Tarixi Məzmunu 1830


XIX ƏSRİN İKİNCİ YARISI – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BURJUA İSLAHATLARI



Yüklə 219,04 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix21.02.2018
ölçüsü219,04 Kb.
#27408
1   2   3   4   5   6

XIX ƏSRİN İKİNCİ YARISI – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BURJUA İSLAHATLARI 

 

Tarixi 



Məzmunu 

 

 

1865 

Kənd  cəmiyyətləri  haqqında  qanun  qəbul  edildi.  Bu  qanuna  əsasən  Rusiyadan  fərqli  olaraq,  Azərbaycanda  hüquqları  xeyli 

məhdud  olan    vahid  kənd  idarəsi    yaradıldı,  kənd  cəmiyyətini  kətxuda,  cəmiyyətə  daxil  olan    ayrı-ayrı  kəndləri  isə  onun 

köməkçiləri idarə etməli idilər, kənd idarəsinə 3 il müddətinə, yaşı 25-dən  yuxarı olan kəndlilər seçilə bilərdilər, kənd idarəsinə 

vəzifəyə seçilənlər  qubernator tərəfindən təsdiq olunmalı idi, kənd cəmiyyətinin ali orqani  kəndlilərin yığıncağı idi 

 

 

1866 

Şimali  Azərbaycanda məhkəmə islahatı   keçirildi. İslahata əsasən keçmiş silki  məhkəmələr ləğv edildi  və bütün silklər üçün 

vahid  məhkəmələr  yaradıldı,    məhkəmə  iclasları  rus  dilində  aparılır,  hakimlər  isə  yalnız  ruslardan  təyin  olunurdu.  Hökumət 

Rusiyaya  nisbətən Şimali Azərbaycanda məhkəmə islahatını yarımçıq həyata keçirdi. 1866-cı il məhkəmə islahatı  Rusiyadakı 

1864-cü  il  məhkəmə  islahatından  fərqli  olaraq  Azərbaycanda  hakim  vəzifəsinə  seçki  keçirilmir  və  hakimlər    yalnız  ruslardan 

təyin olunurdu 



QEYD: Komendant  idarə üsulu dövründə (1828-1840) məhkəmə sisteminə əsasən məhkəmələrin tərkibi komendantdan və iki iclasçıdan ibarət 

idi, məhkəməyə rus zabiti olan komendant sədirlik edirdi, iki nəfər iclasçı yeyrli bəylərdən seçilirdi, məhkəmə heç bir qanuna əsaslanmadan 

qərar çıxarırdı, əyalət (Qarabağ və Şəkidə), şəhər (Bakı, Quba və Gəncədə) və hərbi məhkəmələr yaradılmışdı, ağır cinayətlərə  yalnız hərbi 

məhkəmlərdə  baxılırdı, başında  baş qazı  duran dini məhkəmələr saxlanılırdı  



 

 

 

 

 

 

 

1870   

14 may 

Çar II Aleksandrın “Cənubi Qafqaz quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin torpaqlarında sakin olan   kəndlilərin torpaq 

qurluşu  haqqında    Əsasnamə”  imzalaması.  14  may  kəndli  “Əsasnamə”sinə  əsasən  Şimali  Azərbaycanda  sahibkar  kəndliləri  ödənc 

müqavilində feodal asılılığından azad edilirdilər, 15 yaşına çatmış kişilərə 5 desyatin yararlı  torpaq payı verilməsi nəzərdə tutulurdu, 

kəndlilərinin mülkiyyətinə keçən torpaq payına görə onlar bəylərə ödənc verməli idilər, kəndli öz məhsulunun 1/10 hissəsini məlcahət 

kimi torpaq sahibinə verməli idi. “Əsasnamə”də kəndlilərin feodal asılılığının ləğv edilməsi, torpaq və vergilər məsələsinə toxunulurdu. 

İslahatın  məhdud  cəhətləri  də  var  idi.  Belə  ki,  islahat  yalnız    sahibkar  kəndlilərinə    aid  edilir  və  dövlət  kəndliləri  islahatdan  kənar 

edilirdi. Kəndliyə öz pay torpağını satın alıb öz mülkiyyətinə çevirmək hüququ  verilsə də, tələb olunan pulu ödədikdən sonra torpağın 

mülkiyyətçisinə  çevrilə  bilərdilər.  1870-ci  il  islahatı  ilə  kəndlilərdən  yığılacaq  məlcahət  və.b  vergilərin  saxlanılması  və  15  yaşına 

çatmış hər bir kişiyə yararlı torpaq sahəsi verilməsi  1847-ci il “Əsasnamələri”ndə də nəzərdə tutulurdu. Bu həmin “Əsasnamələr”in 

oxşar  cəhəti  idi.  Lakin,  1847-ci  il  “Əsasnamələri”ndən    fərqli  olaraq  1870-ci  il  14  may  kəndli  “Əsasnamə”sində  kəndlilərin  5 

desyatindən artıq torpaq sahəsi mülkədarın xeyrinə kəsilib götürülür, torpaq sahiblərinə bütün torpaqların 1/3 hissəsini öz sərəncamında 

saxlamaq hüququ verilir, kəndlilərin feodal asılılığının ləğv edilməsi nəzərdə tutulur, kəndliyə öz pay torpaqlarını xüsusi mülkiyyətə 

çevirmək üçün onlara satın almaq hüququ verilirdi. Azərbaycanda 1870-ci il 14 may kəndli islahatının Rusiyadakı 1861-ci il kəndli 

islahatından fərqli olaraq Azərbaycanda  kəndlilərə torpağı satın almaq üçün vəsait verilmirdi, torpağın satış qiyməti Rusiyadakından 

daha baha idi və kəndli  pay torpağını satın alınmasına məcbur edilmirdi. 1870-ci il 14 may  kəndli islahatı müəyyən əhəmiyyətə malik 

idi. Belə ki, islahat Şimali Azərbaycanda feodal-asılı münasibətlərə güclü zərbə endirdi və kapitalist münasibətlərinin sonrakı inkişafı 

üçün əlverişli şərait yarandı 



 

 

 

 

1878 

Şimali Azərbaycanda şəhər islahatı keçrildi. Şəhər islahatı haqqında “Əsasnaməyə” əsasən Bakı şəhər duması və özünüidarəsi 

yaradıldı, şəhər idarələri və dumalara seçkilərdə silki məhdudiyyətlər ləğv olunsa da, seçkilərdə əmlakı senzi saxlanıldı. Belə ki, 

şəhərdə yaşayan və vergi verən hər bir şəxs seçkidə iştirak edə bilərdi. Seçkilərdə 25 yaşına çatmayanların və qadınların iştirak 

etmək  hüququ  yox  idi.  Kiçik  təsərüfat  işləri  ilə  məşğul  olmaq  hüququ olan  Şəhər  dumasının  fəaliyyətinə  qubernator  nəzarət 

edirdi. Bakı şəhər özünüidarəsini icraiyə orqani 4 il  müddətinə seçilən və duma üzvlərindən ibarət olan  şəhər bələdiyyəsi  idi. 

Bakı  şəhər  dumasının  fəaliyyətinin  əsasını  şəhər  ictimai  özünüidarə  məsələlərinin  həll  edilməsi,  vergi  və  rüsumların  təyin 

olunması, şəhər əmlakına rəhbərlik edilməsi, büdcəyə baxılması və onun təsdq edilməsi məsələlər təşkil edirdi. Bakının şəhər 

dumasına ilk seçkilərdə onun tərkibində əsasən hökumət məmurları, tacirlər, sahinkarlar (H.Z. Tağıyev, M.Nağıyev, H.Zərdabi, 

H.Mahmudbəyov və.b) var idı 



 

1892 

Azərbaycanda yeni şəhər əsasnaməsi təsdiq olundu. Bu əsasnamə   Gəncə şəhərinə  də şamil edilirdi. 1892-ci il şəhər islahatı 

1878-ci il islahatının yuxarı dairələri təmin etmədiyi üçün keçrilmişdi 

1900 

1 may 

Dövlət  kəndində torpaq  münasibətlərini  qaydaya  salmaq   məqsədi ilə     “Cənubi  Qafqazda  dövlət  kəndlilərinin torpaq  

quruluşu” haqqında qanun  verildi.  Bu qanuna görə  dövlət  kəndlilərinə icma   torpaqlarından  nəsli   istifadə  hüququ  verirdi. 

 

1903 

21 aprel 

“Cənubi Qafqazın beş quberniyasında pay  torpaqlarını müəyyənləşdirmək və torpaq  quruluşu işini aparmaq qaydası haqqında” 

Əsasnamə   verildi. Əsasnamədə  kəndlilərə   əlavə  pay  torpaqları  verilməsi, çəmən,  otlaq və  meşələrdən  pay  ayrılması  

nəzərdə tutulurdu. Əsasnamədə qeyd edilirdi ki,  torpğı almağa kəndlilərin    maddi    imkanı  olmadığından  problemi  həll  

etməyin    yeganə      yolu  Kəndli    torpaq    bankının      yerlərdə    şöbələri      açılmalı  və  bu  vəsaiti    bank    ödəməli,  kəndlilər  isə 

müəyyən müddətdə bu pulu banka geri qaytarmalı idi 



 

1905  

noyabr 

Qafqaz  canişini    Vorontsov-Daşkovun  “Qafqazdakı  kəndli    işinin    nizama    salınması    haqqında  Qeydlər”ini  hazırladı. 

“Qeydlər”ə əsasən Kəndli torpaq bankının şöbələri açılmalı və sahibkar kəndliləri torpaq pulu verməkdən azad edilməli, torpaq 

pulu ödəməkdən azad edilmiş kəndlilər 1907-ci ilin yanvarından xüsusi mülkiyyətçilər qrupuna daxil edilməli idilər. Layihədə  

nəzərdə tutulurdu ki, kəndli nizamnamə əsasında istifadəsində olan pay torpağını  icbari  şəkildə  satın ala bilər 

 

 

1912  20 

dekabr 

“Cənubi  Qafqaz  quberniyalarında    toraqların  məcburi        surətdə    satın    alınması    haqqında”    qanun  verildi.  Qanuna  əsasən 

sahibkar    kəndliləri    1913-cü    il    yanvarın  1-dən    mükəlləfiyyət    daşımaqdan  azad    olundu,  kəndli    xüsusi  mülkiyyəti    elan 

edilmiş pay  torpağını   məcburi  şəkildə  satın almalı, lakin çəmən,  otlaq  və  meşə sahələrini   satın  ala  bilməzdi. Həmin  

yerlərdən   əvvəllərdə  olduğu  kimi,  torpaq  sahibinin  razılığ  ilə   istifadə  edə  bilərdi, su arxları  mülkədarların  xüsusi   

mülkiyyətində    qalırdı,  mülkədarlar  torpaqdan    istifadə    haqqını   dövlət    xəzinəsindən  almalı  idi, dövlət    xəzinəsi  isə  torpaq 

pulunu 20 il  ərzində   kəndlilərdən  toplanmalı  idi, kəndlilər  malcəhət  və bəhrə əvəzində  pul ödəyirdilər, əkinçilik  üçün 

yararsız olan torpaqlar kəndlilərin   mülkiyyətinə  pulsuz  keçirdi, pay  torpaqlarında    salınmış   bağ  yerləri  əvəzində isə  pul 

ödənilmirdi 

 

1913  7 iyul 

Dağıstan və Zaqatala dairəsində   feodal-asılı münasibətlərin   ləğv  olunması  haqqında  layihəninin  qəbul  edilməsi.  Qanuna 

əsasən ləğv edilmiş  mükəlləfiyyətlər  əvəzində   bəylərə  və keşkəl   torpaq  sahiblərinə  birdəfəlik mükafat   olaraq 284 min 

manat  verildi, kəndlilərin əvəzinə dövlətin sahibkarlara verdiyi borcu kəndlilər iyirmi il ərzində  xəzinəyə  qaytarmalı idildər 



 

 

QEYD: 

1912-1913-cü  illər  aqrar  qanunlarının  əhəmiyyəti  ondan  ibarət  idi  ki,  kəndlərdə  ictimai  təbəqələşmənin  və  kapitalist 

münasibətlərinin inkişafı sürətləndi. 1912-1913-cü illərin aqrar qanunları nəticəsində sahibkr kəndliləri pay torpaqlarının xüsusi 

mülkiyyətçisinə  çevrildi  və  “müvəqqəti  mükəlləfiyyətlilik”  münasibətlərdən  tədricən  azad  etdi.  1912-1913-cü  illərin  aqrar 

qanunlarının  məhdud  cəhəti  isə  ondan  ibarət  idi  ki,  islahat  nəticəsində  sahibkar  kəndliləri  uzun  müddətə  dövlət  xəzinəsinin 

borclusuna çevrildilər. 1912-ci il qanunu 1870-ci il kəndli islahatından fərqli olaraq kəndlilər bütün mükəlləfiyyətlərdən azad 

edildilər, dövlət kəndliyə maliyyə yardımı göstərdi və torpağın kəndliyə satılması məcburi idi 

 

 

 

 



Yüklə 219,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə