“tariX” fənnindən FƏRDİ FƏALİYYƏt fakültə: Mühəndislik Kafedra: Logistika və Nəqliyyat texnologiyaları


“III Dövlət dumasında iştirak edən Azərbaycanlılar”



Yüklə 0,94 Mb.
səhifə6/7
tarix24.04.2022
ölçüsü0,94 Mb.
#86002
1   2   3   4   5   6   7
tarix.ff

“III Dövlət dumasında iştirak edən Azərbaycanlılar”

İkinci Duma buraxıldıqdan dərhal sonra qəzetlərdə III Dövlət Dumasına seçkilər üzrə seçki qanunu dərc olundu. Yeni seçki qanununa uyğun olaraq Duma üzvlərinin ümumi sayı 524-dən 442-yə endirilmişdi. Əhalinin yalnız 15 faizinin seçki hüququ var idi. Bir çox şəhərlər, о cümlədən də Bakı nümayəndəlikdən məhrum edilmişdilər. Milli ucqarlardan seçilənlərin sayı demək olar yox dərəcəsinə çatdırılmışdı. Seçkilərin keçirilməsi üçün burada altı seçki dairəsi yaradılmışdı. Seçicilər milli əlamətə görə fərqləndirilmişdilər: Zaqafqaziyanın rus əhalisi qalan əhalidən ayrıca surətdə Dumaya bir deputat seçirdi. Seçkilər silklər üzrə keçirilirdi: torpaq sahiblərindən, şəhər seçicilərindən və kənd dairələri yığıncaqlarından. "Kaspi" qəzetinin məqalələrindən biri bu seçkilərdə və təbii ki, III Dumada Bakının tutduğu yerə həsr olunmuşdu. Məqalədə qeyd olunurdu ki, əgər əvvəllər Bakının və Bakı quberniyasının hərəsinin Dumada bir nümayəndəsi vardısa, indi seçkilərdəki vəziyyət başqadır. Bu vəziyyətin öz xüsusiyyətləri var və həmin xüsusiyyətlər ondan ibarətdir ki, Dumanın üzvləri arasında milli hədd qoyulacaqdır: "Bu dairədə (Bakı, İrəvan, Yelisavetpol quberniyaları nəzərdə tutulur - D.S.) seçilən iki deputatdan biri müsəlman, yəni yerli tatar əhalisindən və ona qohum müsəlman tayfalarından olmalıdır, о birisi isə başqa millətlər ilə təmsil olunacaqdır. III Dövlət Dumasında müsəlman deputatları vahid fraksiyada birləşmişdilər. Fraksiya 8 nəfərdən ibarət idi, fraksiyanın bürosuna Ə.M.Topçubaşov başçılıq edirdi. Dumanın deputatı olmayan Ə.M.Topçubaşov bu Dumanın da müsəlman fraksiyasının fəaliyyətində, sorğuların, qanun layihələrinin hazırlanmasında çox yaxından iştirak edirdi. "Rusiyada 20 milyon müsəlman yaşayır. Onların hamısı bir dinə qulluq edir və Dağıstanın bəzi xalqlarını istisna etməklə eyni dildə danışır". О izah edirdi ki, müsəlmanlar panislamist məqsədlər güdməyərək vahid ittifaqda birləşmişlər. O, sözünə yekun vuraraq deyirdi: "Bu iki məfhum bizim üçün müqəddəsdir və biz maarif və mədəniyyət yolu ilə bunları həyata keçirəcəyik. 1912-ci il iyunun 9-da çarın senata verdiyi fərmana görə III Dumanın iclasları dayandırıldı.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə