“tariX” fənnindən FƏRDİ FƏALİYYƏt fakültə: Mühəndislik Kafedra: Logistika və Nəqliyyat texnologiyaları



Yüklə 0,94 Mb.
səhifə5/7
tarix24.04.2022
ölçüsü0,94 Mb.
#86002
1   2   3   4   5   6   7
tarix.ff

“Dumanın qovulması”

Lakin müsəlman xalqları deputatlarının böyük ümidlər bəslədikləri I Dövlət Dumasının fəaliyyəti ugursuzluqla başa çatdi. Çar hökuməti nümayəndələri qanunvericilik orqanlarını ilə məsələni bitirmık barəsində qəti qərar qəbul edərək iyunun 9-da Duma deputatlarının iclasları keçirilən Tavriya sarayının bütün qanunlarını bağlı saxladı. Bu, deputatlar üçün gözlənilməz idi. Kadet fraksiyasının təşəbbüsü ilə hökumətə etiraz bildirildi və iclasları Vıborqda keçirmək qərara alındı. Sosial-demokratlar və trudoviklər də kadetlərlə həmrəy idilər. İyunun 9-u və 10-da Vıborqdakı iclaslarda Azərbaycan deputatları da iştirak edirdilər. Ə.Topçubaşov və İ.Ziyadxanov kadetlər tərəfindən tərtib olunmuş və Vıborq iclaslarının bütün iştirakçıları tərəfindən bəyənilmiş "Xalq deputatlarından xalqa" müraciətini imzaladılar. Onlar Rusiyanın bütün əhalisini Dumanın buraxılması əleyhinə etiraz çıxışlarına (vergiləri ödəməkdən, rekrut mükəlləfiyyətindən, istiqrazları tanımaqdan imtina etməyə və s.) çağırırdılar.

Bakı qubernatoru 1906-ci il iyunun 15-də bütün yerli qəzetlərin redaktorlarına və mətbəələrinə Dövlət dumasının keçmiş deputatlarının müraciətini çap etməyin qadagan oldugu barədə sərəncam göndərərək onları inzibati qaydada ən sərt cəzalar veriləcəyi ilə hədələdi.

Vıborq iclaslarının iştirakçılarına divan tutuldu. Onlar barəsində cinayət işi qaldırıldı. Deputatlar məhkəməyə verildi. Onları xalqa ünvanlanmış xüsusi müraciətlə "Rusiya əhalisini itaətsizliyə və qanun əleyhinə çıxmağa qızışdırmaq niyyətində olmaqda və bu müraciətin çoxsaylı nüsxələrini Rusiya hüdudlarında yaymaqda" təqsirləndirirdilər. 1907-ci ilin dekabrında keçirilmiş məhkəmənin hökmünə görə, onlara üçaylıq həbs cəzası verilir, 167 nəfər, o cümlədən də Topçubaşov və İ.Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilirdilər. Topçubaşov "Kaspi" qəzetinə rəhbərlikdən uzaqlaşdırıldı və Bakı şəhər dumasının tərkibindən çıxarıldı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə