“tariX” fənnindən FƏRDİ FƏALİYYƏt fakültə: Mühəndislik Kafedra: Logistika və Nəqliyyat texnologiyaları


Müzakirəyə təqdim olunan əsas məsələ



Yüklə 0,94 Mb.
səhifə3/7
tarix24.04.2022
ölçüsü0,94 Mb.
#86002
1   2   3   4   5   6   7
tarix.ff

Müzakirəyə təqdim olunan əsas məsələ

Sonrakı Dövlət dumalarında olduğu kimi, I Dövlət Dumasında da müzakirələrin başlıca mövzusu aqrar-kəndli məsələsi idi. Bütün partiya və qrup mövqelərinin də məhz bu məsələdə daha dəqiq surətdə aşkara çıxması təsadüfi deyildi.

Mayın 8-də kadetlər tərəfindən müzakirəyə aqrar qanunu layihəsi təqdim olundu. Burada mülkədar torpaqlarının məcburi şəkildə qismən özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Ona trudoviklərin cavab olan layihəsində isə mülkədar torpaq sahibliyinin tammilə "ümumxalq torpaq fondu"nun yaradılması, yəni torpaqların milliləşdirilməsi təklif edilirdi.

Müsəlman fraksiyası aqrar islahatın əsas müddəalarını müzakirə edərək, müsadirə olunan torpaqların "ədalətli qiymətlə" haqqı ödənilməsi şərti ilə xüsusi sahibkar torpaqlarının özgəninkiləşdirilməsi təklifinə tərəfdar çıxdı. Fraksiya üzvləri eyni zamanda vəqf torpaqlarının özgəninkiləşdirilməsini yolverilməz sayır və hesab edirdilər ki, kəndli pay torpaqları "udel, kabinet və monastır torpaqları hesabına" artırılmalıdır. Layihə köçürmələrin dayandırılmasını tələb edirdi.

Aqrar komissiyanın məruzəsinin müzakirəsində iştirak edən Ə.Topçubaşov hesab edirdi ki, aqrar komissiyanın məlumatını geniş şəkildə nəşr etmək zəruridir və bir "ucqarlı", "qafqazlı" kimi təklif edirdi ki, məlumat təkcə dövlət dilində deyil, həm də imkan daxilində tərcümə olunaraq "yerli dillərdə" də dərc edilsin. "Bütün rus təbəələrinin hüquq bərabərliyi, vicdan azadlığı, söz azadlığı, şəxsiyyətin toxunulmazlığı, kəndlilərə torpaq verilməsi kimi məsələlərin işlənib hazırlanmasında, bu qəbildən olan ümumi dövlət məsələlərində milli xarakterli elə bir məsələyə yol verilə bilməz. “

Azərbaycanlı deputatlar Dumanın işində - həm onun iclaslarında, həm də şöbə və komissiyalarında əməli surətdə yaxından iştirak edirdilər. İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalar barəsində daxili işlər nazirinə ünvanlanan sorğu üzrə İsmayıl xan Ziyadxanov çıxış etdi. Onun kifayət qədər ətraflı bəyanatında Azərbaycan cəmiyyətinin XX əsrin əvvəllərindəki ərizə və petisiyalarında olan, demək olar ki, bütün tələbləri öz əksini tapmışdı. O, bir daha imperiya çərçivələri hüdudlarında siyasi hüquqsuzluq vəziyyətindən narahatlığını bildirib, qeyri millətlərin hakim siniflərinə də rus burjuaziyası və mülkədarları ilə eyni hüquq verilməsinə tərəfdar çıxdı. İsmayıl xan Ziyadxanov Duma tribunasından inzibati orqanların özbaşınalığı, müsəlman ruhanilərinin mənafeyinin tapdalanması haqqında məlumat verdi. O, aqrar məsələdə başlıca bəlanı çarizmin köçürmə siyasətində görürdü. "Mərkəzi Rusiya kimi bizim də torpağa ehtiyacımız var, biz də həmçinin aztorpaqlılıq və torpaqsızlıqdan əziyyət çəkirik.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə