“tariX” fənnindən FƏRDİ FƏALİYYƏt fakültə: Mühəndislik Kafedra: Logistika və Nəqliyyat texnologiyaları


“IV Dövlət dumasında iştirak edən Azərbaycanlılar”



Yüklə 0,94 Mb.
səhifə7/7
tarix24.04.2022
ölçüsü0,94 Mb.
#86002
1   2   3   4   5   6   7
tarix.ff

“IV Dövlət dumasında iştirak edən Azərbaycanlılar”

Yeni IV Dövlət Duması 1912-ci il noyabrın 15-dən çağırılırdı. Bu Dumaya seçkilər 1912-ci il sentyabrın 10-dan başlamalı idi. Seçkilərə hazırlığın gedişində qəzetlərdə dərc olunan məqalələrdə istər əvvəlki Dumanın Rusiyanın müsəlman ucqarlarına nə verdiyi təhlil olunur, istərsə də IV Dumada həllini gözləyən problemlərə və məsələlərə baxılırdı. Məqalədə gələcək deputatların proqramı da müəyyən olunmuşdu - həm rus dilinin, həm də ana dilinin öyrənilməsini əhatə edən ümumi ibtidai təhsil uğrunda mübarizə. Müsəlman ucqarlarında ibtidai məktəb "əhalinin dini, etnoqrafik və məişət xüsusiyyətlərinə ciddi uyğun şəkildə" təşkil olunmalıdır. Əhməd bəy Ağayev göstərirdi ki, ana dilinin də əhəmiyyətini azaltmaq olmaz. "Rəngarəng məzmunlu onlarca qəzet, yüzlərcə kitab, hətta danışıq dilindəki tərəqqi - bütün bunlar müsəlmanları öz dillərinə bağlayır. IV Dövlət dumasına seçkilər Azərbaycanda 1912-ci ilin sentyabroktyabrında keçirildi. Kuriyalar üzrə seçilmiş nümayəndələr Yelisavetpol şəhərinə gələrək buradakı yığıncaqda öz aralarından hər iki quberniyanın müsəlman və erməni əhalisindən iki deputat seçməli idilər. Zaqafqaziyanın rus əhalisindən deputat Tiflisdə seçilirdi. 1912-ci il oktyabrın 20-də M.Y.Cəfərov və M.İ.Papacanov IV Dövlət Dumasına deputat seçildilər. Rus əhalisindən deputat seçilmiş M.M.Skobelev kimi onlar da Bakı şəhərində yaşayırdılar. IV Dövlət Duması 1912-ci il noyabrın 15-də açıldı. M.V.Rodzyanko Dumanın sədri seçildi. O, oktyabrist-kadet çoxluğunu təmsil edirdi və dərhal özünü "konstitusiya quruluşunun qəti tərəfdarı" elan etdi. Sorğular və qanunvericilik təklifləri vermək üçün azı 30 deputatın imzası tələb olunurdu. Sayca az olan müsəlman fraksiyası isə 66-dan az üzvü olan komissiyaların tərkibinə seçilə bilməzdi. Müsəlman fraksiyası Dumanın 11 komissiyasında nümayəndəlik qazandı və öz nümayəndəsini Dumanın rəyasət heyətinə keçirdi. Q.X.Yenikeyev (Orenburq quberniyasından deputat) Duma katibinin kiçik köməkçilərindən biri seçildi. Fraksiya parlamentlərarası ittifaqın rus qrupunda iştirak etməyi mümkün saydı. Elə həmin ilin martında qrupun yığıncağında K.M.Tevkelev və M.Y.Cəfərov da onun tərkibinə daxil edildilər.

M.Ə.Rəsulzadə "böyük çevrilişi" salamladı, bütün xalqların azadlıqlarına təminat veriləcəyini bildirdi, müsəlmanları azadlıq naminə birləşməyə və Rusiyanın bütün vətəndaşları ilə birlikdə addımlamağa çağırdı. O, Dumanın müsəlman fraksiyasına böyük ümidlər bəsləyərək bildirirdi: "Ondan başqa bizim heç bir siyasi təşkilatımız yox idi... Rusiyanın bütün müsəlmanları ətaləti ətəklərindən töküb öz həmvətənləri ilə birgə hərəkət etməlidirlər, onlar hər yerdə deməlidirlər ki, bu azadlıq üçün hər şeydən keçməyə hazırdırlar, buna görə də hər yerdə öz səslərini çıxarmalı, özlərini tanıtdırmalıdırlar". M.Ə.Rəsulzadə əmin olduğunu bildirirdi ki, Müəssislər məclisi azad Rusiyada yaşayan bütün xalqlar üçün şərait yaradacaq. O, hökuməti müdafiə etməyi, azad partiyalarla birləşməyi hər bir xalqın bərabər hüquqlar alması üçün vasitə hesab edirdi .

1905-ci il martın 15-də H.Z.Tağıyevin sarayında Azərbaycan sahibkarları və ziyalıları nümayəndələrinin müşavirəsi keçirildi. Həmin müşavirədə qərara alındı ki, hökumətə petisiya verilsin və onun təqdim olunması üçün Peterburqa "bütün Qafqaz müsəlmanlarından deputat heyəti göndərilsin. Bu məqsədlə diyarın əsas məntəqələrinə teleqram göndərilərək nümayəndələrin deputat heyətinə tövsiyə edilməsi təklif olunurdu. Bununla da istər milli qüvvələrin, istərsə də Qafqazın bütün müsəlmanlarının sıx birləşməsinə imkan yaradılırdı.
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə