Tarixi Məzmunu 1830


ELM VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏ BAŞ VERƏN YENİLİKLƏR



Yüklə 219,04 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix21.02.2018
ölçüsü219,04 Kb.
#27408
1   2   3   4   5   6

ELM VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏ BAŞ VERƏN YENİLİKLƏR 

 

Tarixi 



Məzmunu 

1801 

Şuşada  İbrahim  xan məscidi  nəzdində yerləşən milli məktəb – mollaxana fəaliyyətə  başladı 



1809 

Muğanlı Əvəz tərəfindən “Kəlilə və Dimnə” əsərinə dair rəsimlər çəkildi 



1817 

“Asiya musiqi jurnalı”nın 4-cü sayında “Qalanın dibində” adlı Azərbaycan  xalq mahnısı ilk dəfə nota köçürüldü 



1832  yanvar 

“Tiflisskiye vedemosti” qəzetinin Azərbaycan dilində “Tatar  xəbərləri”  adlı əlavəsi çıxmağa başladı 



1841 

A.Bakıxanov tərəfindən   “Gülüstani-İrəm” əsəri yazıldı 



1848-1851 

Qarabağlı Qənbər tərəfindən Şəki xan sarayı və onun divar naxışları bərpa edildi 



1857 

Şamaxının ilk baş memarı Qasım bəy tərəfindən  köhnə anbar binası teatır binasına çevrildi 



1858 

Cənubi Azərbaycanda ilk qəzet olan “Azərbaycan” qəzeti (fars dilində) nəşr olunmağa başlandı 



1865 

Bakıda dənizkənarı bulvar salındı 



1868 

Azərbaycanda ilk dəfə Gəncədə kütləvi kitabxana açıldı 



1871 

Bəhmən Mirzə tərəfindən “Şükürnameyi- şahənşahi” əsəri yazıldı 



1873  23 mart 

M.F.Axundovun  “Sərgüzəşti–vəziri–xanı-Lənkəran” komediyasının  tamaşaya qoyulması ilə milli teatrın əsası qoyuldu 



1875  22 iyun 

Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin  nəşr edilməsi ilə milli mətbuatın əsası qoyuldu 



1875 

Məhəmməd Təbrizi və Mirzə Mehdi Əxtər tərəfindən “Əxtər” (“Ulduz”) qəzeti  nəşr edildi 



1880 

Bakı qalasının ikinci divarları sökülərək, yerində Nikolayev küçəsində binalar tikildi 



1880 

Tiflisdə Cəlal Ünsizadə  tərəfindən “Kəşkül”  qəzeti  işıq  üzü gördü 



1880-1884 

“Ziya” qəzetinin  “Ziyayi–Qafqaziyyə”  adı ilə  nəşr olundu 



1880-1884 

Cənubi Azərbaycanda “Təbriz” və “Mədəniyyət” adlı ilk xüsusi qəzetlər nəşr olunmağa başladı 



1883 

Bakı  həvəskar artistlər  truppası  peşəkar  teatr qrupuna çevrildi 



1883 

H.Z.Tağıyev Bakıda ilk teatr  binası tikdirdi 



1883 

Naxçıvanda dram cəmiyyəti təşkil olundu 



1886 

Memar Məmmədhəsən tərəfindən Bakıda ikinci qala qapıları tikildi 



1894 

Bakıda ilk milli qiraətxana  açıldı 



1895 

Bakıda Artistlər cəmiyyəti təsis edildi 



1896 

Azərbaycan səhnəsində  N.V.Qoqolun “Müffətiş” piyesi tamaşaya qoyuldu 

 

 

 



AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tarixi 



 

Ümumrusiya müsəlman qurultayları 

 

 

1905 

15 avqust 

 

Nijni-Novqorodda    Ümumrusiya    müsəlmanlarının      I    qurultayı    keçirildi.  Əsas  təşəbbüskarı  Azərbaycan  və  tatar  burjua 



nümayəndələri  olmuş  Ümumrusiya    müsəlmanlarının      I    qurultayında  türkçülük    və    müsəlmançılıq  əsasında    birləşmənin  

vacibliyi    qeyd  edildi  və  “İttifaqi    müsəlmin”  adlı    Ümumrusiya    müsəlman    ittifaqının    yaradılması    qərara    alındı.  

Ə.M.Topçubaşov,  Ə.Ağayev    və  Əbdürrəşid    İbrahimov  birlikdə    “Müsəlman    ittifaqı”nın    nizamnaməsini      və  proqramını  

hazırladılar.   Sənədi  Ə.M.Topçubaşov  rus  dilinə   tərcümə  etdi. Qurultayda Ə.M.Topçubaşov   “Rusiya  imperiyası  daxilində  

türklərin  vəziyyəti və   problemləri”  mövzusunda   məruzə ilə çıxış etdi 

 

1906  

yanvar 

 

Peterburqda    Ümumrusiya      müsəlmanlarının    II    qurultayı      keçirildi.  Qurultayda    “Müsəlman    ittifqı”nın    nizamnaməsi    və  



proqramı  müzakirə  edilərək  bəyənildi. “Müsəlman  ittifqı”nın proqramında qarşıya iki mühüm vəzifə -  Ümumrusiya  türklərini  

birləşdirmək və müstəmləkəçi  çar   imperiyasına  qarşı  vahid   cəbhədə   mübarizə  aparmaq fikri irəli sürüldü 

 

 

 

1906  

avqust 

 

Nijni-Novqorodda  Ümumrusiya müsəlmanlarının  III qurultayı keçirildi. Qurultayıda “Müsəlman  ittifaqı”na    rəhbərlik   etmək 



üçün  daimi  yeri  Bakı  olan  Mərkəzi  Komitə yaradıldı, türklər  yaşayan bölgələrdə   yeni  tipli  məktəblərin  yaradılması, ibtidai  

icbari  təhsilə  keçirilməsi və təhsilin  ana  dilində  aparılması, rus  dilində  təhsil  alan  müsəlman  gənclərə  ana  dili  və  şəriət  

təliminin  verilməsi, mədrəsələrin  yenidən  təşkili, milli kadrlar  hazırlamaq üçün Bakıda,  Kazanda  və  Baxçasarayda  pedaqoji  

institutların  açılması qeyd edildi 

 



MİLLİ PARTİYALAR VƏ TƏŞKİLATLAR 

 

 

 

 

Tarixi 

Adı 

Yaradıcıları və proqramları

 

 

1902 

 

“Müsəlman 



gənclik  təşkilatı” 

 

M.Ə.Rəsulzadənin  rəhbərliyi  ilə Azərbaycanda yaradılan ilk siyasi təşkilat idi. Az  sonra həmin  

təşkilat  “Müsəlman demokratik  cəmiyyəti”nə  çevrildi 

 

 

1904 

 

 



“Hümmət  

təşkilatı” 

Təşkilatın yaradıcıları M.H.Mövsümov,   M.H.Hacınski və M.Ə.Rəsulzadə idi. Təşkilat   RSDFP-nin 

Bakı  Komitəsinin  nəzdində   fəaliyyət göstərirdi. Təşkilatın yaradılmasında məqsəd  bolşevik ideyalarını 

təbliğ  etmək  idi.  Təşkilatın  orqanı  “Təkamül”    və    “Yoldaş”  qəzetləri  idi.  “Hümmət”  təşkilatı  əhalinin 

milli  şüurunun  inkişafında,  özünüdərkində  və  soykökünə  qayıtmasında  mühüm  rol  oynasa  da,    tədricən   

bolşeviklərin və Bolşevik  partiyası  Bakı  komitəsinin  nəzarəti altına keçərək əvvəlki  milli  qayəsindən  

uzaqlaşdı. 1917-ci ildə N.Nərimanov “Hümmət” təşkilatının sədri seçildi 



 

 

1905 

 

“Difai” 



(“Müdaifə”) 

partiyası 



Ə.Ağayevin  rəhbərliyi ilə, azərbaycanlılara  qarşı  törədilən   milli qırğınların qarşısını almaq məqsədilə 

yaradılmışdı. Partiyanın mərkəzi komitəsi Gəncə şəhərində yerləşirdi. Bundan başqa partiyanın Şuşada,  

Ağdamda,    Naxçıvanda,  Qarsda,    Vladiqafqazda    şöbələri  yaradılmışdı.  Partiyanın  1906-cı    ilin  

oktyabrında    “İrşad”  qəzetində      dərc    olunmuş    proqramında      qeyd  edilirdi    ki,    torpaq    onu    əkib-

becərənlərə,  zəhmətkeş   kəndlilərə  verilməlidir 

 

1907 

 

“Müdafiə” təşkilatı 



 

Partiyanın rəhbəri  İsmayıl xan Ziyadxanlı olmuşdur. Təşkilatın ətrafında əhalinin imtiyazlı təbəqələri 

olan  bəylər,  mülkədarlar  və  ziyalılar  birləşmişdilər.  Təşkilatın    fəaliyyəti  ölkənin  qərb  bölgələrini  və 

Tiflis quberniyasının azərbaycanlılar yaşayan  ərazilərini  əhatə  edirdi 



 

1907 

 

 



“İttifaq”  təşkilatı 

Qurucuları Şərifzadə və  Cuvarlinski olan partiyanın yaradılmasında məqsəd müəslmanları   erməni-rus 

silahlı  birləşmələrinin   soyqırımından qorumaq idi. Partiya aprel işğalə ərəfəsində Sovet Rusiyası ilə 

hərbi ittifaq yaratmağı tələb edirdi 



 

 

 

1911 

 

 



“Müsavat” 

(“Bərabərlik”) 

Partiyası 

Partiyanın  yaradıcıları  Abbasqulu    Kazımzadə,  Tağı    Nağıyev    Məmmədəli  Rəsulzadə,  Kiyev 

Universitetindəki  şöbəsinin  rəhbəri  isə  Y.V.Çəmənzəmənli  idi.  Partiya    xalqın    siyasi    cəhətdən 

birləşməsində      mühüm  rol  oynadı.  1912-ci  ildə  “partiyanın    proqramı  nəşr  olundu.  Proqramda 

müsəlmanların  birliyi  və  tərəqqisinə  çalışan  partiyalarla  əlaqə  yaratmağa  çalışılır,  müsəlman  xalqlarını 

birliyinə, müstəqilliyi və dövlətçiliyin bərpasına  maddi-mənəvi kömək  göstərmək vəd olunurdu. Balkan 

müharibələri  dövründə  Osmanlı    imperiyasına    yardım  göstərəmək  haqqında  yaydığı  bəyanata  görə 

partiyaya  qarşı  təqiblər  başlandı  və  nəticədə  1913-cü  ildə  leqal  fəaliyyətini    müvəqqəti    olaraq  

dayandırmağa  məcbur oldu. 1917-ci ildə partuyanın I qurultayı keçirildi və açıq fəaliyyətini bərpa etdi 

 

1917 

 

“Birlik” təşkilatı 



 

 

Təşkilat  Hənəfi  Terequlov  tərəfindən, Volqaboyu quberniyalarından gəlmiş  fəhlələr arasında siyasi iş 



aparmaq məqsədi ilə yaradılmışdı 

 

 

1917 

“Türk Ədəmi 

Mərkəziyyət 

Federalistlər 

partiyası” 

Partiyanın yaradıcıları N.Yusifbəyli, Ş.Rüstəmbəyov və H.Ağayev idi. Partiya “Müsavat” partiyası kimi 

Rusiyanın federativ, demokratik respublika şəklində qurulmasına və onun tərkibində Azərbaycana ərazi 

müxtariyyəti verilməsinin tərəfdarı idi. Federalistlər partiyasının fikrincə, Rusiyada yaşayan türk xalqları 

vahid federasiyada birləşməli və öz hüquqlarını müdafiə etməlidirlər 

 

 

1917 

 

“Türk Federalist 



Müsavat partiyası” 

Partiya  “Müsavat”  partiyası  ilə  TƏMP-nın  birləşməsi  nəticəsində    yaranmışdı.  Rusiyada  burjua 

respublikası  çərçivəsində  müsəlmanlara  mədəni-milli  muxtariyyət    verilməsini  tələb  edən  tatar 

burjuaziyasından  fərqli  olaraq,  federalistlər  Rusiyada  federativ  burjua  respublikası  daxilində  ərazi 

muxtariyyətinin tərəfdarı idilər. Bu ideyanı milli sənaye burjuaziyası nümayəndələri müdafiə edirdilər 

1917 

 

“Ədalət” təşkilatı 



Əsədulla  Qafarzadənin  rəhbərliyi  ilə,  Cənubi  Azərbaycandan  kəsbikarlığa  gəlmiş  fəhlələr  arasında 

inqilabi iş apamaq, İranın milli-demokratik qüvvələri ilə əlaqə yaratmaq məqsədi ilə yaradılmışdı 



 

 

 

 

 

 

Milli partiyaların 

yaradılması 

 

“Müsəlman Gənclik  



təşkilatı” (1902) 

 

“Hümmət” partiyası 



(1904) 

 

“Difai” (“Müdaifə”) 



partiyası (1905) 

 

“Müdafiə” təşkilatı 



(1907) 

 

“Ədalət” təşkilatı 



(1917-ci il avqust) 

 

“Birlik” təşkilatı 



(1917-ci il mart) 

 

“Türk ədəmi Mərkəziyyət 



Federalistlər partiyası” 

(1917-ci il iyun) 

“İttifaq” təşkilatı 

(1907) 


 

“Müsavat” 

(“Bərabərlik”) Partiyas 

(1911) 


 


Yüklə 219,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə