“tariX” fənnindən FƏRDİ FƏALİYYƏt fakültə: Mühəndislik Kafedra: Logistika və Nəqliyyat texnologiyaları


“Azərbaycanlı deputatların Dumanın fəaliyyətində iştirakı”



Yüklə 0,94 Mb.
səhifə4/7
tarix24.04.2022
ölçüsü0,94 Mb.
#86002
1   2   3   4   5   6   7
tarix.ff

“Azərbaycanlı deputatların Dumanın fəaliyyətində iştirakı”

Lakin inzibati orqanlar bu məsələni başqa cür həll etdi", deyə köçürmələrə qarşı etiraz edirdi. İsmayıl xan Ziyadxanovun məruzəsində zemstvonun olmamasına, şəhər özünüidarə orqanlarında yerli millətlərin nümayəndələrindən olan qlasnıların sayının məhdudlaşdırılmasına da diqqət yetirilirdi. Ali təhsilli azərbaycanlıların dövlət müəssisələrindəki vəzifələrə buraxılmaması, bəzi ali məktəblərin azərbaycanlılar üçün bağlı olması onu narahat edirdi.

Azərbaycan nümayəndələrini əhalinin şəxsi və mülki təhlükəsizliyi məsələləri də maraqlandırırdı. Dövlət dumasınm 31 nəfər üzvü 1906-cı il iyunun 26-da daxili işlər nazirinə əsas qanunların nəşrinə qədər (1906-cı ilin apreli) bir sıra yerlərdə gücləndirilmiş mühafizənin elan olunması barəsində narahatlıq bildirən sorğu təqdim etdi. Əbdürrəhim bəy Haqverdiyev də sorğunu imzalayanların sırasında idi. Duma üzvləri xəbərdarlıq edirdilər ki, İrəvan və Yelizavetpol quberniyalarında bir ildən çox davam edən bu vəziyyət " minlərlə insan həyatının itkisi və diyarın tam iqtisadi dağıntısı ilə nəticələnmişdir". Duma bu məsələni müzakirə etməyə tələsmədi. İyunun 14-də bu sorğu Nazirlər Şurasının sədrinə göndərildi. İyulun 7-də, yəni Dumanın buraxılması ərəfəsində, Nazirlər Şurasınm sədri Qoremıkin Dumanın sədrinə cavabında bildirdi ki, "canişinin vəzifəsi və hakimiyyəti ümumi nazirlik quruluşuna münasibətdə tam, müstəqil şəkildə qoyulmuşdur və buna görə də Nazirlər Şurası Dövlət Dumasının Qafqaz diyarına aid sorğularına cavab vermək üçün qanuni səlahiyyətlərə və lazımi məlumatlara malik deyildir".

Beləliklə, Nazirlər Şurası Qafqaz millətlərinin taleyinə tamamilə laqeydlik göstərərək, bu sorğuya cızmaqara ilə cavab verdi və formal olaraq sorğunun müəlliflərini canişinin üstünə göndərdi. 1906-cı ilin hadisələri, millətlərarası toqquşmaların güclənməsi sübut edirdi ki, canişin heç bir diyarda şəxsiyyətin toxunulmazlığının təmin olunması üçün tədbirlər görmək fikrində deyil.

Əlimərdan bəy Topçubaşov, İsmayıl xanZiyadxanov, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov bir sıra deputatlarla birlikdə sədrə müraciət edib, Qafqaz hökumət orqanlarının "dinc rus vətəndaşlarının talançıları" kimi hazırladıqları Ter vilayəti dağlılarından ibarət strajniklərin dərhal geri qaytarılmasını tələb etdilər.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə