin  bu 
qənaəti  həqiqi  vəziyyəti  çox  sərrast  ifadə  edirdi.  Həmin 
qəbildən  olan  ədəbiyyata  hələ  XIX  əsrin  70-ci  illərində 
maarifçi  realizmin  görkəmli  nümayəndəsi  N.Vəzirov  ilk  milli 
qəzetimiz “Əkinçi”də oxşar münasibət bildirirdi: “...Siz çəkən 
zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə