T texniki kolleci


AVTOMOBİLİN YANACAQ QƏNAƏTLİLİYİ



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə96/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

AVTOMOBİLİN YANACAQ QƏNAƏTLİLİYİ 
Yanacaq qənaətliyi

müxtəlif istismar şəraitlərində işləyən avtomobilin nəqliyyat işinə 
sərf etdiyi yanacaq sərfini müəyyən edən xüsusiyyətlər qrupudur. Yanacaq qənaətliyi 
xüsusiyyəti hərəkət edən avtomobilin yanacaq sərfini xarakterizə edir. Yanacaq 


qənaətliyi avtomobilin konstruksiyası ilə bağlı olub, mühərrikin işçi prosesinin 
mükəmməlliyi, transmissiyanın faydalı iş əmsalı və ötürmə ədədi, avtomobilin təchiz 
edilmiş və tam yüklənmiş kütlələrinin nisbəti və hərəkətə müqavimətlə müəyyən olunur. 
Xətti yanacaq sərfi
(və ya orta yanacaq sərfi) 
Q
x

100 km yola sərf olunan yanacağın 
miqdarı ilə ölçülür, 
l /100 km 
S
q
Q
x
100


burada 


avtomobilin yürüşü, 
km; q 

bu yürüşə sərf olunan yanacağın miqdarıdır, 
litr. ABŞ və İngiltərədə yanacaq sərfi 

vahid həcmli yanacağın miqdarı ilə gedilən yolun 
uzunluğu ilə ölçülür.Həcm vahidi qallon götürülür: 1 ABŞ qallonu 

3,785
litr; 1 İngiltərə 
qallonu 

4,546
litrdir. Bu ölkələrdə yol vahidi mil qəbul edilir, 1 mil 

1,609 
km.
Xətti yanacaq sərfi təcrübi yolla sınaqda və ya verilmiş yol şəraiti üçün avtomobilin 
istismar prosesində müəyyən edilir.Avtomobilin yanacaq-sərfinə-onun 
konstruksiyasından asılı olmayan xarici faktorlar 

ərazinin relyefi, hərəkət intensivliyi, 
yol örtüyünün vəziyyəti, iqlim şəraiti və sairə təsir göstərir. Xətti yanacaq sərfi 
avtomobilin gördüyü nəqliyyat işini nəzərə almır. Buna görə də avtomobilin yanacaq 
qənaətliyinin daha obyektiv müqayisə göstəricisi orta yanacaq sərfi yox, xüsusi yanacaq 
sərfidir. Xüsusi yanacaq sərfi orta yanacaq sərfinin yük və ya sərnişin daşınmasında 
görülən səmərəli işə nisbətidir 

q
y

litr /(t ∙ km) və ya q
s

litr / (sər ∙ km): 
q
y

Q
x
/ (100 ∙ z
t
);
q
s

Q
s
/ (100 ∙ 
n), 
burada 
z
t



uyğun olaraq daşınan yükün kütləsi və sərnişinlərin sayıdır. 
Avtomobilin yanacaq qənaətliyini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən 
istifadə edilir: 
1) qərarlaşmış hərəkətdə yanacaq xarakteristikası (
QHYX); 
2) nəzarət yanacaq sərfi (
NYS); 
3) magistral 

təpəli yollarda yanacaq 

sürət xarakteristikası (
MTYSX); 
4) dövri hərəkətdə yanacaq xarakteristikası (
DHYX). 
QHYX

verilmiş yol şəraitində xətti yanacaq sərfinin qərarlaşmış hərəkət sürətindən 
asılılığıdır. Yol şəraiti dartıcı-sürət təcrübələri üçün qoyulan tələblər əsasında seçilir. 
Şək.13-də yüksək pillədə hərəkət üçün 
QHYX verilmişdir. Şək.14-də minik avtomobilinin 
asfalt örtüklü yolda, müxtəlif pillələrdə qərarlaşmış hərəkəti üçün QHYX verilmişdir. 


40
30
20
30 40 50 60
км/саат
л/100 км
Q
s
V
a
1
2
Q
H
Şək.13. Yük avtomobilinin qərarlaşmış hərəkətinin asfalt örtüklü yolda 
nümunəvi yanacaq xarakteristikası: 1 

yüklü avtomobil;


yüksüz avtomobil üçün 
Şək.14. Minik avtomobilinin asfalt örtüklü yolda, müxtəlif
pillələrdə hərəkəti üçün yanacaq xarakteristikası
Qrafiklərdən göründüyü kimi sürətin artması ilə adətən əvvəl yanacaq sərfi azalır və 
hərəkət şəraitindən asılı olaraq müəyyən sürətdə minimuma çatır, sonra isə sürətin 
artması ilə yanacaq sərfi sürətlə artır. Minimal yanacaq sərfinə uyğun sürət qənaətli 
sürət 
V
q
adlanır. 
V
q
-dən kiçik sürətlə hərəkət zamanı yanacaq sərfinin artması yanıcı 
qarışığın yanma şəraitinin pisləşməsi və mühərrikin mexaniki f.i.ə.-nin azalması hesabına 
baş verir. 
V
q
-dən böyük sürətlərdə yanacaq sərfinin artması yanıcı qarışığın həddən artıq 
zənginləşməsi və havanın müqavimətinin kəskin artması ilə əlaqədardır.
NYS

nominal 
yüklənmiş avtomobilin bərk örtüklü üfüqi yollarda hərəkəti zamanı minimal yanacaq 
sərfidir (şək.13-də 
Q
n
). Adətən NYS minimal yanacaq sərfinə yaxın, qabaqcadan verilmiş 
sürətdə təyin edilir. NYS 40...100 km/saat sürətlərdə ölçülür. NYS-ə görə avtomobilin 
texniki vəziyyəti qiymətləndirilir və buna görə də adətən o avtomobilin texniki 
xarakteristikalarında qeyd edilir.
MTYSX

xətti yanacaq sərfinin marşrutda buraxıla 
bilən sürətdən asılılığıdır. Bəzi hallarda yanacaq sərfinin hərəkətin orta sürətindən 


asılılığı qurulur. Bu xarakteristika hərəkətin dəyişən rejimlərində, sürətin məhdudluğu 
halında avtomobilin yanacaq qənaətliyini qiymətləndirməyə imkan verir.
DHYX

xətti yanacaq sərfinin avtomobilin qovma, qərarlaşmış hərəkət və dayanma 
mərhələlərindən ibarət dövri hərəkətinin orta sürətindən asılılığıdır. Ölçmə 

yolun 
mükəmməl örtüklü, düzxətli, üfüqi sahəsində aparılır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə